Məhkəmə qərarları › İş №e-2(075)-2376/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2376/2022

22.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2376/2022 22.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 fevral 1952 -ci il tarixdə anadan olmuş X5 25 iyun 2016-cı il tarixdə vəfat etməsi faktı müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, mərhum X7 onun anasıdır. Anası 16 fevral 1952-ci il tarixdə Şəki rayonu Qaradağlı kəndində anadan olmuşdur. Bildirmişdir ki, uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkmişdir. 25 iyun 2016-cı il tarixdə qeydiyyatda olduğu ünvanda, ünvan 1 vəfat etmişdir. Lakin qanunları bilmədikləri üçün anasının vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni bu günədək almamışlar. Hal-hazırda fərdi yaşayış evlərinin alqı-satqısı ilə əlaqədar olaraq mərhum anası X3 ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X10 göstərmişdir ki, Ərizəçi onun uşaqlıq dostudur. Bildirmişdir ki, o, ərizəçinin atasını, mərhum anası X4 yaxşı tanıyır. Belə ki, Ərizəçi atası, həmçinin mərhum anası ona məxsus olan çörək sexində işləmişlər. Həmin çörək sexi Əligilin yaşadıqları binayla üzbəüz yerləşir. Göstərmişdir ki, Ərizəçi mərhum anası X7 25 iyun 2016-cı il tarixdə Şəki şəhərində öz evlərində vəfat etmişdir. Mərhum uzunsürən onkoloji xəstəlikdən əziyyət çəkmişdir. Ərizəçi mərhum anası X2 şəhərində yerləşən yeni salınan şəhidlər adlanan qəbiristanlıqda dəfn olunmuşdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X8 göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Ərizəçi ilə münasibətləri yaxşıdır. Bildirmişdir ki, Ərizəçi mərhum anası X1 görmüşdür. Baxşıyeva Rəfiqə vəfat edən zaman da orada olmuşdur. Onun bütün yas mərasimlərində iştirak etmişdir. Mərhumu Şəki şəhərində yerləşən şəhidlər xiyabanı adlanan qəbiristanlıqda dəfn etmişdilər. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Bildirmişdir ki, ərizəçinin mərhum anası X7 2016-cı ildə vəfat etmişdir. Mərhumun xəstə olduğu vaxtlarda onu ziyarət etmişdir. Ərizəçi mərhum anası X3 yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 göstərmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçi mərhum anası X7 təxminən bir ay müddətində xəstə yatmışdır. Mərhum xərçəng xəsrəliyindən əziyyət çəkmişdir. Bildirmişdir ki, mərhum X7 vəfat etdikdən sonra onu Şəki şəhərində Şəhidlər qəbiristanlığı adlanan qəbiristanlıqda dəfn etmişdilər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 19 oktyabr 2022-ci il tarixli, 1506/2 nömrəli məktubdan görünür ki, “Şəki RMX” publik hüquqi şəxsin Arxiv bölməsində X3 adına ölüm qeydiyyatı aşkar edilməmişdir. İşdə olan Şəki şəhər İHB-nin “Calğalı bulaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Şəki rayonu, Qaradağlı kəndində andan olmuş, ünvan 2 ünvanında yaşamış, xx.xx.2016-cı il tarixdə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Mərhum şəki şəhəri “Şəhidlər” qəbiristanlığında dəfn edilmişdir. Mərhumun baş daşına xx.xx.2016-cı il tarixdə ölüm tarixi yazılmışdır. İşdə olan Şəki Regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 04 noyabr 2022-ci il tarixli, 05/Q-1367/15 nömrəli məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1952-ci il təvəllüdlü ananız X6 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. X6 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X7 Ərizəçi anası olmuşdur. O, 16 fevral 1952-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin anası X7 25 iyun 2016-cı il tarixdə Şəki şəhərində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 16 fevral 1952-ci il tarixdə anadan olmuş X3 25 iyun 2016-cı il tarixdə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 16 fevral 1952 -ci il tarixdə anadan olmuş X3 25 iyun 2016-cı il tarixdə Şəki şəhərində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar