Məhkəmə qərarları › İş №e-2(075)-2393/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2393/2025

23.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2393/2025 23.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1963-cü ildə anadan olmuş X4 xx.xx.2006-cı ildə vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, ərizəçinin qardaşı X9 xx.xx.1963-cü il il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. xx.xx.2006-cı il tarixdə dünyasını dəyişmişdir. Onun ölümü ilə əlaqədar çox gərgin bir vəziyyət keçirdiklərindən təcili yardıma müracət etməmişlər. Artıq müəyyən müddət keçdikdən sonra mərhum qardaşı X4 ölüm kağızına zərurət yaranmışdır. Bununla bağlı “Şəki Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə rəsmi müraciət etsə də mərhum qardaşı X4 adına ölüm şəhadətnamənin (forma 106) verilməsinin mümkünsüzlüyünün səbəbi kimi xəstəxanaya hər-hansı müraciət olunmamış və qeyd aparılmaması barədə rəsmi cavab verilmişdir. X4 ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon qeydiyyat Şöbəsinə də müraciət etmiş, lakin, X4 ölümü barədə 2001-2023- cü illər üzrə axtarış aparılsada hərhansı qeyd aşkar edilməmişdir. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətndə qalmışdır. İştirak etdiyi məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şəki regional “ASAN xidmət” X8 məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə və şahid ifadələrinə istinad edir: Şəki şəhəri İcra Hakimiyyətinin İpəkçi məhəllə nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, X9 xx.xx.1963-cü il tarixində Şəki şəhərində anadan olumuşdur. O, xx.xx.2006-cı ildə vəfat etmişdir. Şəki şəhərində çöl qəbirisdanlığında dəfn olunmuşdur. Dəfn mərasimini yaxın ailə üzvləri təşkil etmişdir. Şəki regional “ASAN xidmət” X8 tərəfindən verilmiş arayışdan məlum olur ki, X9 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə”Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmadı. Ölüm haqqında akt qeydi kitabları 1997-2003-cü illər üzrə, bərpa akt qeydi kitabları isə 2001-2023-cü illər üzrə yoxlanılmışdır. Şəki RMX tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubundan məlum olur ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən xəstəxanaya müraciət edilmədiyindən və hər hansı qeyd aparılmadığında imtina edilmişdir. Şəki Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli arayışından aydın olur ki, X9 xx.xx.2006-cı il tarixdə Şəki şəhərinin çöl qəbirstanlığında dəfn edilmişdir. Fotodan aydın görünür ki, məzar daşının üzərində X9 - xx.xx.1963-xx.xx.2006 yazılmışdır. Doğum akt qeydindən aydın olur ki, X9 xx.xx.1963-cü ildə Nuxa şəhərində anadan olmuş, atası X11, anası X6r. Doğum haqqında şəhadətnamədən məlum olur ki, X7 xx.xx.1957-ci ildə anadan olmuş, atası X11, anası X6r. Ölüm haqqında şəhatətnamədən görünürki X14 06 oktyabr 1993-cü ildə vəfat etmişdir. Şəki rayon qeydiyyat Şöbəsinin arayışında görünür ki, X11 xx.xx.1980-ci ildə Şəki rayonunda ölmüşdür. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X10 bildirdi ki, ərizəçinin xalası qızıdır. Mərhum Rusiyaya getmiş, oradan gələndə isə xəstələnib gəlmişdir. Ona görə.xx.xx.2006-cı ildə həyatını itirmişdir. Şəki şəhərində dəfn edilmişdir. X1 da təsdiq etdi ki, X9 xx.xx.1963-ci ildə Şəki şəhərində anadan olmuş və 13. 05.2006-ci Şəki şəhərində vəfat etmişdir. X2 və X5 təsdiq etdilər ki, ərizəşinin qardaşı mərhum Elman Hacıyevi tanımışlar. O, xx.xx.2006-cı il tarixdə o, xəstəlik nəticəsində Şəki şəhərində vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1963-cü ildə anadan olmuş X4 xx.xx.2006-cı ildə Şəki şəhərində vəfat etməsi faktı tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi, ərizəçi qardaşının ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qardaşı xx.xx.1963.-cü ildə Şəki rayonunda anadan olmuş X9 xx.xx.2006-cı il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi, qardaşı xx.xx.1963-ci ildə Şəki rayonunda anadan olmuş X9 xx.xx.2006-cı il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar