Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1922/2024 12.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı Şəxs Səmədova (Rzayeva) Güldanə Bəlyar qızının iştirakları ilə, Ərizəçi maraqlı şəxs Səmədova (Rzayeva) Güldanə Bəlyar qızına qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.3-cü və 2.6-cı bəndlərinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.3-cü və 2.6-cı bəndlərinin təsdiq edilməsi və ərizəsilə bağlı ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş uşaqların himayədə saxlanılmaları, aliment, uşaqlarla görüş və əmlak barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023-00964 nömrəli barışıq sazişi bağlanmışdır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2.3-cü və 2.6-cı bəndlərinin tələblərini pozmuş, sazişin həmin bəndlərinin şərtlərini yerinə yetirməmişdir. Sazişin 2.3-cü bəndində qeyd edilir ki, 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021-ci il təvəllüdlü X4 ilə ataları Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına Maraqlı şəxs və Ərizəçi razıdırlar. Sazişin 2.6-cı bəndində qeyd edilir ki, Maraqlı şəxs X1 tələb etdiyi qızıl nişan üzüyünü 23 oktyabr 2023-cü il tarixədək Ərizəçi təhvil verməyi öz öhdəsinə götürür. Lakin Maraqlı şəxs sazişin qeyd edilən bəndlərinin şərtlərinə riayət etməmişdir. O, bu günədək nə nişan üzüyünü qaytarmış, nə də ki, uşaqlarla ünsiyyət üçün şərait yaratmışdır. Artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Səmədova (Rzayeva) Güldanə Bəlyar qızı izahat verərək bildirdi ki, ərizəçi övladlarına maddi yardım göstərmədiyi üçün uşaqlarla görüşməsiə razı deyil. Əgər ərizəçi onda olan əmlakları geri qaytararsa o da nişan üzüyünü qaytaracaqdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-00964 nömrəli barışıq sazişindən görünür ki, barışıq sazişinin 2.3 bəndinə əsasən Ərizəçi ilə Səmədova (Rzayeva) Güldanə Bəlyar oğlunun birgə nikahdan anadan olmuş uşaqları – 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021ci il təvəllüdlü X4 ilə ataları Ərizəçi hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına şərait yaradılmasına və 2.6 bəndinə əsasən Maraqlı şəxs X1 tələb etdiyi qızıl nişan üzüyünü 23 oktyabr 2023cü il tarixədək Ərizəçi təhvil verməyi öz öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X3 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu 100 manat dövlət rüsumu maraqlı şəxs Səmədova (Rzayeva) Güldanə Bəlyar qızından alınaraq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxsoğlu arasında xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-00964 nömrəli barışıq sazişinin 2.3-cü və 2.6-cı bəndləri təsdiq edilsin. 2.3. 07 sentyabr 2020-ci il təvəllüdlü X2 və 21 dekabr 2021-ci il təvəllüdlü X4 hər həftənin şənbə və bazar günləri saat 11:00-dan həmin gün saat 17:00-dək ataları ilə Ərizəçi ilə görüşsünlər və ünsiyyətdə olmalarına Maraqlı şəxs tərəfindən şərait yaradılsın. 2.6. Ərizəçi tələb etdiyi qızıl nişan üzüyü Maraqlı şəxs alınaraq Ərizəçi təhvil verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxs Səmədova (Rzayeva) Güldanə Bəlyar qızından alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1922/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1922/2024
12.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver