Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1926/2024 23.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X19 oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X8rşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X8rşı ərizə ilə məhkəməyə müraciət edərək, babası mərhum X3 vəfat etməsi faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə sonradan məhkəməyə elektron qaydada “tələbin dəqiqləşdirilməsi barədə” ərizə göndərək Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlu onun babası olmaqla X5nın doğma atası olmuşdur. Babası Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlu 1895-ci il tarixdə Nuxa şəhərində, həyat yoldaşı yəni, nənəsi X16 1902-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Babası və nənəsi, 27 iyul 1924-cü il tarixdə Nuxa rayonu, Zaqs (VVAQ) bürosunda nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahları 190 №-li qeyd ilə vətəndaşların vəziyyəti aktları kitabına daxil edilmişdir. X25 10 sentyabr 1968-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. Lakin babası Mustafa Mirzoyevin vəfat etməsi barədə heç bir qeydiyyat aparılmamışdır. X5 isə 12 fevral 1980-ci il tarixdə Şəki rayonunda vəfat etmişdir. Belə ki, onlarda olan məlumatlara görə Mirzəyev (Mirzoyev) X10 Vətən Müharibəsi zamanı səfərbərliyə çağrılmış, 1941-ci ildə hərbi xidmətə göndərilmiş və həmin ildə xəstəliyə görə qayıdaraq vəfat etmişdir. Hal-hazırda Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun adına ölüm haqqında akt qeydinin əldə edilməsi zərurəti yaranmışdır. Tərəflərindən mərhum Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölüm haqqında akt qeydinin əldə edilməsi üçün Azərbaycan Respublikası Şəki Regional “ASAN XİDMƏT” Mərkəzində Ədliyyə Nazirliyinin Qeyiyyat şöbəsinə ərizə ilə müraciət edilmiş, Qeyiyyat şöbəsinin 09 dekabr 2023-cü il tarixli 3-16-5/8-15-D-2138/23 saylı cavab məktubunda X4 ölüm haqqında akt qeydinin əldə edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının X29 rayon filialına və Şəki rayon qeydiyyat şöbəsinə sorğu göndərildiyi, X29 rayon filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-12/F/2-6/334/2023 nömrəli cavab məktubu ilə Şəki rayon qeydiyyat şöbəsinin 1941-ci ilin “Ölüm aktlarının” qeydiyyat kitablarına əsasən M.İ.Mirzoyevin ölümü barədə qeydiyyatın aşkar edilmədiyi bildirilmişdir. Həmçinin, Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11-2484/2023 nömrəli cavab məktubunda M.İ.Mirzoyevin ölüm haqqında akt qeydi Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkarlanmamışdır. Eyni zamanda həmin cavab məktubu ilə 1948-ci ilədək ölüm haqqında akt qeydləri kitablarının Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı və arxiv məlumatlarının ölüm haqqında bərpa akt qeydləri kitablarının 1948-2023-cü illər üzrə yoxlanıldığı bildirimişdir. Qeyd olunanlarla birlikdə ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi ona tövsiyyə edilmişdir. Göründüyü kimi mərhum Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölüm haqqında akt qeydinin əldə edilməsi mümkün olmamışdır. Ona babasından miras qalmış evi adına rəsmiləşdirmək istəsə də, babası Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölüm haqqında şəhadətnaməsinin olmaması hüququmüəyyənedici sənədləri almaqda çətinliklər yaratmışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ölüm haqqında şəhadətnamənin olmaması hüquqi sənədlərin alınmasında müəyyəm promlemlər yaratmışdır. Ərizəçi, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə və maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X12 nümayəndəsi X20 məhkəmə iclasının vaxtı və yeri barəsində lazimi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər, lakin Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə 20 sentyabr 2024cü ildə məhkəmə elektron qaydada ərizə göndərərək iş yerindən icazə ala bilmədiyi üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizələrinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəçi, ərzəçinin nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Ərizəçi məhkəmə hazırlıq iclasında ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, mərhum Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlu onun babası olmaqla X5nın doğma atası olmuşdur. Babası Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlu 1895-ci il tarixdə Nuxa şəhərindənənəsi X16 1902-ci il tarixdə Nuxa şəhərində anadan olmuşdur. Babası və nəvəsi, 27 iyul 1924-cü il tarixdə Nuxa rayonu, Zaqs (VVAQ) bürosunda nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Nikahları 190 №-li qeyd ilə vətəndaşlıq vəziyyəti aktları kitabına daxil edilmişdir. X25 10 sentyabr 1968-ci il tarixdə Şəki şəhərində vəfat etmişdir. Lakin babası Mustafa Mirzoyevin vəfat etməsi barədə heç bir qeydiyyat aparılmamışdır. X1 ölümü haqqında arayışın verilməsi ilə bağlı Şəki Regional “ASAN Xidmət” X13 müraciət etmiş, lakin X3 ölümü haqqında arayışın verilməsi mümkün olmadığı üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Onlarda olan məlumatlara görə Mirzəyev (Mirzoyev) X10 Vətən Müharibəsi zamanı səfərbərliyə çağrılmış, 1941-ci ildə hərbi xidmətə göndərilmiş və həmin ildə xəstəliyə görə qayıdaraq vəfat etmişdir. Ona babasından miras qalmış evi adına rəsmiləşdirmək istəsə də, babası Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölüm haqqında şəhadətnaməsinin olmaması hüququmüəyyənedici sənədləri almaqda çətinliklər yaratmışdır. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X12 nümayəndəsi X20 məhkəmə hazırlıq iclasında izahatında bildirmişdir ki, Ərizəçi “X3 ölümü haqqında arayış verilməsi barədə” müraciətinə baxılmışdır. Müraciətə baxılan zaman ölüm haqqında akt qeydinin əldə edilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının X29 rayon filialına və Şəki rayon qeydiyyat şöbəsinə sorğu göndərilmişdir. X29 rayon filialının xx.xx.2023-cü il tarixli, 3-48-DA-12/F/2- 6/334/2023 nömrəli cavab məktubunda Şəki rayon qeydiyyat şöbəsinin 1941-ci ilin “Ölüm aktlarının” qeydiyyat kitablarına əsasən M.l. Mirzoyevin ölümü barədə qeydiyyatın aşkar edilmədiyi bildirilmişdir. Həmçinin Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16-5/8-11-2484/2023 nömrəli cavab məktubunda bildirilmişdir ki, M.İ. Mirzoyevin ölüm haqqında akt qeydi Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkarlanmamışdır. Eyni zamanda Şəki rayon qeydiyyat şöbəsinin cavab məktubuna əsasən bildirmişdir ki, 1948-ci ilədək ölüm haqqında akt qeydi kitabları Şəki rayon qeydiyyat şöbəsinin arxivində saxlanılmamış və arxiv məlumatları ölüm haqqında bərpa akt qeydi kitabları 1948-2023-cü illər üzrə yoxlanılmışdır. Qanunvericiliyin tələblərinə və yuxarıda qeyd edilənlərə əsasən X3 ölümü haqqında arayışın verilməsi mümkün olmamış və məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. O, Ərizəçi Şəki Rayon Məhkəməsində qaldırdığı ərizəyə baxılarkən qeyd edilənlərin nəzərə alınmasını və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, Ərizə təmin edilərsə qeydiyyatın aparılıb şəhadətnamənin verilməsinin təmin ediləcəyini bildirmişdir. X6 izahatında bildirmişdir ki, o, Ərizəçi ilə o, ana tərəfdən əmi nəvələridir. Həqiqətən Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlu Ərizəçi babası olmuş, Ərizəçi uşaqlıqdan babası Mustafa Mirzəyevin evində yaşamışdır. Rəhmətə gedən böyüklərindən Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun X28 zamanı səfərbərliyə çağrıldığını, 1941-ci ildə xəstəliyə ilə təxris olunaraq Şəki şəhərinə gəlib vəfat etdiyini eşitmişdir. X11 izahatında bildirmişdir ki, o, Ərizəçi ilə qoşu olmuşdur. Həqiqətən Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlu Ərizəçi babası olmuş, Ərizəçi uşaqlıqdan babası Mustafa Mirzəyevin evində yaşamışdır. Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun X28 zamanı 1941-ci ildə səfərbərliyə çağrıldığını, həmin il xəstəliyi ilə bağlı müharibədən qayıdaraq Şəki şəhərində vəfat etdiyini eşitmişdir. İş materiallarına əlavə ediməklə məhkəmə baxışında tədqiq edilmiş; Şəki Regional “ASAN Xidmət” X12 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-1979/24 nömrəli məktubundan görünür ki, Ərizəçi X1 ölümü haqqında arayışın verilməsi ilə bağlı Şəki Regional “ASAN Xidmət” X13 müraciət etmiş, lakin X3 ölümü haqqında arayışın verilməsi mümkün olmadığı üçün vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Şəki Regional “ASAN Xidmət” X12 xx.xx.2024-cü il tarixli, 3-16-5/8-13-1436/24 nömrəli məktubundan görünür ki, Şəki rayon Qeydiyya şöbəsinin arxivində akt qeydi kitabları 1949-cu ilədək saxlanılmadığından 1895-ci ildə Nuxa (Şəki) şəhərində anadan olmuş Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun doğum haqqında akt qeydinin axtarılması və göndərilməsi imkan xaricindədir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin 23 sentyabr 2024-cü il tarixli, 3-43-55/1-4577/2021 nömrəli məktubundan görünür ki, X2 Vətən Müharibəsi zamanı səfərbərliyə çağrılmış, vətəndaşların əlifba kitabında 1941-ci ildə səfərbərliklə çağrılaraq hərbi xidmətə göndərildiyi və həmin ildə xəstəliyə görə qayıdaraq vəfat etməsi barədə qeydlər edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun Şəki şəhəri, İsmibəy Nakam küçəsi, 31 saylı evə ½ -in ¼ hissəsi həddində ümumi birgə mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, Ərizəçi babası Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlu 1895-ci il tarixdə Nuxa şəhərində anadan olmuş, X28 zamanı səfərbərliyə çağrılmış, 1941-ci ildə hərbi xidmətə göndərilmiş və həmin ildə xəstəliyə görə qayıdaraq Şəki şəhərində vəfat etmişdir. İşin yuxarıda qeyd edilən halları məhkəmə sorğusu ilə alınmış Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin 3-43-55/1-4577/2021 nömrəli məktubu, şahidlərin izahatları və digər sənədlərlə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi babası Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, ona babasından miras qalmış evi adına rəsmiləşdirmək istəsə də, babası Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun vəfat etməsi və ölüm haqqında şəhadətnaməsinin olmaması hüququmüəyyənedici sənədləri almaqda çətinliklər yaratmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, 1895-ci ildə Nuxa şəhərində anadan olmuş Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölməsi hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 1895-ci ildə Nuxa şəhərində anadan olmuş Mirzəyev (Mirzoyev) Mustafa İbrahimxəlil oğlunun ölməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1926/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1926/2024
23.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver