Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1973/2024 28.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1937-ci il tarixdə anadan olmuş və ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış mərhum həyat yoldaşı olmuş X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 xx.xx.1937-ci il il tarixdə Şəki şəhərində anadan olmuş və yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış xx.xx.2024-cü il tarixdə dünyasını dəyişmişdir. Onun ölümü ilə əlaqədar çox gərgin bir vəziyyət keçirdiklərindən təcili yardıma müraciət etməmişlər. Artıq müəyyən müddət keçdikdən sonra dəfn pulu ilə maraqlanarkən məlum olmuşdur ki, mərhum əri X3 adına ölüm kağızı almamışlar. Bununla bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” X15ə rəsmi müraciət etsə də mərhum həyat yoldaşı olmuş X3 adına ölüm şəhadətnamənin verilməsinin mümkünsüzlüyünün səbəbi kimi xəstəxanaya hər-hansı müraciət olunmamış və qeyd aparılmaması barədə rəsmi cavab verilmişdir. X3 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki Rayon Qeydiyyat Şöbəsinə də müraciət etmişdir. Lakin, X3 ölümü barədə hər-hansı qeyd aşkar edilməmişdir. Ona görə də mərhum həyat yoldaşı olmuş X3 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, mərhum X7 onun həyat yoldaşıdır. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 Cəfər Veysəlqara oğlunun ölümü haqqında akt qeydinin aşkar edilmədiyini, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Sübutların tədqiqi: İş materialarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-D-15-719/24 saylı məktubundan görünür ki, Şəki rayon Qeydiyyat şöbəsinin arxivində X3 ölümü haqqında akt qeydi aşkar edilməmiş, həmçinin, Şəki rayon Qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X7 xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanda vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X13 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır. Bu səbəbdən ölüm aktının verilməsi mümkün deyildir. - “Nöyülbulaq” Məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 425 nömrəli arayışında qeyd edilmişdir ki, Şəki şəhəri, N.Nərimanov küçəsi, 41 saylı evdə yaşamış mərhum X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* dövlət qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X3 ümumi birgə mülkiyyətindədir. - Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, o, mərhum X3 qardaşı qızıdır. Təxminən 6 ay əvvəl vəfat edib. O, yasda da iştirak etmişdir. Dağdibi qəbiristanlığında dəfn olunub. - Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, o, mərhum X3 qardaşı oğludur. Əmisinin yasını özü vermişdir. 2024-cü ilin may ayında vəfat edib. - ********** nömrəli xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, hazırkı ərizənin verilməsi üçün ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödəniş edilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, X7 xx.xx.1937-ci il il tarixdə Şəki şəhərində anadan olmuş və yuxarıda göstərilən ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış xx.xx.2024-cü il tarixdə dünyasını dəyişmişdir. X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi “Nöyülbulaq” Məhəllə nümayəndəliyi tərəfindən verilən arayışla, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona həyat yoldaşının ölümü haqqında akt qeydinin əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçi atasının ölüm faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, mərhum həyat yoldaşından qalmış mirası rəsmiləşdirə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.1937-ci il tarixdə anadan olmuş və ünvan 5 ünvanda qeydiyyatda olmaqla yaşamış ərizəçinin mərhum həyat yoldaşı olmuş X3 xx.xx.2024-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1973/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1973/2024
28.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver