Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2334/2024 30.10.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, Maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X1 nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 21 fevral 1980-ci il tarixdə Şəki rayon Fazıl kəndində anadan olmuş mərhum qızı X3 21 may 1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi, barəsində ölüm haqqında akt qeydinin tərtib edilməsi və bu barədə şəhadətnamənin verilməsi vəzifəsinin Şəki Rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 20 sentyabr 2024-cü il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. İddia ərizəsi və ona əlavə olunan sənədlər öyrənildikdə müəyyən olundu ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər aidiyyat qaydaları pozulmaqla Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 37-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə sahiblik faktının müəyyən edilməsinə dair həmin tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerdə baxılan işlər istisna olmaqla, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi barədə işlərə ərizəçinin olduğu yerdə baxılır. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Ərizəçi mərhum qızı X3 21 may 1980-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmiş, lakin ərizəsini qeydiyyat olduğu yer üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə deyil, Şəki Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iş materiallarını araşdırarq hesab edir ki, iddia ərizəsi aidiyyət üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizənin aidiyyatı üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, maraqlı şəxs Şəki Regional “ASAN Xidmət” X1 nümayəndəsi X4 ərizənin göndərilməsinə etirazının olmadığını bildirmişdir. Elektron portaldan çıxarışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə hesab edir ki, MPM-nin 37, 309.1-ci maddəsinə əsasən ərizəyə ərizəçinin qeydiyyatda olduğu yerə görə baxıldığından mülki iş aidiyyatı üzrə müvafiq məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinə əsasən aidiyyat qaydalarının pozulmasına yol verilmir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1, 45.1, 45.2, 45.3-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu (alındığı) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Əhmədov.
Məhkəmə qərarları › İş №e-2(075)-2334/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2334/2024
30.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver