Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2042/2023 14.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1992-ci il təvəllüdlü X2 ölümünün qeydə alınaraq ölüm şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci ildə X7 ilə birgə nikahlarından qız övladları dünyaya gəlmişdir. X1 həmin dövrdə geniş yayılmış bilmədikləri xəstəlik səbəbi ilə 40 günü bitməmiş təxminən 1993-cü ilin yanvar ayının ortalarında vəfat etmişdir. Həmin dövrdə tərəflərindən ölüm şəhadətnaməsi alınmamışdır. Bu səbəbdəndə bu gün Məmmədova Arzunun ölüm faktı heç bir sənəddə qeyd edilmədiyi üçün Şəki rayon “ASAN xidmət” mərkəzindən ölüm şəhadətnaməsinin verilməsinə imtina arayışı verilmişdir. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Ərizəçi onun qayınıdır. 1992-ci il tarixdə Arzu adlı qızı anadan olmuşdur. Anadan olandan 2 ay sonra vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. Hal-hazırda iki övladı var. Qızı Arzu 1992-ci ildə anadan olmuş və iki ay sonra vəfat etmişdir. İşin halları Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Baş Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli, 312 nömrəli arayışda göstərilmişdir ki, Şəki rayonu, Baş Göynük kənd sakini Ərizəçi X7, X6, X3, X4, X11, X9 və X5 adlı şəxslərdən ibarət ailə tərkibi vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 15 fevral 2023-cü il tarixli cavab məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1992-ci il təvəllüdlü X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon Qeydiyyat Şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli arayışdan görünür ki, X5 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeydi kitabları 1990-1996-cı illər üzrə, bərpa akt qeydi kitabları isə 1994-2023-cü illər üzrə yoxlanılmışdır. İşdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X23 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17 Ərizəçi ünvanlanmış 17 fevral 2023-cü il tarixli, 71/2 nömrəli məktubundan görünür ki, qüvvədə olan qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X23 fəaliyyəti nəticəsində yaranmış köhnə illər, o cümlədən 1993-cü illərə aid tibbi sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə və saxlanılma müddəti 25 il olduğuna görə arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, X5 barəsində ölüm haqqında sənədin verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi ərizəçi Məmmədov Ərizəçi Arzu Cahangir qızının ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 27 dekabr 1992-ci il tarixdə anadan olmuş X5 25 yanvar 1993-cü il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyinə görə 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. 27 dekabr 1992-ci il tarixdə anadan olmuş X5 25 yanvar 1993-cü il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2042/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2042/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver