Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2309/2023 20.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs qızı, X7 və X10 qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X14 apardığı mediasiya prosesi nəticəsində mediator, o, Maraqlı şəxs, X11 və X7 arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə X19 tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X11 və X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X14 apardığı mediasiya prosesi nəticəsində mediator, o, Maraqlı şəxs, X11 və X7 arasında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs qızı, X7 və X11 tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X11 və X2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onunla əri Maraqlı şəxs, qaynatası X11 və qaynanası X7 arasında qızıl-zinət əşyalarının qaytarılması, evdən istifadə hüququnun tanınması və evə köçürülmə təmin edilməsi barədə tələblər üzrə mediasiya prosesi zamanı 06 dekabr 2021-ci il tarixi barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.1.2-ci bəndinə əsasən Maraqlı şəxs, X7 və X1 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağının, 2000 manat məbləğində qızıl boyunbağının, 900 manat məbləğində qızıl sırğa-üzük dəstinin, 200 manat məbləğində qızıl paxlava üzüyün, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyün, 150 manat məbləğində qızıl bilərziyin və 250 manat məbləğində qızıl sırğanın sonuncu dəfə onlarda qaldığını və tərəflərindən satıldığını qəbul etmişlər, 2.1.3-cü bəndinə əsasən Maraqlı şəxs, X7 və X1 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağını 10 yanvar 2022ci il tarixədək, 2000 manat məbləğində qızıl boyunbağını, 900 manat məbləğində qızıl sırğa-üzük dəstini, 200 manat məbləğində qızıl paxlava üzüyü, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyü, 150 manat məbləğində qızıl bilərziyi və 250 manat məbləğində qızıl sırğanı, olmadıqda həmin əmlakların dəyərini 06 may 2023-cü il tarixədək Ərizəçi qaytarmağı müştərək qaydada öz öhdələrinə götürmüşlər. 2.1.4-cü bəndinə əsasən X8 adına texniki pasportu işlənilmiş, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı və Ərizəçi gəlin düşdüyü (köçdüyü) ünvan 1 ünvanında yerləşən və hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə Ərizəçi istifadə hüquqlarının tanınmasına, həmin fərdi yaşayış evinə onun uşaqları ilə birlikdə köçməsinə və yaşamasına, gələcəkdə bununla bağlı hər hansı bir tələblərinin olmayacağına Maraqlı şəxs, X7 və lbadullayev Əjdər Ənvər oğlu razıdırlar. 2.1.5-ci bəndinə əsasən gələcəkdə ailə münasibətlərinin pozulacağı halda Maraqlı şəxs 10000 (on min) manat məbləğində Ərizəçi təzminat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs, X11 və X7 barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin şərtlərinə riayət etməmişlər. Maraqlı şəxs qızı, X7 və X10 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. X4 19 oktyabr 2023-cü il tarixdə məhkəmə göndərdiyi teleqramdan görünür ki, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və iclasın başqa günə təyin edilməsini məhkəmədən xahiş etmişdir. Odur ki, məhkəmə işə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan Şəki Rayon Məhkəmsinin 2 (075)-960/2023 saylı, 18 avqust 2023-cü il tarixli qətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında 27 may 2015-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində bağlanmış 156 nömrəli nikahın pozulması, Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 18 oktyabr 2021-ci il tarixli, 2021-003649 saylı barışıq sazişinə əsəsən Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 24 fevral 2016-cı il təvəllüdlü X5 və 22 oktyabr 2018-ci il təvəllüdlü X3 anaları Ərizəçi himayəsində və yanında saxlanılmalarının və 24 fevral 2016-cı il təvəllüdlü X6 və 22 oktyabr 2018-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla, hər ay bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin hər növbəti ayın birinci yeddi günlüyündə Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsinin razılaşdırılması nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan Ərizəçi tərəfindən Maraqlı şəxs qızı, X7 və X10 göndərilmiş barışıq sazişinin icra edilməsi tələbinə dair pretenziya xəbərdarlığından görünür ki, Şəki 1 saylı Mediasiya Təşkilatının 2021-09815 nömrəli, 05 dekabr 2021-ci il tarixli barışıq sazişini 2.1.2, 2.1.3, 2.1.4, 2.1.5 maddələri tərəfindən bu günə kimi icra edilməmişdir. Ona görədə həmin sazişin qeyd edilən maddələrini 5 (beş) gün müddətində icra etməyini xahiş etmişdir. Əks halda ona qarşı məhkəmədə iddia qaldıracağını diqqətinə çatdırmış və əvvəlcədən işin məhkəmədən kənar qaydada həll edilməsini onlardan xahiş etmişdir. Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 dekabr 2021-ci il tarixli, 2021-09815 nömrəli barışıq sazişindən görünür ki, sazişin 2.1.2-ci bəndinə əsasən Maraqlı şəxs, X7 və X1 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağının, 2000 manat məbləğində qızıl boyunbağının, 900 manat məbləğində qızıl sırğa-üzük dəstinin, 200 manat məbləğində qızıl paxlava üzüyün, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyün, 150 manat məbləğində qızıl bilərziyin və 250 manat məbləğində qızıl sırğanın sonuncu dəfə onlarda qaldığını və tərəflərindən satıldığını qəbul etmişlər, 2.1.3-cü bəndinə əsasən Maraqlı şəxs, X7 və X1 Günel Asim qızına məxsus olan 200 manat məbləğində qızıl boyunbağını 10 yanvar 2022-ci il tarixədək, 2000 manat məbləğində qızıl boyunbağını, 900 manat məbləğində qızıl sırğa-üzük dəstini, 200 manat məbləğində qızıl paxlava üzüyü, hər biri 200 manat məbləğində olan 2 ədəd qızıl üzüyü, 150 manat məbləğində qızıl bilərziyi və 250 manat məbləğində qızıl sırğanı, olmadıqda həmin əmlakların dəyərini 06 may 2023-cü il tarixədək Ərizəçi qaytarmağı müştərək qaydada öz öhdələrinə götürmüşlər. 2.1.4-cü bəndinə əsasən X8 adına texniki pasportu işlənilmiş, hazırda ailə üzvləri ilə birlikdə yaşadığı və Ərizəçi gəlin düşdüyü (köçdüyü) ünvan 1 ünvanında yerləşən və hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə Ərizəçi istifadə hüquqlarının tanınmasına, həmin fərdi yaşayış evinə onun uşaqları ilə birlikdə köçməsinə və yaşamasına, gələcəkdə bununla bağlı hər hansı bir tələblərinin olmayacağına Maraqlı şəxs, X7 və lbadullayev Əjdər Ənvər oğlu razıdırlar. 2.1.5-ci bəndinə əsasən gələcəkdə ailə münasibətlərinin pozulacağı halda Maraqlı şəxs 10000 (on min) manat məbləğində Ərizəçi təzminat ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Ailə Məcəlləsinin: 7-1-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrin mediasiya vasitəsilə həlli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mediasiya Haqqında Azərbaycan Respublikası Qanununun: 26.1-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 26.2. Nikah müqaviləsinə mediasiyaya dair şərtlər daxil edilə bilər. 26.3. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. 26.4. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. 26.5. Mediator uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməyə borcludur. 26.6. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı təlim qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilən qanunvericilik normalarından da göründüyü qızıl zinyət tələbi, hazırda hüquqmüəyyənedici sənədi olmayan fərdi yaşayış evinə istifadə hüquqlarının tanınması və gələcəkdə ailə münasibətlərinin pozulması halında pul ödənilməsi ilə bağlı olan barışıq sazişi qanuna zidd bağlanmışdır. Göstərilənlərə əsasən Ərizəçi ilə Maraqlı şəxs, X11 və X7 aralarında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs qızı, X7 və X11 tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X11 və X2 alınaraq ona verilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs, X11 və X7 ilə onun aralarında bağlanmış 06 dekabr 2021-ci il tarixli barışıq sazişinin "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs qızı, X7 və X11 tərəfindən tərəfindən könüllü icra edilməyən 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.1.2, 2.1.3, 2.1.4 və 2.1.5-ci bəndlərinin təsdiq edilməsi və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının maraqlı şəxslər Maraqlı şəxs, X11 və X2 alınaraq ona verilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2309/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2309/2023
20.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver