Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-24/2025 06.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən və mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaranmış maneələrin aradan qaldırılması, mülkiyyətində olan həmin torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən qanunsuz olaraq inşa etdirilmiş sərhəd divarının (hasarın), həmçinin həmin torpaq sahəsinin qonşuluğunda ara məsəfasə inəzərə alınmadan cavabdehlər tərəfindən inşa etdirilmiş fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öz hesablarına sökülməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, növbəti hazırlıq iclası bu günə, yəni xx.xx.2025-ci il tarixə, saat 14:20-a təyin edilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı cavabdehlə barışdığından artıq iddia ərizəsinin baxılmasına lüzum yoxdur və bu barədə məhkəməyə iddia ərizəsinin baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 isə məhkəmə iclasında izahat verərək işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Digər Cavabdeh2 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılımasını tələb etmir. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-24/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-24/2025
06.05.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver