Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2222/2023 13.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs "xxxx" şirkətinə qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya reyestrində MŞŞ/MT- 018/2023-01373 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, o və "xxxx" şirkətinin direktoru X5 arasında bağlanmış 25 may 2023cü il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2013-cü il tarixdə "xxxx" şirkətinə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və 2016-cı ilə kimi həmin şirkətdə işləmişdir. xx.xx.2016-cı il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2016-cı il tarixli 50 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Həmin vaxtı ona həmin əmrin surəti və əmək kitabçası təqdim edilməmiş və buna görə də o həmin əmri mübahisələndirə bilməmişdir. O 2023-cü ildə başqa iş yerinə qəbul edilmək istəyərkən ona məlum olmuşdur ki, "xxxx" şirkəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Buna görə də o bunu aydınlaşdırmaq üçün "xxxx" şirkətinin rəhbərinə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsinin səbəbini soruşduqda "xxxx" şirkətinin direktoru X5 ona bunun silinməsi üçün əlindən gələn köməkliyi etməyə hazır olduğunu bildirmiş və buna görə də aralarında konüllü mediasiya prosesi zamanı 25 iyun 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1. bəndindən görünür ki, Ərizəçi 01 avqust 2013cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "NUR Company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır. Həmin barışıq sazişinin icrası ilə əlaqədar "xxxx" şirkətinin direktoru X1 Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Vəli Quliyevə məktub ünvanlayaraq "xxxx" şirkəti ilə onun arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin"ç" bəndinə əsasən xitam verilməsinə dair xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemində silinməsinə köməklik göstərilməsini xahiş etmişdir. Həmin müraciətə baxılması nəticəsində X6 Xidməti "xxxx" şirkətinə 13 iyul 2023cü il tarixli məktub ünvanlayaraq xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi üçün barışıq sazişinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni əmr, ərizə və müvafiq qeydlər əlavə edilməklə əmək kitabçasının surətinin təqdim edilməsini xahiş edilmişdir. Lakin hal-hazıradək xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi üçün qeyd edilən sənədlər "NUR company” şirkəti tərəfindən Dövlət Məsğulluq Xidmətinə təqdim edilməmişdir. Əvvəlki məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, barışıq sazişinin "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs "xxxx" şirkətinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, ərizəyə etiraz edirlər və hesab edirlər ki, ərizədə mübahisə doğuran hallar olduğuna görə xüsusi icraat qaydasında baxılmalı deyildir. Belə ki, ərizədə yanlış olaraq göstərmişdir ki, Maraqlı şəxs tərəfindən verilmiş Ərizəçi əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2016-cı il tarixli 50 nömrəli əmr və əmək kitabçası ona verilmədiyinə görə mübahisələndirə bilməmişdir. Yalnız göstərilən əmr barədə 2023-cü ildə məlumat almışdır. Ərizəçi Maraqlı şəxsndə fəaliyyət göstərdiyi dövrdə onunla Əmək müqaviləsindən əlavə Maddi məsul şəxs kimi müqavilə bağlanaraq ona qaiməyə əsasən əmlaklar verilmişdir. Lakin, təhvil aldığı əmlakları mağazalara paylayaraq satışdan əldə edilən vəsaiti Şirkətin xəzinəsinə ödəmədiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla bağlanan əmək müqaviləsinə xitam verilmişdir. Ərizəçi qohumlarının xahişini nəzərə alaraq onun şirkətə vurduğu zərər barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edilməmişdir. Bir müddət əvvəl isə Ərizəçi qohumu özünü onun qaynı kimi təqdim edən şəxs onlarla əlaqə saxlayaraq həmin əmr görə onun işə düzələ bilmədiyini bildirmişdir və xahiş etmişdir ki, ona köməklik göstərək. Şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində 19 aprel 2016-ci il tarixli, 50 nömrəli verilmiş əmrin əgər mümkündürsə sistemindən silinməsinə etiraz etmədiyini bildirmişdir. Hal-hazırda isə ərizəçi göstərilən barışıq sazişini əsas tutaraq onun barəsində verilən qanuni və əsasslı əmrin ləğv edilməsini tələb edir. Halbu ki, barışıq sazişində Ərizəçi barəsində əmrin ləğv edilməsindən söhbət getməmişdir orada həmin əmrin sistemdən silinməsinə razı olduqlarını bildirmişlər. Həmin əmr qanuni və əsasslı olduğuna görə onun ləğv edilməsi qeyri-mümkündür. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir ki, məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Bütün bunlarla yanaşı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində göstərilir ki, xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir Odur ki, ərizənin baxılmamış saxlayaraq, hüquq haqqında mübahisənin olduğu üçün Ərizəçi ümumi əsaslarla iddia vermək hüququnu izah edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 26 may 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-01373 nömrəli barışıq sazişindən görünür ki, Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "NUR company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə və bunun üçün aidiyyəti orqana müracət etməyə razıdır. İş materiallarında olan "xxxx" şirkətinin direktoru X3 X6 xidmətinin rəisi Vəli Quliyevə ünvanlanmış ərizədən görünür ki, Ərizəçi 01 avqust 2013-cü ildə "xxxx" Şirkətinə satış nümayəndəsi vəzifəsinə qəbul edilmiş və həmin şirkətdə 2016-ci ilə kimi işləmişdir. 19 aprel 2016-ci il tarixdə Ərizəçi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Hal-hazırda həmin şirkətin rəhbərliyi hümanizm nümayiş etdirərək Ərizəçi barəsində "Nur company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin, Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi ilə bağlı mediasiya tələbini "xxxx" Şirkəti müsbət qarşılayır və həmin əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin "xxxx" şirkətinə ünvanladıöı 13 iyul 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixli 50 nömrəli əmrin Əmək münasibətləri və məşğulluq alt sistemindən silinməsi üçün barışıq sazişinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı yeni əmr, ərizə və müvafiq qeydlər əlavə edilməklə əmək kitabçası) surətlərinin təqdim edilməsini xahiş edilmişdir Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 70-ci maddəsinin c bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün əsaslardan biridir. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 288-ci maddəsinin a bəndinə hissəsinə əsasəna) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi fərdi əmək mübahisələrinin predmetlərindən biridir. 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. 292-ci maddəsinin 2-ci hissəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Yuxarıda göstərilən qanunvericilik normasından da göründüyü kimi əmək müqaviləsinin ləğv edilməsi fərdi əmək mübahisələrinin predmetlərindən biri olduğundan işçi pozulmuş hüquqlarının bərpa edilməsi barədə məhkəməyə və ya əmək məcəlləsində nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb etməli olmasına baxmayaraq "NUR company” Şirkəti tərəfindən 19 aprel 2016-cil tarixli, 50 nömrəli verilmiş əmrin qeyd edilən müvafiq sistemdən silinməsinə razılığının bildirilməsi ilə bağlı olan qanuna zidd barışıq sazişi bağlanmışdır. Göstərilənlərə əsasən Ərizəçi ilə “NUR company" şirkətinin direktoru X5 arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23, 355-25-ci və 355-26-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi “NUR company" şirkətinin direktoru X5 ı̇ lə onun arasında bağlanmış 25 may 2023-cü il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə "xxxx" şirkəti tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2222/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2222/2023
13.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver