Məhkəmə qərarları › İş №e-2(075)-2155/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2155/2025

22.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2155/2025 22.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olan X5 vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum keçmiş həyat yoldaşı X10 xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. O, xx.xx.1977-ci il təvəllüdlü İskəndərova (Səmədova) Mehriban Zahid qızı xx.xx.1985-ci təvəllüdlü X10 ilə xx.xx.2019-cu il tarixdə Şəki şəhəri Şəki Regional ASAN xidmət mərkəzində birgə rəsmi nikaha daxil olmuşdur. xx.xx.2019-cu il tarixdə birgə nikahdan X8 anadan olmuşdur. X10 ilə aralarında xx.xx.2019-cu il tarixdə bağlanmış rəsmi nikah müqaviləsi Şəki Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə nikah pozulması haqqında qətnamə çıxarılmışdır. X10 xx.xx.2024-ci il tarixdə Ukrayna Respublikasına (Donetks vilayətinə) işləmək üçün getmiş və orada yaşadığı müddət ərzində deyilənə görə ürəyində yaranmış problem nəticəsində xx.xx.2025-ci il tarixdə dünyasını dəyişmişdir. Onun nəşi avtomobil vasitəsi ilə xx.xx.2025ci tarixdə Azərbaycan Respublikasının Şəki şəhərinə gətirilmiş və şəhərin yuxarı hissəsində yerləşən Sona qəbirstanlığında dəfn edilmişdir. Keçmiş mərhum həyat yoldaşı X10 xx.xx.2025-ci il tarixdə dünyasını dəyişməsinə baxmayaraq onun valideyinlərinin məsuliyyətsizliyi ucbatından günü bu günə qədər ölüm haqqında şəhadətnamə alınmamışdır. Birgə nikahdan xx.xx.2019-cü il tarixdə anadan olmuş X3 gələcəyi üçün hər hansı bir quruma müraciət etdiyi zaman atası mərhum X5 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Keçmiş mərhum əri X5 ölüm şəhadətnaməsinin alınması ilə bağlı "Şəki Rayon Mərkəzi Xəstəxanası" X18ə rəsmi müraciət etsə də, ölüm şəhadətnaməsinin verilməsinin mümkünsüzlüyü ilə bağlı ona rəsmi cavab verilmişdir. Keçmiş mərhum əri X5 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələbi X7 müraciət etmiş, lakin orada da X5 ölümü ilə bağlı hər-hansı qeyd aşkar edilməmişdir. Ona görə də mərhum keçmiş həyat yoldaşı X5 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verib, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, X12 dövlətində ürək tutmasından vəfat etmişdir. “Sona” qəbirstanlığında dəfn olunmuşdur. O, şəxsən Rasim Səmədovun dəfn mərasimində iştirak etmişdir. Onlar birlikdə işləmişlər, lakin sonradan işləmək üçün X13 dövlətinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, ərizəçinin bacısıdır. Rasim Ukrayna dövlətində ürək tutmasından vəfat etmişdir. xx.xx.2025-ci il tarixində dəfn edilmişdir. Yas mərasimində iştirak etmişdir. Maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 19 sentyabr 1985-ci il tarixdə anadan olmuşdur. X5 pasportunun surətindən görünür ki, X17 xx.xx.2024-cü il tarixdə il tarixdə Karuzek (Rusiya Federasiyası) sərhəd buraxılış məntəqsindən keçərək Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini Birliyi” X18 "Şəki Rayon Mərkəzi Xəstəxanası" X18 tərəfindən X1 ünvanlanmış 07 avqust 2025-ci il tarixli “ölüm aktının verilməsinə dair” məktubdan görünür ki, Şəki şəhərində anadan olmuş (hal-hazırda rəhmətə gedən şəxs) X10 ölkə hüdudlarından kəndarda rəhmətə getdiyindən “Şəki RMX” X16 vəfat etməsi ilə bağlı hər-hansı qeyd aparılmamışdır. Odur ki, Şəki şəhərində anadan olmuş (hal-hazırda rəhmətə gedən şəxs) X5 xx.xx.2025-ci il tarixdə vəfat etməsi barədə tibbi şəhadətnamə verilmsi mümkün deyildir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə Ərizəçi arasında bağlanmış nikah Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikasının Şəki Regional "ASAN Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qediyyat Şöbəsi tərəfindən X1 ünvanlanmış nin 07 avqust 2025-ci il tarixli məktubdan görünür ki, X5 ölümünün qeydə alınması üçün müraciət etsə də, ölüm faktını təsdiq edən heç bir sənəd təqdim etməmişdir. Həmçinin, Şəki regional "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsində və "Avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi"ndə X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Qeyd edilənlərə əsasən Şəki regional "ASAN xidmət" mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində X5 ölümünün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyi məsləhət bilinmişdir. Saxlanılmış şəxsin təhvil-təslimi barədə 16 may 2025-ci il tarixli, 31 nömrəli aktdan görünür ki, 16 may 2025-ci il tarixində, sat 11:20 radələrində “Qırmızı Körpü” sərhəd nəzarəti şöbəsində Gürcüstandan Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşı, xx.xx.1985-ci il təvəllüdlü X10 (pasport C********) “İAMAS”-da DİN tərəfindən xx.xx.2025-ci il tarixindən “saxla” statusu ilə nəzarətə qoyulduğu qeydə alındığı üçün sərhəd naryadı tərəfindən saxlanılmışdır. Saxlanılan şəxs müvafiq tədbirlər görülməsi üçün DİN-nin Qazax RPŞ-yə təhvil verilmişdir. Aktını doğruluğunu S.Şairov,T.Quliyev və E.Ağayev öz imzaları ilə təsdiq etmişlər. Şəki şəhər “Gəncəli” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 27 may 2025-ci il tarixli arayışdan görünür ki, Şəki şəhər “Gəncəli” məhəlləsi, S.Axundova küçəsi, 42 saylı evdə yaşayan X10 xx.xx.2025-ci il tarixində vəfat etmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin “icraata xitam verilməsi haqqında” 29 may 2025-ci il tarixli qərarından görünür ki, Şəki şəhər “Gəncəli” məhəllə nümayəndəsi xx.xx.2025-ci il tarixdə 3555 nömrəli arayış ilə Şəki rayon üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək borclu X5 xx.xx.2025-ci il tarixdə vəfat etdiyini bildirdiyindən Şəki Rayon Məhkəməsinin 2 (075)-1191/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Məzar daşı şəkilindən görünür ki, X10 19 sentyabr 1985-ci il tarixdə anadan olmuş, 16 may 2025-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Şəki Regional "ASAN Xidmət" Mərkəzində Ədliyyə Nazirliyinin Qediyyat Şöbəsi tərəfindən verilmiş 22 yanvar 2020-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 28 dekabr 2019-cu il tarixdə anadan olmuşdur. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi keçmiş həyat yoldaşı X5 Ukraynada vəfat etməsi, lakin ölüm haqqında müvafiq rəsmi sənədin (ölüm şəhadətnaməsinin) əldə edə bilməməsidir. Ölüm şəhadətnaməsinin olmaması nəticəsində ərizəçi uşaqlarına aliment ödənişinin dayandırılması və xəstə uşağı üçün müavinət hüququnun təmin olunmaması kimi problemlərlə üzləşmişdir. Buna görə ərizəçi uşaqlarının hüquqlarını qorumaq və sosial təminatlarını bərpa etmək məqsədilə X5 ölüm faktının təqsdiq edilməsini xahiş edir. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran ölüm faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Buna görə də qeyd olunanlara əsasən xx.xx.1985-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan X5 16 may 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1985-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olan X5 16 may 2025-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar