Məhkəmə qərarları › İş №e-2(075)-2310/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2310/2023

28.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2310/2023 28.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X3 28 avqust 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman Ərizəçi 27 noyabr 2023-cü il tarixdə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq oğlunun 22 avqust 2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizə onunla əsaslandırmışdır ki, onun mərhum oğlu X8 22 avqust 2023-cü ildə intihar etməsi nəticəsində vəfat etmişdir. Oğlunun intihar etməsi ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılmış və 16 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Oğlu intihar etdiyindən və buna görə də prokurorluqda araşdırma aparıldığından oğlunun ölümünün qeydiyyata alınması üçün Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişlər. Oğlunun ölüm haqqında şəhadətnaməsinin olmaması ona müəyyən çətinliklər yaradır. O, oğlu X3 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmiş və ona ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, o, Ərizəçi atasıdır. X2 onun nəvəsidir. Bildirmişdir ki, mərhum nəvəsi X6 iştirakçısı olmuşdur. X2 22 avqust 2023-cü il tarixdə özünə qəsd edərək vəfat etmişdir. Mərhumun yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, o, Ərizəçi kürəkənidir. Bildirmişdir ki, X2 22 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Mərhum özünə qəsd edərək ölmüşdür. 23 avqust 2023-cü il tarixdə mərhumun dəfn mərasimi olmuşdur. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsinin 25 sentyabr 2023-cü il tarixli, 3-165/8-15-R-996/2023 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki Regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. X3 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 13 mart 2002-ci il tarixli, АZ 219286 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 09 noyabr 2001-ci il təvəllüdlü X3 atası X10, anası X1r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Binəqədi rayon polis idarəsinin 40-cı PB-dən 2001-ci il təvəllüdlü, Şəki rayonu, Qaratorpaq kəndi sakini X3 intihar etməsi barədə Binəqədi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında toplanmış 427C-23 saylı material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan X2na məxsus olan məzar daşının fotoşəklindən görünür ki, X8 09 noyabr 2001-ci il tarixdə anadan olmuş, 23 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X8 Ərizəçi oğlu olmuşdur. O, 09 noyabr 2001-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin atası X8 22 avqust 2023-cü il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X3 22 avqust 2023-cü il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X3 22 avqust 2023-cü il tarixdə vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar