Məhkəmə qərarları › İş №e-2(075)-250/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-250/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-250/2023 23.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X2 27 mart 2002-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, onun qardaşı 14 noyabr 1988-ci il təvəllüdlü X6 27 mart 2002-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində xəstəlik səbəbli vəfat etmişdir. Qardaşını Şəki rayonu, Aşağı Göynük kəndində yerləşən qəbiristanlıqda dəfn etmişdilər. Qardaşının ölümündən sonra çətin günlər yaşadıqlarından və çox gərgin bir vəziyyət keçirdiklərindən qardaşı X3 vaxtında ölüm haqqında şəhadətnamə alınmamışdır. Artıq müəyyən müddət keçdikdən sonra əmlakla bağlı lazımi sənədlərini hazırlayarkən qardaşının ölüm haqqında şəhadətnaməsi olmadığı müəyyən edilmişdir. Qardaş Namizədin ölüm faktı təsdiq edilməli olduğundan həmin tələblə Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, qardaşı X2 ölümü barədə Şəki rayon qeydiyyat şöbəsində qeydiyyat aparılmadığı və bundan sonra da aparılmasının mümkün olmadığı bildirilmişdir. Bu səbəbdən qardaşı X2 ölüm faktının müəyyən edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 göstərmişdir ki, Ərizəçi onun qonşusu həm də qohumudur. Ərizəçi bacısı onun oğlunun həyat yoldaşıdır. Bildirmişdir ki, qonşu olduqları vaxtda X4 tanımışdır. Namizət Hümmətov 27 mart 2002-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. Namizəd Hümmətov ağır xəstəlikdən əziyyət çəkdiyi üçün gəzə bilməmişdir. Öldükdən sonra mərhumu kənd qəbiristanlığında dəfn etmişdilər. Mərhumun yas mərasimlərində iştirak etmişdir. Hal-hazırda mərhumun həmin qəbiristanlıqda qəbri mövcuddur. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X9 göstərmişdir ki, Ərizəçi onun yeznəsidir. Ərizəçi iki bacısı vardır. Ərizəçinin qardaşı 27 mart 2022-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. Mərhum sağlığında şikəst olmuşdur. Ağır xəstəlikdən əziyyət çəkmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 21 noyabr 1988-ci il tarixli, XİV-ЖГ 327235 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 14 noyabr 1988-ci il təvəllüdlü X2 atası X7, anası X5r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 07 aprel 1980-ci il tarixli, İİ-ЖГ 339796 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X8 arasında 07 aprel 1980-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 36 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hümmətova soyadı verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 iyun 1981-ci il tarixli, Vİİİ-ЖГ 313078 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxx 1981-ci il təvəllüdlü Ərizəçi atası X7, anası X5r. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 25 oktyabr 2022-ci il tarixli, 05/Q-1096/70 nömrəli arayışdan görünür ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Şəki şəhər İHB-nin Aşağı Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 noyabr 2022-ci il tarixli, 754 nömrəli arayışdan görünür ki, Şəki rayonu Baş Göynük kəndində anadan olmuş xx.xx.1988-ci il təvəllüdlü X1 rayonu Aşağı Göynük kəndində yaşamış və xx.xx.2002-ci ildə Aşağı Göynük kəndində vəfat etmişdir. İşdə olan Şəki RMX-nin 07 noyabr 2022-ci il tarixli, 982 nömrəli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə dünyasını dəyişmiş X6 barəsində ölüm qeydi aşkar edilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X6 Ərizəçi qardaşı olmuşdur. O, 14 noyabr 1988-ci il tarixdə anadan olmuşdur. Ərizəçinin qardaşı X6 27 mart 2022-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kənd ərazisində vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 14 noyabr 1988-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş X2 27 mart 2022-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində vəfat etməsi faktı müəyyən edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 14 noyabr 1988-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndində anadan olmuş X2 27 mart 2022-ci il tarixdə Şəki rayonu, Aşağı Göynük kəndi ərazisində vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar