Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1955/2023 23.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Maraqlı şəxs qarşı məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X8 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 20 iyun 2022-ci il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.1.3 və 2.1.4-cü bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.3 və 2.1.4-cü bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onunla əri Maraqlı şəxs arasında nikahın pozulması, uşaqların himayədə saxlanılmaları, alimentin ödənilməsi və uşaqlarla ünsiyyət hüququnun təmin edilməsi barədə tələblər üzrə mediasiya prosesi zamanı 20 iyun 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində onunla Maraqlı şəxs arasında 14 noyabr 2012-ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kənd İcra Nümayəndəliyində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, onunla Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X11 atası Maraqlı şəxs himayəsində və yanında saxlanılması, birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X12 onun himayəsində və yanında saxlanılması, onunla Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə ona ödəməsi, Maraqlı şəxs himayəsində saxlanılmış uşağı 15 oktyabr 2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan aliment tələb etməməsi, birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X15 ilə atası Maraqlı şəxs hər həftənin bazar günü saat 10:00-darf saat 16:00-dək görüşmələrinə və ünsiyyətdə olmaları, həmçinin buna şərait yaradılması, birgə nikahdan anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X16 ilə anası X3 hər həftənin şənbə günü saat 10:00-dan saat 16:00-dək görüşmələri və ünsiyyətdə olmaları, həmçinin buna şərait yaradılması razılaşdırılmışdır. X1 barışıq sazişinin 2.1.3 və 2.1.4-cü bəndlərinin şərtlərinə riayət etməmişdir. Belə ki, tərəfindən həmin barışıq sazişinin 2.1.6-cı bəndinin icrası ilə əlaqədar birgə nikahdan olan övladları 27 iyun 2016-cı il təvəllüdlü X15 atası ilə ünsiyyətdə olması üçün bazar günü atasına verməsinə baxmayaraq övladını geri qaytarmır. Həmçinin bu günədək barışıq sazişi ilə müəyyən edilmiş alimentdən heç bir ödəniş etməmişdir. Göründüyü kimi artıq barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Ərizəçi və maraqlı şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin Ərizəçi 17 avqust 2023-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 14 noyabr 2012-ci il tarixli, AZ-İ 820931 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 14 noyabr 2012-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonara arvada Kazımova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 dekabr 2012-ci il tarixli, AZ-İİİ 001911 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 15 oktyabr 2012-ci il təvəllüdlü X11 anası X9, atası Maraqlı şəxsdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 22 iyul 2016-cı il tarixli, AZ-İİİ 746368 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 iyun 2016-ci il təvəllüdlü X12 anası X9, atası Maraqlı şəxsdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli barışıq sazişindən görünür ki, X9 və Maraqlı şəxs aralarında 14 noyabr 2012-ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kənd İcra Nümayəndəliyində bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, X9 ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X11 atası Maraqlı şəxs himayəsində və yanında saxlanılmasına, X9 ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X12 anası X3 himayəsində və yanında saxlanılmasına, X9 və Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tutularaq X6 ödənilməsinə, Maraqlı şəxs himayəsində saxlanılmış uşağı 15 oktyabr 2012-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 aliment tələb etməməsinə, X9 ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X15 ilə atası Maraqlı şəxs hər həftənin bazar günü saat 10:00-darf saat 16:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına, X9 ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X16 ilə anası X3 hər həftənin şənbə günü saat 10:00-dan saat 16:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına, Maraqlı şəxs və Ərizəçi razı olmuşlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 15 sentyabr 2022-ci il tarixli, X9 ilə Maraqlı şəxs arasında 14 noyabr 2021ci il tarixdə Şəki şəhər İHB-nin Qayabaşı kəndi İcra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeydə alınmış nikah pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 20 iyun 2022-ci il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə X3 birgə nikahlarından anadan olmuş uşaqları 15 oktyabr 2012-ci il təvəllüdlü X11 atası Maraqlı şəxs və 27 iyun 2016-cı il təvəllüdlü X12 anası X3 himayəsində və yanında saxlanılmasının razılaşdırılması, X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsinin və X11 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinin olmaması nəzərə alınması qət edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 27 aprel 2023-cü il tarixli, AZ-İ 441046 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X9 arasında bağlanmış nikahın pozulması, nikahın pozulması haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. X7 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Göründüyü kimi tərəflər arasında 20 iyun 2022-ci il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin şərtləri könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi 20 iyun 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100,40 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 20 iyun 2022-ci il barışıq sazişinin 2.1.3 və 2.1.4-cü bəndləri təsdiq edilsin. X9 ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X15 anası X3 himayəsində və yanında saxlanılsın. X9 və Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 27 iyun 2016-cı il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmaqla hər ay üçün 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə Maraqlı şəxs tutularaq X6 ödənilsin. Ödənilmiş 100,40 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1955/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1955/2023
23.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver