Məhkəmə qərarları › İş №e-2(075)-1968/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1968/2024

05.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1968/2024 05.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1967-ci il tarixdə Azərbaycan Respublikası Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş X9 Şəki Rayon Psixiatriya xəstəxanasında stasionar müalicədə olarkən xx.xx.2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, 1967-ci il tarixdə Azərbaycan Respublikası Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş X9 Şəki Rayon Psixiatriya xəstəxanasında stasionar müalicədə olarkən xx.xx.2002-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 saylı qərarı ilə ailə üzvlərinə - Şəki rayonu Baş Göynük kəndində mərhum anası X15, mərhum bacısı X9, onun və X12 mülkiyyətinə verilmiş torpaq sahəsinə çıxarış almaq üçün aidiyyəti üzrə müraciət etsə də, xx.xx.2008-ci il tarixdə vəfat etmiş anası X15 ölüm haqqında şəhadətnaməsi olsa da, Şəki Rayon Psixiatriya xəstəxanasında stasionar müalicədə olarkən xx.xx.2002-ci il tarixdə vəfat etmiş bacısı X9 ölüm haqqında şəhadətnaməsi olmaması səbəbli müraciətindən imtina edilərək Şəki rayon qeydiyyat şöbəsinə müraciət etməyi bildirilmişdir. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət edərək, müraciətinə Şəki rayon psixatriya xəstəxanasından aldığı arayışları əlavə etsə də, 02 mart 2024-cü il tarixli arayış verilmiş və həmin arayışda qeyd edilmişdir ki, yoxlama aparılan zaman xx.xx.2002-ci ildə ölmüş X9 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Dəfələrlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət müraciətlər etməsinə baxmayaraq, müraciətindən imtina edilmiş və xx.xx.2002-ci ildə ölmüş X9 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Buna görə də 1967-ci il təvəllüdlü X9 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. İşin halları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon qeydiyyat şöbəsi tərəfindən X16 ünvanlanmış 13 iyun 2024-cü il tarixli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1967-ci il təvəllüdlü bacısı X10 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Qeyd edilənlərə əsasən X10 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Şəki Rayon Psixiatriya Xəstəxanasının 09 yanvar 2024-cü il tarixli, 015 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Baş Göynük kəndində yaşayan 1967-ci il təvəllüdlü X5 Rayon Psixiatriya xəstəxanasında stasionar müalicədə olarkən xx.xx.2002-ci il vəfat etmişdir. Şəki Rayon Psixiatriya X1 ünvanlanmış 13 iyun 2024-cü il tarixli, 499 nömrəli məktubundan görünür ki, onun xx.xx.2024-cü il tarixli müraciəti üzrə araşdırma aparılarkən təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 015 nömrəli arayışda görüldüyü kimi Şəki rayonu, Baş Göynük kənd sakini X6 Ruhi Əsəb dispanserində stasionar müalicədə olarkən xx.xx.2002ci ildə vəfat etmişdir. Mərhuma ölüm haqqında şəhadətnamə alınması üçün tərəflərindən № 106 Forma verilməsi qeyri mümkündür. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-S-xxxx/2024 nömrəli arayışdan görünür ki, X13 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1999-2005-ci illər, ölüm haqqında bərpa akt qeydi kitablar isə xx.xx.2003xx.xx.2024-cü illər Şəki rayon qeydiyyat şöbəsi üzrə yoxlanılmışdır. Şəki şəhər İHB-nın Baş Göynük kənd İcra nümayəndəliyi tərəfindən verilmiş 25 aprel 2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 24 aprel 2008ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli arayışdan görünür ki, JN-734A, KOD 40406018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə adları qeyd edilən X26 və X21 vəfat etmişlər və hər ikisi Baş Göynük kənd qəbristanlığında dəfn olunublar. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən X4 Novat Zaman qızı, X2 Tərlan Xəmməd qızıdır. X19 X23 adında övladı olmamış və şəhadətnamədə X3 Tərxan Xanməd oğlu kimi qeyd edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X13 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 1967-ci il tarixdə Azərbaycan Respublikası Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş X21 xx.xx.2002-ci il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 1967-ci il tarixdə Azərbaycan Respublikası Şəki rayonu, Baş Göynük kəndində anadan olmuş X21 xx.xx.2002-ci il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar