Məhkəmə qərarları › İş №e-2(075)-2078/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2078/2025

14.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2078/2025 14.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, X8 oğlunun katibliyi ilə, Ərizəçinin vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs oğluna qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onunla Maraqlı şəxs arasında bağlanmış və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 06 oktyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin Vəkil ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmış olsa da, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 ilə Maraqlı şəxs oğlu arasında nikahın pozulması, uşağın himayədə saxlanılması, aliment və uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə tələblər üzrə mediasiya prosesi zamanı 06 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 2.1. X4 və X11 oğlu aralarında 05 noyabr 2022-ci il tarixdə Ş əki Regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Ş öbəsində bağlanmış nikahın məhkəmə qaydasında barışmaları üçün vaxt verilmədən pozulmasına razıdırlar. 2.2. X4 ilə X11 oğlunun birgə nikahdan anadan olmuş uşaqları-12 dekabr 2021-cı il təvəllüdlü Abdusəlimli Uğur Elvin oğlunun anası X1 himayəsində və yanında saxlanılmalarına X4 və X11 oğlu razıdırlar. 2.3. X4 ilə X11 oğlunun birgə nikahdan anadan olmuş və yetkinlik yaşlarına çatmayan uşaqları-12 dekabr 2021-cı il təvəllüdlü Abdusəlimli Uğur Elvin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə X2 ödəməsini X11 oğlu öhdəsinə götürür və buna hər iki tərəf razıdır. 2.4. 12 dekabr 2021-cı il təvəllüdlü Abdusəlimli Uğur Elvin oğlu ilə atası X11 oğlunun hər həftənin şənbə günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına X4 və X11 oğlu razıdırlar. 2.5. X11 oğlu hər həftənin şənbə günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağını müvafiq olaraq həmin həftənin şənbə günləri saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda X2 qaytarıb təhvil verməyi öz öhdəsinə götürür. Əks, tədqirdə X11 oğlu həmin uşağının məcburi qaydada ondan alınıb X2 verilməsinə razıdır. Lakin X11 oğlu barışıq sazişinin 2.3-cü bəndinin şərtlərinə riayət etmir. Belə ki, X11 oğlu barışıq sazişində qeyd edilən hər ay üçün 180 manat alimenti vaxt vaxtında ödəmir, ödəniş edəndə isə bir hissəsi ödəyür, bir hissəsi saxlayır. Bəzən isə 2-3 ay ard-arda ödəniş etmir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02289 nömrəli barışıq sazişinin 2.2-ci bəndindən görünür ki, X4 ilə X11 oğlunun birgə nikahdan anadan olmuş uşaqları-12 dekabr 2021-cı il təvəllüdlü Abdusəlimli Uğur Elvin oğlunun anası X1 himayəsində və yanında saxlanılmalarına X4 və X11 oğlu razıdırlar. Həmin Sazişin 2.3-cü bəndinə əsasən X4 ilə X11 oğlunun birgə nikahdan anadan olmuş və yetkinlik yaşlarına çatmayan uşaqları-12 dekabr 2021-ci il təvəllüdlü Abdusəlimli Uğur Elvin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə X2 ödəməsini X11 oğlu öhdəsinə götürür və buna hər iki tərəf razıdır. İş materialalrında olan Şəki Rayon Məhkməməsinin 2(075)-238/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən X4 ilə X11 oğlu arasında 05 noyabr 2022-ci il tarixdə Şəki Regional ASAN X7 şöbəsində bağlanmış 839 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 oktyabr 2023-cü il tarixli barışıq sazişindəki razılaşdırmaların nəzərə alınması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla) Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X6 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Maraqlı şəxs arasında bağlanmış Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02289 nömrəli barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilsin. Barışıq Sazişinin 2.2-ci bəndinə əsasən X5 tərəfindən 12 dekabr 2021-ci il təvəllüdlü Abdusəlimli Uğur Elvin oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə X2 ödənilsin. Ödənilmiş 100,40 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar