Məhkəmə qərarları › İş №e-2(075)-2511/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2511/2025

20.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2511/2025 20.10.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi ilə, Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (Maraqlı şəxs) ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-cï il tarixli barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 21, 2.2-ci bəndlərin məcburi icrası edilməsi üçün həmin barışıq sazişinin 2.1 və 2.2-ci bəndləri təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(075)-1359/2019 saylı qətnaməsinə əsasən 13 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 130 (bir yüz otuz) manat aliment Maraqlı şəxs tutularaq ona verilməlidir. Şəki Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(075)-156/2025 saylı qərardadına əsasən Şəki Rayon Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(075)-1359/2019 saylı qətnaməsinə əsasən 13 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs tutulan 130 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunmuşdur. Maraqlı şəxs ona qarşı məhkəmə qərarı ilə indeksasiya olunaraq təyin edilmiş aliment məbləğinin azaldılması barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 11 sentyabr 2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Belə ki, o və Maraqlı şəxs 13 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(075)-156/2025 saylı qərardadı ilə indeksasiya yolu ilə təyin edilmiş aliment məbləğinin azaldılması barədə aşağıdakı şəkildə razılığa gəlmişlər. 2.1. 13 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(075)-156/2025 saylı qərardadı ilə indeksasiya yolu ilə təyin edilmiş və Maraqlı şəxs tərəfindən Ərizəçi ödənilməli olan aliment məbləğinin 01 iyun 2025-ci il tarixdən etibarən azaldılaraq hər ay üçün 240 (iki yüz qırx) manat sabit pulməbləğində müəyyən edilməsinə Ərizəçi və Maraqlı şəxs razıdırlar. Yəni, Şəki Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(075)-156/2025 saylı qərardadı ilə indeksasiya yolu ilə təyin edilmiş minimum əmək haqqının 0,72 misli həddində aliment məbləği həmin qərardad qanuni qüvvəyə mindiyi gündən etibarən 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentlə əvəzləşdirilir. 2.2. Bu sazişin 2.1-ci bəndinə əsasən Maraqlı şəxs 13 aprel 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 iyun 2025-ci il tarixdən hesablanmaqla hər ay üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. Lakin, həmin barışıq sazişinin icrası ilə bağlı aralarında müəyyən mübahisələr vardır. Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Buna görə də həmin barışıq sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır. Əriəzçi və maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi ərizə ünvanlayaraq, onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs isə ərizə ünvanlayaraq, maddi vəziyyətilə bağlı aliment borcunu ödəyə bilmədiyini, aliment borcunu ödəməli olduğunu bildirərərk, ərizənin təmin edilməsini və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: - Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)- 156/2025 saylı qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(075)- 1359/2019 saylı qətnaməsinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs tutulan 130 manat sabit pul məbləğində aliment indeksasiya olunaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,72 misli həddində indeksasiya olunması qərara alınmışdır. - xx.xx.2025-cï il tarixli MŞŞ/MT-018/2025-01164 nömrəli barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, 2.1-ci bəndinə əsasən xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)- 156/2025 saylı qərardadı ilə indeksasiya yolu ilə təyin edilmiş və X3 tərəfindən Ərizəçi ödənilməli olan aliment məbləğinin xx.xx.2025-ci il tarixdən etibarən azaldılaraq hər ay üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsinə Ərizəçi və X4 razıdırlar. Yəni Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)-156/2025 saylı qərardadı ilə indeksasiya yolu ilə təyin edilmiş minimum əmək haqqının 0.72 misli həddində aliment məbləği həmin qərardad qanuni qüvvəyə mindiyi gündən etibarən 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentlə əvəzləşdirilir. Həmin sazişin 2.2-ci bəndinə əsasən Bu sazişin 2.1-ci bəndinə əsasən Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. Məhkəmə aşağıdakı hüquq normalarına istinad edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Göründüyü kimi, barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissəsi Maraqlı şəxs tərəfindən barışıq sazişində müəyyən edilmiş müddətdə aliment icra edilməmişdir. Belə ki, tərəflər arasında mübahisələndirilməyən haldır ki, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən 240 manat alimentin ödənilməsi barədə razılaşmışlar. Borclu isə həmin barışıq sazişini icra etməmişdir. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, barışıq sazişi qanunvericilikdə nəzərdə tutulmuş formaya uyğun tərtib edilmiş, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Barışıq sazişinin təsdiq edilməsi uşağın üstün mənafeyini təmin etmək məqsədi daşıyır. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.1, 2.2-ci bəndlərinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-cï il tarixli MŞŞ/MT- 018/2025-01164 nömrəli barışıq sazişinin 2.1 və 2.2-ci bəndləri təsdiq edilsin. 2.1. xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılması üçün Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)- 156/2025 saylı qərardadı ilə indeksasiya yolu ilə təyin edilmiş və X3 tərəfindən Ərizəçi ödənilməli olan aliment məbləğinin xx.xx.2025-ci il tarixdən etibarən azaldılaraq hər ay üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində müəyyən edilməsinə Ərizəçi və X4 razıdırlar. Yəni Şəki Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(075)-156/2025 saylı qərardadı ilə indeksasiya yolu ilə təyin edilmiş minimum əmək haqqının 0.72 misli həddində aliment məbləği həmin qərardad qanuni qüvvəyə mindiyi gündən etibarən 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentlə əvəzləşdirilir. 2.2. Bu sazişin 2.1-ci bəndinə əsasən Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən hesablanmaqla hər ay üçün 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyini öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar