Məhkəmə qərarları › İş №e-2(075)-2008/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2008/2024

30.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2008/2024 30.08.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 27 sentyabr 2021-cü il tarixdə bağlanmış №2021-002295 nömrəli barışıq sazişinin 2.1.3-cü bəndinin (01 sentyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat alimentin hər növbəti ayın birinci yeddi günlüyündə ödənilməsi hissəsinin) təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, sabiq əri Maraqlı şəxs Darçoyevic ilə 07 oktyabr 2020-ci il tarixdə rəsmi nikahlarını Qax Rayon Qeydiyyat şöbəsində qeyd etdirməklə ailə qurmuşdur. Onunla birgə nigah dövründə xx.xx.2021 ci il tarixə X2 adlı övladları olmuşdur. Ailə qurandan sonra bir müddət səmimi ailə münasibətində olsa da sonra bu münasibətləri qısa vaxt ərzində pozulmuşdur. Onunla birgə yaşamaq mümkün olmadığından boşanmaq qərarına gəlmiş, Şəki 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. X3 nikahın pozulması tələbi istisna olmaqla qalan tələblərdə razılıga gəlmişlər. Hər ay 150 manat aliment pulu ödəməyi öhdəsinə götürmüşdür. İlk vaxtlar Maraqlı şəxs uşağa razılıqla müəyyən olunmuş alimenti ödəsə də, son vaxtlar alimenti ödəməkdən yayınmışdır. Belə ki, hər ay 150 manat ödəməli olduğu halda 148 manat ödəmişdir. 2023-cü ilin dekabrında 150 manata qarşı 90 manat ödəmişdir. 2023-cü ilin yanvarından bu günə qədər 1 manat da olsun aliment ödəməmişdir. Maraqlı şəxs birgə nikahlarından doğulmuş uşağı ilə maraqlanmadığından və onun saxlanılmasına heç bir köməklik etmədiyindən o, azyaşlı uşağının saxlanılması üçün sonuncudan aliment tələb etmək məcburiyyətində qalmışdır. Bunun üçün qanunvericiliyin tələblərinə uyğun olaraq mediator X4 iştirakı ilə Maraqlı şəxs ilə xx.xx.2021-ci il tarixdə № 2121-002295 saylı Barışıq sazişi bağlanaraq təsdiq edilmişdir. Barışıq sazişinin 2.1.3-cü bəndinin şərtinə əsasən onunla X6 birgə nikahlarından anadan olmuş uşağı-17 07.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün əvvəli 01 sentyabr 2021-ci ildən hesablanmaqla hər ay üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin hər növbəti ayın birinci yeddi günlüyündə Maraqlı şəxs tərəfindən ona ödənilməsi razılaşdırılmışdır. Lakin həmin tarixdən təxminən 8-ci aydır ki, Maraqlı şəxs azyaşlı birgə nikahlarından doğulmuş uşağının saxlanması üçün ödəməyi öhdəsinə götürdüyü alimenti vaxtlı-vaxtında ödəmir, hər dəfə müxtəlif bəhanələr gətirir. Məlum olduğu kimi hazırkı dövrdə uşaqların saxlanılması üçün kifayət qədər məbləğ tələb edilir ki, onun da maddi imkanı aşağı olduğundan tərəfindən həmin xərclərin qarşılanması mümkün olmur. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - 27 sentyabr 2021-ci il tarixli, 2021-002295 nömrəli barışıq sazişinin 2.1.3-cü bəndindən görünür ki, X7 ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları – 17 iyul 2021-ci il təvəllüdlü X1 saxlanılması üçün, əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci yeddi günlüyündə X5 ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. - 13 sentyabr 2021-ci il tarixli nikah haqqında arayışdan görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 07 oktyabr 2020-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsaşvili soyadı verilmişdir. - 02 avqust 2021-ci il tarixli AZ-İV 605708 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissələri Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.1.3-cü bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən Maraqlı şəxs 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X8 ilə Maraqlı şəxs arasında bağlanmış 27 sentyabr 2021-ci il tarixli, 2021- 002295 nömrəli barışıq sazişinin 2.1.3-cü bəndi təsdiq edilsin. 2.1.3 X7 ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları – 17 iyul 2021-ci il təvəllüdlü X1 saxlanılması üçün, əvvəli 01 sentyabr 2021-ci il tarixdən hesablanmaq şərti ilə hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci yeddi günlüyündə X5 ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Maraqlı şəxs 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar