Məhkəmə qərarları › İş №e-2(075)-2047/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2047/2024

10.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2047/2024 10.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı xxxxn Cavabdeh qarşı “daşınmaz əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb olunmasi və qeyri-yaşayiş binasının boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı xxxx Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında iddiaçı ASC “Xalq” Bankına məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadədə olan 0,0201 ha torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168.74 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası 1 (bir) ay müddətində boşaldılması, cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməsi və iddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC “Xalq” Bankı ilə Cavabdeh (Borc alan) arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən borc alan 48 ay müddətinə, illik 18 % ödəmək şərtilə 49000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borcalan Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə: 1) Cavabdeh arasında sonuncuya məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadədə olan 0,0201 ha torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168.74 kv.m ümumi, 131.94 kv.m əsas, 36.8 kv.m. yardımçı sahədən ibarət qeyri-yaşayış binasının (mağaza) (bundan sonra “1-ci Əmlak” və ya “Qeyri-yaşayış binası” adlandırılacaq) ipoteka qoyulması barədə **********67915/2 №-li Sonrakı İpoteka müqaviləsi bağlanmışdır; 2) X4 arasında sonuncuya məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadədə olan 0,01423 ha torpaq sahəsində yerləşən 4 girişli, 1 mərtəbəli, 111.77 kv.m ümumi, 70.77 kv.m. əsas, 41.0 kv.m. yardımçı sahədən ibarət qeyri yaşayış binasının (yeməkxana) (bundan sonra “2-ci Əmlak” adlandırılacaq) ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********67915/1 №-li İpoteka müqaviləsi. Cavabdeh tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə İddiaçı ASC “Xalq” Bankı Kredit müqaviləsi üzrə iddiaçının tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında iddia tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 05 sentaybr 2019-cu il tarixli 2(075)-49/2019 №-li qətnaməsi (bundan sonra “Qətnamə” adlandırılacaq) ilə xx.xx.2015-ci il tarixli **********67915/1 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X2 məxsus Şəki rayonu,Aşağı Göynük kəndində istifadədə olan 0,01423 ha torpaq sahəsində yerləşən 4 girişli, 1 mərtəbəli, 111.77 kv.m ümumi, 70.77 kv.m. əsas, 41.0 kv.m. yardımçı sahədən ibarət qeyri yaşayış binasına (yeməkxana) və xx.xx.2015-ci il tarixli **********67915/2 №-li Sonrakı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Şəki rayonu,Aşağı Göynük kəndində istifadədə olan 0,0201 ha torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168.74 kv.m ümumi, 131.94 kv.m əsas, 36.8 kv.m. yardımçı sahədən ibarət qeyri yaşayış binasına (mağaza) tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və xx.xx.2015-ci il tarixli **********67915 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdehun iddiaçı ASC “Xalq” Bankı qarşısında 34923,47manat məbləğində əsas borcunun, xx.xx.2019-cu il tarixinədək əsas borc məbləğinə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 17318,67 manat məbləğində adi faizlər üzrə borc məbləğinin, 1000 manat məbləğində penyanın, cəmi 53242,14 manat manatın ipoteka predmetlərinin dəyərindən tutularaq ASC “Xalq” Bankına ödənilməsi qət edilmişdir. Yuxarıda göstərilən qətnamədən narazı qalan Bank və cavabdeh M.Y.X3 Məhkəməsinə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişlər. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(107)-143/2020 №-li qətnaməsi ilə Bankın və Cavabdehin apellyasiya şikayətləri təmin edilmədən, Qətnamə isə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra icraatı qaydasında "xxxx" MMC (bundan sonra “Hərrac təşkilatçısı” adlandırılacaq) tərəfindən keçirilmiş hərraclarda ipoteka predmetləri satılmadığından onun alınması iddiaçıASC “Xalq” Bankına təklif edilmişdir. Bank 1- ci Əmlakın alınmasında öz razılığını bildirsə də, 2-ci Əmlak yüksək qiymətə Banka təklif olunduğundan onun alınmasından imtina etmişdir. 1-ci Əmlakın alqı-satqısı Hərrac təşkilatçısı, Şəki rayon icra və probasiya şöbəsi və iddiaçıASC “Xalq” Bankı tərəfindən imzalanmış Hərracın yekunları barədə 157/23 №-li protokol, habelə iddiaçı ASC “Xalq” Bankı ilə Hərrac təşkilatçısı arasında 14 avqust 2023-cü il tarixdə bağlanmış Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müvafiq müqavilə ilə rəsmiləşdirilmişdir. Qeyri-yaşayış binasına iddiaçı ASC “Xalq” Bankının mülkiyyət hüququnun qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmazəmlakın Dövlət reyestrindən elektron Çıxarış verilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: - Şəki Rayon Məhkəməsinin 2(075)-46/2019 saylı, 05 sentyabr 2019-cu il tarixli qətnaməsinə əsasən, 13 yanvar 2015-ci il tarixli **********67915/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X2 məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,01423 hektar torpaq sahəsində yerləşən 4 girişli, 1 mərtəbəli, 111,77 kvadrat metr ümumi, 70,77 kvadrat metr əsas, 41 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binasına (yeməkxana) və 13 yanvar 2015ci il tarixli, **********67915/2 nömrəli sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,0201 hektar torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168,74 kvadrat metr ümumi, 131,94 kvadrat metr əsas, 36,8 kvadrat metr yardımçı sahədən ibarət qeyriyaşayış binasına (mağaza) tutma yönəldilsin və həmin qeyri-yaşayış binaları açıq hərracda satılması, cavabdeh X2 məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,01423 hektar torpaq sahəsində yerləşən 4 girişli, 1 mərtəbəli, 111,77 kvadrat metr ümumi, 70,77 kvadrat metr əsas, 41 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxananın) hərracda ilkin satış qiyməti 46000 manat və Cavabdeh məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,0201 hektar torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168,74 kvadrat metr ümumi, 131,94 kvadrat metr əsas, 36,8 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binasının (mağazanın) hərracda ilkin satış qiyməti 75000 manat müəyyən edilməsi, cavabdeh X2 məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,01423 hektar torpaq sahəsində yerləşən 4 girişli, 1 mərtəbəli, 111,77 kvadrat metr ümumi, 70,77 kvadrat metr əsas, 41 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binasının (yeməkxana) və Cavabdeh məxsusŞəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,0201 hektar torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168,74 kvadrat metr ümumi, 131,94 kvadrat metr əsas, 36,8 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binasının (mağazanın) hərracda satışlarından əldə edilmiş vəsaitdən 13 yanvar 2015-ci il tarixli **********67915 nömrəli kredit müqaviləsi üzrə34923,47manat məbləğində əsas borc, 12 yanvar 2019-cu il tarixədək əsas borc məbləğinə illik 18 faiz dərəcəsi ilə hesablanmış 17318,67 manat məbləğində adi faizlər borc və 1000 manat penya borcu olmaqla, cəmi 53242,14 manat kredit borcu, Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-də bildirişlərin qeydə alınması üçün ödənilmiş 60 manat rüsum, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 28manat və dövlət rüsumu ilə bağlı ödənilmiş 30 manat ASC «Xalq» Bankının hesabına ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməklə, qiymətləndirilmə ilə bağlı ödənilməli olan 800 manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq həmin məbləğin 200 manatı “Əmlak Ekspert Mərkəzi”-nin, 600 manatı isə "xxxx" MMC-nin hесаbınа ödənilməsi qət edilmişdir. - ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, **********58-06301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışdan görünür ki, Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,0201 hektar torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168,74 kvadrat metr ümumi, 131,94 kvadrat metr əsas, 36,8 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə ASC “Xalq” Bankının adına xx.xx.2023-cü il tarixdə ********** nömrə ilə qeyd edilmişdir. - 14 avqust 2023-cü il tarixli hərracın yekunları üzrə alqı-satqısı barədə müqavilədən görünür ki, Cavabdeh məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,0201 hektar torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168,74 kvadrat metr ümumi, 131,94 kvadrat metr əsas, 36,8 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binasını 47812,50 manata ASC “Xalq” Bankına satılmışdır. -14 avqust 2023-cü il tarixli hərrac təşkilatının ipoteka saxlayana İpoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə protokolun təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadəsində olan 0,0201 hektar torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168,74 kvadrat metr ümumi, 131,94 kvadrat metr əsas, 36,8 kvadrat metr yardımçı sahədən ibarət qeyri-yaşayış binasını 47812,50 manata almışdır. - xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən iddia ərizəsinin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin birinci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə tələb olunan əmlak iddia irəli sürən şəxsin (iddiaçının) mülkiyyətində olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Məhkəmə qeyd edir ki, yalnız bu üç şərtin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan qeyri-yaşayış sahəsinin hazırkı mülkiyyətçisi ASC “Xalq” Bankı cavabdehdən Şəki rayonu, Aşağı Göynük kəndində istifadədə olan 0,0201 ha torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168.74 kv.m ümumi, 131.94 kv.m əsas, 36.8 kv.m. yardımçı sahədən ibarət qeyri-yaşayış binasının boşaldılmasını tələb etməkdə haqlıdır. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh qanunsuz sahibliyində olan mülkiyyət hüququ əsasında iddiaçı ASC “Xalq” Bankına məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadədə olan 0,0201 ha torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168.74 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası 1 (bir) ay müddətində boşaldılmalı və cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq” Bankına təhvil verilməlidir. İddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə hissəsi: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh qanunsuz sahibliyində olan, mülkiyyət hüququ əsasında iddiaçı ASC “Xalq” bankına məxsus Şəki rayonu, Aşağı Göynük kəndində istifadədə olan 0,0201 ha torpaq sahəsində yerləşən 2 girişli, 1 mərtəbəli, 168.74 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası 1 (bir) ay müddətində boşaldılsın və cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçı ASC “Xalq ” Bankına təhvil verilsin. İddia ərizəsinin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar