Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-214/2024 21.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona çatası 7200 (yeddi min iki yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Tərtər rayonunun Şıxarx kəndində məskunlaşmışdır. Cavabdeh ilə tanışı vasitəsi ilə tanış olmuşdur. 20 sentyabr 2022-ci ildə Cavabdeh problemi yarandığı üçün ondan 7200 manat borc pul istəmişdir. O da cavabdehə inanmış həmin məbləğdə pulu ona borc olaraq vermişdir. Cavabdeh ondan borc pul alması ilə bağlı qəbz yazıb vermiş və həmin pulu 3 aya kredit götürüb qaytarmağa söz vermişdir. Beləliklə o, Cavabdeh ilə aralarında olan razılaşmaya əməl etməklə ona 7200 manat pulu vermişdir. Lakin Cavabdeh razılaşmaya əməl etməmişdir. Pulu vaxtında qaytarmadığı üçün Cavabdeh verdiyi borc pulu istəmişdir. O, sonra verəcəyini bildirmişdir. O, bir daha pulunu geri istəyəndə cavabdeh ona yenə yalan vədlər verərək qaytaracağını bildirmişdir. Artıq o, cavabdehlə əlaqə saxlamaq istədikdə Cavabdeh onunla danışmaq istəməmişdir. O, Cavabdeh xəbərdarlıq etmişdir ki, pulu verməsə onu məhkəməyə verəcək, yenə də müsbət nəticə olmamışdır. O, pulunu ala bilmədiyindən, o cümlədən hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Onun cavabdehdə 7200 manat pulu qalmışdır. Pulunu qaytarmadığı üçün mübahisənin həll edilməsi məqsədilə məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehə 7200 manat məbləğində pulu borc olaraq vermişdir. Cavabeh həmin borcu 2023-cü ilin avqust ayına kimi hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Onun cavabdehlə münasibətləri yaxşı olmuşdur. Bildirmişdir ki, cavabdeh ona olan borcundan yaxın zamanlarda, təxminən 2 ay əvvəl 1050 manatını qaytarmışdır. Qalan borcu isə cavabdeh hissə-hissə qaytaracaqdır. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra cavabdehə borcu hissə-hissə ödəməsi ilə bağlı şərait yaradacaqdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddianı qəbul edir. Bildirmişdir ki, pula ehtiyyacı olduğu üçün iddiaçı 7200 manat məbləğdə borca pul almışdır. İddiaçı ilə aldığı borcun hissə-hissə ödənilməsini aralarında razılaşmışlar. 7200 manat məbləğdə borcundan 1050 manatını ödəmişdir. Onun hal-hazırda 6150 manat məbləğdə borcu qalmışdır. Həmin borcu məhkəmə qətnaməsi çıxarıldıqdan sonra az-az ödəyəcək. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, Cavabdeh pul lazım olduğu üçün İddiaçı 7200 manat məbləğdə borc pul almışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh pula ehtiyyacı olduğu üçün iddiaçıdan 7200 manat məbləğdə pulu hissə-hissə, 2023-cü ilin iyun ayına kimi qaytarmaq şərti ilə borc olaraq götürmüşdür. Bununla bağlı tərəflər öz aralarında şifahi şəkildə razılaşmışlar. Bu hal iş materiallarına əlavə edilmiş cavabdeh tərəfindən yazılmış qəbzdə öz təsdiqini tapır. İddiaçı üzərinə götürdüyü öhdəliklərə əməl edərək 7200 manat məbləğdə pulu cavabdehə vermiş, lakin cavabdeh öhdəlikləri yerinə yetirməyərək borcunu iddiaçıya qaytarmamışdır. Bu səbədən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (pullu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə pulludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Borcverənin icra tələbini almış borcalan bir ay müddətində borcu qaytarmalı, habelə faizləri və (və ya) haqları ödəməlidir, bu şərtlə ki, tərəflərin razılaşması ilə daha uzun müddət nəzərdə tutulmasın. Həmin Məcəllənin 742.4-cü maddəsinə əsasən bu Məcəllənin 742.2-ci maddəsində göstərilən müddət xəbərdarlığın alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 742.5.2-ci maddəsinə əsasən borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) borcverən borcun vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 7200 manat məbləğdə pul vəsaiti borc olaraq verilmiş, lakin cavabdeh tərəfindən iddiaçı ilə aralarında olan razılaşmaya əsasən həmin borc vaxtında iddiaçıya qaytarılmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı cavabdehə vermiş olduğu borcu tələb etməkdə haqlıdır. Lakin məhkəmə iclasında tərəflərin izahatı ilə müəyyən olunmuşdur. Cavabdeh iddiaçıya olan 7200 manat məbləğdə borcundan 1050 manatını qaytarmışdır. Hal-hazırda cavabdehin iddiaçıya ödənilməmiş 6150 manat məbləğdə borcu qalmışdır. Odur ki, məhkəmə iddianı 6150 manat məbləğdə borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində əsaslı hesab edir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6150 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı məcburi köçkün olduğu üçün dövlət rüsumu ödəməkdən azad olması nəzərə alınmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6150 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-214/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-214/2024
21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver