Məhkəmə qərarları › İş №e-2(075)-2536/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2536/2025

15.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2536/2025 15.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim qızınun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavbdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2670 manat pul, həmçinin ödənilmiş 46,70 AZN dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2023-cü ilin sentyabr ayında öz telefonunu satmaq haqqında sosial şəbəkələrdə paylaşım etmişdir. Qiyabi tanışı olan Elmin onunla əlaqə saxlamış və tanışı Türkan xanımın ondakı telefonu almaq istədiyini ancaq pulunu nisyə vermək imkanı olduğunu demişdir. Zəngləşib görüşmüşlər. O, 12 pro max telefonunu 2700 AZN-ə satdığını bildirmişdir. Bir az sövdələşəndən sonra 2670 manata razılaşmışlar. O, Cavabdeh öz kimliyinin sürətinə öz xətii ilə qalan borcu necə aya nə qədər ödəyəcəyi haqda qeyd edib imza atmağını bildirmişdir. O, onunla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh öz kimliyinin surətinə öz xətti ilə 12 pro max telefonunun qalan pulunu (2670 azn) hər ay 148,18 azn olmaqla 18 ay ərzində ödəyəcəyini qeyd edib imza atmışdır. Cavabdeh borcu verməkdən boyun qaçırdır. O, hər dəfə müxtəlif bəhanələr tapır və borc ödəməkdən boyun qaçırdır. Cavabdehin belə hərəkət etməsi onu məhkəməyə müraciət etməyə məcbur etmişdir. Çünki artıq başqa yolu yoxdur, məcburdur ki, bu mübahisənin həllini məhkəmədə axtarsın. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, məhkəmədə iddia qaldırıldıqdan sonra cavabdeh tərəfindən ona 1000 manat ödəniş həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh borcunu aylıq olaraq ödəmək istədiyini bildirmiş, nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Cavabdeh şəxsiyyət vəsiqəsinin surətinə əl ilə yazılmış qeyddən görünür ki, o, iddiaçıdan aldığı telefonun dəyərini 18 ay müddətinə, hər ay 148.18 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2025-ci il tarixli ********** saylı qəbzə əsasən iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün 46,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Hazırkı işdə Mülki Məcəllənin 567-ci maddəsinin dispozitiv şərtləri mövcuddur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia edir ki, onunla Cavabdeh arasında əldə edilmiş razılaşmaya əsasən cavabdehə satdığı telefon müqabilində 18 ay müddətinə aylıq 148.18 manat olmaqla hissə-hissə ödəniş edilməsi barədə razılıq əldə edilmişdir. Lakin cavabdeh tərəfindən heç bir ödəniş edilməməsi səbəbindən hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbinin əsası kimi cavabdehin öz şəxsiyyət vəsiqəsinin surətinə əl yazısı ilə yazdığı yazıya istinad edir. Məhkəməyə müraciət etdikdən sonra 1000 manat ödəniş edilmişdir. Cavabdeh isə iddia tələbini qəbul etdiyini, 1000 manat ödəniş etdiyini, qalan pulu da hissə-hissə ödəyəcəyini bildirmişdir. Mülki Prosessual Məcəllənin 76-cı maddəsi mülki məhkəmə icraatında sübutların anlayışını və əsas əlamətlərini verir, sübutetmə vasitələrini sadalayır və mülki iş üzrə sübutetmə predmetinin ümumi çərçivəsini müəyyən edir. Sübutetmə predmeti, mülki prosesdə işin ədalətli və obyektiv həlli üçün sübut edilməli olan haların məcmusudur. Sübutetmə predmeti işdə iştirak edən şəxslərin tələb və etirazlarının mahiyyəti, habelə həmin mübahisəni həll etmək üçün tətbiq edilməli olan maddi hüquq normlarının məzmunu ilə müəyyən edilir. Sübutların aidliyi dedikdə isə, sübut mənbəyində olan məlumatın məhkəmə baxışında müəyyən edilməli olan faktlarla və hallarla obyektiv əlaqəsinin olması başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi 1670 manat pulun cavabdehdən tutulması hissəsində təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən cavabdehdən 36,70 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.

Nəticə hissəsi:

Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1670 (bir min altı yüz yetmiş) manat pul, 36,70 (otuz altı manat yetmiş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar