Məhkəmə qərarları › İş №e-2(075)-254/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-254/2025

14.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-254/2025 14.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun əvəzinə ödədiyi cəmi 2925,22 (iki min doqquz yüz iyirmi beş manat iyirmi iki qəpik) manat və iddia tələbi ilə bağlı ödədiyi 50 (əlli) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X2 Təchizatı və Satışı İdarəsində işləyir. Cavabdeh onun tanışıdır. Cavabdeh ilə BOKT "xxxx" MMC arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh BOKT "xxxx" MMC tərəfindən kredit verilmiş və bununla bağlı kreditin qaytarılması üçün qrafik tərtib edilmişdir. BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış həmin kredit müqaviləsinin təminatı olaraq BOKT "xxxx" MMC ilə onun arasında həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit məbləğini və kreditdən istifadəyə görə hesablanmış faiz borclarını aralarında imzalanmış kredit ödəniş cədvəlinə əsasən ödəməli idi. Lakin Cavabdeh qeyd edilən müqavilə üzrə öhdəliklərə vaxtında və lazımi qaydada əməl etməmişdir. Nəticədə BOKT "xxxx" MMC onlara qarşı borc tələbinə dair məhkəməyə müraciət etmiş və iş üzrə çıxarılmış məhkəmə qərarının icrası nəticəsində onun əmək haqqından 2425,22 manat borc tutularaq BOKT "xxxx" MMC-nə ödənilmişdir. Həmçinin, o əlavə olaraq nəğd şəkildə cavabdehin yerinə banka 500 manat da əlavə ödəniş etmişdir. Ümumilikdə o, cavabdehin kredit müqaviləsi üzrə 2925,22 manat ödəniş etmişdir. Halbuki, həmin məbləği cavabdeh özü ödəməli idi. Bu günədək həmin pulun qaytarılması ilə bağlı dəfələrlə Cavabdeh müraciət etsə də, Cavabdeh onun pulunu qaytarmamışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əmək haqqından 2425,22 manat pul tutulduğunu, əlavə ödənilən 500 manatın ödənilməsi ilə heç bir sübutunun olmadığını, əmək haqqından olan tutulmalardan başqa məhkəmə əmri üzrə nə qədər ödəniş edildiyini tam olaraq bilmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları; İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; Şəki Rayon Məhkəməsinin 2(075)-6587/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətindən görünür ki, xx.xx.1957-ci ildə Şəki şəhərində anadan olmuş, Şəki rayonu Cunud kəndində yaşayan Cavabdeh və xx.xx.1967-ci ildə Şəki Şəki rayonu Cunud kəndində anadan olmuş, Şəki rayonu Cunud kəndində yaşayan İddiaçı müştərək qaydada 1228 (min iki yüz iyirmi səkkiz) manat əsas boc, 897,42 (səkkiz yüz doxsan yeddi manat qırx iki qəpik) manat faiz borcu və 429,80 (dörd yüz iyirmi doqquz maant səksən qəpik) manat cərimə borcu olmaqla, cəmi 2555.22 (iki min beş yüz əlli beş manat iyirmi iki qəpik) manat məbləğində borc və 20 (iyirmi) manat dövlət rüsumu kreditor BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. "xxxx" ASC X2 Təchizatı və Satış İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli A- 22/046 nömrəli arayışdan görünür ki, X1 xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrdə Şəki Rayon Məhkəməsinin 2(075)-6587/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən əmək haqqından 2425,22 manat BOKT "xxxx" MMC-nin xeyrinə tutulmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Sübutetmə vəzifəsinin bölgüsü baxımından pulun verildiyini və verilən pulun məbləğini iddiaçı, pulun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Beləliklə, məhkəmə iclasında araşdırılmış iddiaçının izahatı və işin digər materialları ilə müəyyən olundu ki, BOKT "xxxx" MMC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, İddiaçı isə həmin kredit müqaviləsi üzrə borclunun öhdəliyinin icrasını təmin etmək məqsədi ilə Bankla zaminlik müqaviləsi bağlamışdır. Borclu Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyinə görə, Bank ərizə ilə məhkəməyə müraciət edərək borclu və zaminlərdən müştərək qaydada pulun tutulmasını tələb etmiş və məhkəmənin qərarına əsasən yaranmış borcun borclu və zaminlərdən müştərək qaydada tutulması qərara alınmışdır. Məhkəmə qərarı icraya yönəldildikdən sonra əsas borclu Cavabdeh tərəfindən borcun ödənilməsi tam şəkildə icra edilməmişdir. Bundan sonra tələb digər borclu (zamin) İddiaçı əmək haqqına yönəldilmiş, onun əmək haqqından 2425,22 manat pul tutularaq banka ödənilmişdir. Əlavə olaraq da 500 manat pul banka ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, öhdəlik hüquq münasibətində zamin olan İddiaçı borclunun əvəzinə öhdəliyi icra etdiyi həcmdə pul tələbini borclu (cavabdeh) Cavabdeh qarşı irəli sürməkdə haqlıdır. İddiaçı iddia ərizəsində BOKT "xxxx" MMC-nə əlavə olaraq nəğd şəkildə cavabdehin yerinə banka 500 manat da əlavə ödəniş etdiyini bildirsə də, bunu sübut edəcək heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 50 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 2425,22 (iki min dörd yüz iyirmi beş manat iyirmi iki qəpik) manat pul və iddia tələbi ilə bağlı ödədiyi 50 (əlli) manat dövlət rüsumu məbləğində pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 2425,22 (iki min dörd yüz iyirmi beş manat iyirmi iki qəpik) manat pul və iddia tələbi ilə bağlı ödədiyi 50 (əlli) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar