Məhkəmə qərarları › İş №e-2(075)-2303/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2303/2022

29.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2303/2022 29.11.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X11 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki rayon Qeydiyat şöbəsinin nümayəndəsi Mirzəliyeva Aynurə Nurməmməd qızının iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, babası X2 1948-ci ildə Şəki şəhərində ölməsi haqqında hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası X10 15 dekabr 1933-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur və bu barədə Nuxa şəhər VVAQ şöbəsinin 1933-cü ilin “Doğulanların qeydiyyatı’’ kitabında xx.xx.1933-cü ildə 980 nömrəli qeydiyyat aparılmışdır. Hamin qeydiyyata əsasən atası Abid Latifovun atası Abduləziz Lətif oğlu, anası isə, Xədicə Qaffar qızıdır. X18 18 fevral 1991-ci il tarixdə vəfat etmişdir. Bu barədə 08 iyu 1991-ci il tarixdə 279601 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. Babası 1880-ci il təvəllüdlü X5 1948-ci ildə vəfat etmişdir və Şəki şəhərində dəfn edilmişdir. Lakin Şəki rayon Qeydiyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında qeyd aşkar edilməmişdir. Bu barədə Şəki rayon Qeydiyat şöbəsi tərərəfindən 14 oktyabr 2022-ci 11 tarixli, 05/Q- 1308/15 saylı arayış verilmişdir. Babası, mərhum Abduləziz Feyzullayevin ölüm faktının qeydə alınması barədə hər hansı bir məlumat aşkar edilmədiyindən, onun ölümünə dair şəhadətnamə və ya arayış əldə edə bilmir. O, babasına məxsus torpaq sahəsində uzun müddət əvvəl fərdi yaşayış evi inşa etdirmişdir. Həmin evə dair mülkiyyət hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə aldırmaq üçün müraciət etmiş, DƏDRX-dən verilmiş xx.xx.2022-ci il tarixli məktubla babası Abduləziz Feyzullayevin ölümünə dair şəhadətnamə təqdim edildikdən sonra hüquqlarının qeydə alınmasının mümkün olacağı bildirilmişdir. Ona görə də, babasının ölüm faktının müəyyən edilməsi zəruridir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyat şöbəsinin nümayəndəsi X4 iş üzrə qanuni qərar qəbul edilməsini xahiş etdi. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, ərizəçi onun əmisinin oğludur. X1 onun da babasıdır. O, dünyaya gələndə artıq babası X5 ölmüşdür. O, babasını görməsə də, onun qəbrini tanıyır. Babasının, nənəsinin, əmisinin və digər qohumlarının qəbirləri yan-yana yerləşir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. O, da X1nu şəxsən görməsə də, valideynlərindən belə bir şəxsin olduğunu və həmin şəxsin həqiqətən də Ərizəçi babası olmasını və dünyasını dəyişdiyini bilir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti başçısının Qurdlar Məhəlləsi nümayəndəliyi tərəfindən verilmiş 12 oktyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 1 ünvanda yaşayan Ərizəçi babası X5 1880-ci ildə anadan olmuş, 1948ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşının fotoşəkillərindən görünür ki, X5 1880-ci ildə anadan olmuş, 1948-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 08 iyun 1991-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 18 fevral 1991-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Respublika X16 Filialı tərəfindən verilmiş 05 sentyabr 2022-ci il tarixli 765 nömrəli arxiv arayışının surətindən görünür ki, X10 15 dekabr 1933-cü il tarixdə anadan olmuşdur, atası Abduləziz Lətif, anası Xədicə Qaffardır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi atası X6r. İş materiallarına əlavə edilmiş Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X5 barəsində Şəki rayon Qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında qeyd aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 28 sentyabr 2022-ci il tarixli məktubun surətindən görünür ki, 4813 inventar nömrəli texniki pasportda adı göstərilmiş X2 ölüm haqında şəhadətnaməsi, Ərizəçi X2 nəvəsi olması barədə sənəd qeyd edilmədiyindən müraciətin icrası mümkün olmamışdır. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X10 15 dekabr 1933-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. X5 isə onun babasıdır. Ərizəçinin babası X5 1948-ci ildə vəfat etmişdir. Ərizəçi, babasından qalmış torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmişdir. Lakin həmin evə dair hüquqmüəyyənedici sənəd almaq üçün ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət etsə də, torpaq sahəsinin mülkiyyətçisi X2 onun babası olması barədə heç bir rəsmi sənəd olmadığından bundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X2 Şəki şəhərində 1948-ci ildə vəfat etməsi hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi babası X2 1948-ci ildə Şəki şəhərində vəfat etmiş hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar