Məhkəmə qərarları › İş №e-2(075)-2475/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2475/2023

07.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2475/2023 07.11.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin Hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Maraqlı şəxs qarşı məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X9 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 06 oktyabr 2023-cü il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.4-cü bəndinin məcburi icra edilməsi üçün həmin barışıq sazişinin 2.4-cü bəndinin təsdiq edilməsi və tərəfimdən ödənilmiş 100 manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onunla həyat yoldaşı Maraqlı şəxs arasında nikahın pozulması, uşağın himayədə saxlanılması, aliment və uşaqla ünsiyyət hüququnun təmin edilməsi barədə tələblər üzrə mediasiya prosesi zamanı 06 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişində aşağıdakılar razılaşdırılmışdır. 2.1-ci bəndə əsasən X6 və o aralarında 05 noyabr 2022-ci il tarixdə Şəki Regional ASAN Xidmət X3 bağlanmış nikahın məhkəmə qaydasında barışmaları üçün vaxt verilmədən pozulmasına razı olmuşlar. 2.2-ci bəndə əsasən X6 ilə onun birgə nikahdan anadan olmuş uşaqları 12 dekabr 2021-ci il təvəllüdlü X4 anası X1 himayəsində və yanında saxlanılmalarına X6 və o razı olmuşlar. 2.3-cü bəndə əsasən X6 ilə onun birgə nikahdan anadan olmuş və yetkinlik yaşlarına çatmayan uşaqları 12 dekabr 2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə X5 ödəməsini o öhdəsinə götürür və buna hər iki tərəf razıdır. 2.4-cü bəndinə əsasən 12 dekabr 2021-cı il təvəllüdlü X10 ilə onun hər həftənin şənbə günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına X6 və o razı olmuşlar. 2.5-ci bəndinə əsasən o, hər həftənin şənbə günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşağını müvafiq olaraq həmin həftənin şənbə günləri saat 17:00dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda X5 qaytarıb təhvil verməyi öz öhdəsinə götürmüşdür. Əks, tədqirdə o, həmin uşağının məcburi qaydada ondan alınıb X5 verilməsinə razı olmuşdur. Lakin Maraqlı şəxs barışıq sazişinin 2.4-cü bəndinin şərtlərinə riayət etmir. Belə ki, Maraqlı şəxs barışıq sazişində qeyd edilən müəddətlərlə birgə nikahdan olan uşaqları ilə görüşməyinə və ünsiyyətdə olmağına imkan verməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, onunla Maraqlı şəxs arasında 06 oktyabr 2023-cü il tarixli barışıq sazişi bağlanmışdır. Həmin barışıq sazişinin 2.4-cü bəndinə əsasən birgə nikahlarından anadan olmuş 12 dekabr 2021-ci il təvəllüdlü X4 onunla hər həftənin şənbə günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşərək ünsiyyətdə olması razılaşdırılmışdır. Lakin Maraqlı şəxs barışıq sazişinin həmin bəndini qərəzli olaraq icra etməmiş, uşağını onunla görüşməyə qoymamışdır. Ayrıldıqları vaxtdan sonra o, cəmi bir dəfə uşaqları ilə görüşmüşdür. Həmin vaxtda uşağı maraqlı şəxsin özü yox, anası gətirib ona təhvil vermişdir. Bundan sonra Maraqlı şəxs birgə nikahlarından olan uşaqları ilə görüşməyinə imkan yaratmamışdır. Bildirmişdir ki, barışıq sazişinə əsasən müəyyən olunmuş aliment məbləğini o, vaxtıvaxtında ödəyir. Lakin hər dəfə uşaqla görüşmək istədikdə qarşı tərəf maneələr yaradır. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 noyabr 2022-ci il tarixli, AZ-İİ 530840 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X11 arasında 05 noyabr 2022-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 839 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonara arvada Abdulsəlimli soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli, AZ-İV 661040 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 12 dekabr 2021-ci il təvəllüdlü X2 atası Ərizəçi, anası Maraqlı şəxsdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 06 oktyabr 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02289 saylı barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs aralarında 05 noyabr 2022-ci il tarixdə Şəki Regional “Asan Xidmət” X3 bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 12 dekabr 2021-ci il təvəllüdlü X2 anası Maraqlı şəxs himayəsində və yanında saxlanılmasına, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 12 dekabr 2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 oktyabr 2023-cü il tarixdən hesablanmaqla hər ay üçün 180 (bir yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi tutularaq Maraqlı şəxs ödənilməsinə, 12 dekabr 2021-ci il təvəllüdlü X7 ilə atası Ərizəçi hər həftənin şənbə günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına razı olmuşlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş mediasiya prosesinə xitam verilməsi barədə 06 oktyabr 2023-cü il tarixli, MŞŞ/MT-018/2023-02289 nömrəli protokoldan görünür ki, Maraqlı şəxs və X7 arasında mediasiya sessiyalarının keçirilməsi üçün ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat və tam mediasiya sessiyasi üçün 200 (iki yüz) manat, olmaqla ümumilikdə 250 (iki yüz əlli) manat mediasiya xərcinin 150 manatı Maraqlı şəxs, 100 manatı isə X7 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. X8 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Göründüyü kimi tərəflər arasında 06 oktyabr 2023-cü il tarixdə mediasiya qaydasında bağlanmış barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin şərtləri könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi 06 oktyabr 2023-cü il tarixdə bağlanmış barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş 100,40 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 06 oktyabr 2023-cü il barışıq sazişinin 2.4-cü bəndi təsdiq edilsin. 12 dekabr 2021-ci il təvəllüdlü X7 ilə atası Ərizəçi hər həftənin şənbə günləri saat 11:00-dan həmin gün saat 17:00-dək görüşərək ünsiyyətdə olması müəyyən edilsin. Ödənilmiş 100,40 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar