Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2102/2025 18.08.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, ilə, Ərizəçi Maraqlı şəxs İlham oğluna qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs İlham oğlu ilə xx.xx.2024-cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2025-01302 saylı barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, onlarda Maraqlı şəxs İlham oğlu bunun üzürlü səbəbdən olması barədə heç bir məlumat verməmiş, lakin Ərizəçi, məhkəməyə xx.xx.2025-ci il tarixdə teleqram göndərərək məhkəmə iclaslarında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini göstərmiş, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ilə nikahlarını 3 iyun 2014-cü il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2015-ci ildə X3 adlı övladları olmuşdur. Cavabdehlə ailə qurduqları ilk dövrlərdə münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün pozulmuşdur. Ailəsinin dağılmaması üçün xeyli cəhdlər etsə də pozulan münasibətləri bərpa edə bilməmişdir. Artıq cavabdehlə birgə yaşamaları, ailə münasibətlərinin bərpası və barışmaları mümkün olmadığından nikahlarının pozulması qərarına gəlmişdir. Qanunvericiliyin tələblərinə əməl edərək ilk növbədə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində nikahın pozulmasına, uşağın özünün himayəsində qalmasına və hər ay 235 manat aliment ödənilməsinə və cavabdehin uşaqla görüş vaxtının müəyyən edilməsinə hər ikisi razılıq vermişdir və barışıq sazişi imzalanmış, nikahın pozulması hissəsində isə mediasiya prosesinə xitam verilmişdir. Aralarında olan nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-2515/2024 saylı qətnaməsi ilə pozulmuşdur. Lakin Maraqlı şəxs alimenti vaxtında ödəmir və barışıq sazişinin tələblərini pozur və könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2025-01302 sayl nömrəli barışıq sazişinin 2.2-ci bəndində göstərilir ki, Maraqlı şəxs İlham oğlu xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 1 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 235 manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəyəcəyini öz öhdəsinə götürür. MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. MPM-in 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X2 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 - 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs İlham oğlu arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2025-01302 nömrəli barışıq sazişinin 2.2-ci bəndi (alimentlə bağlı hissədə) təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs İlham oğlunun birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 1 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay üçün 235 manat sabit pul məbləğində aliment hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-2102/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2102/2025
18.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver