Məhkəmə qərarları › İş №e-2(075)-2614/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2614/2022

29.12.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2614/2022 29.12.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X5 oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Maraqlı şəxs qarşı məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 20 dekabr 2021-ci il tarixdə bağlanmış 2021-MŞİH-11438 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə qeyri-rəsmi nikahla ailə qurmuşdur. Onların ailə münasibətlərindən 17 mart 2017-ci il tarixdə Murad adlı övladları anadan olmuşdur. Maraqlı şəxs ilə ailə qurduqları ilk dövrlərdə münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Hal-hazırda faktiki olaraq ayrı yaşayırlar. Göstərmişdir ki, Maraqlı şəxs uzun müddət övladları Murada baxmadığı və onunla maraqlanmadığı üçün uşağa baxmaqda maddi cəhətdən çətinlik çəkir. Həmçinin maddi tələbatları artığından qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmişlər. Onların arasında 20 dekabr 2021-ci il tarixdə 2021-MŞİH-11438 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin şərtlərinə əsasən 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimentin hər növbətiayın birinci yeddi günlüyündə ona ödənilməsi barədə razılıq əldə etmişlər. Lakin həmin tarixdən uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs uşağın saxlanılması üçün heç bir aliment ödəməmiş, barışıq sazişinin tələblərini pozmuş və barışıq sazişinin könüllü icrasından imtina etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən Maraqlı şəxs ilə aralarında 20 dekabr 2021-ci il tarixdə bağlanmış 2021- MŞİH-11438 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 aprel 2017-ci il tarixli AZ-İİİ 923390 seriya nömrəli X3 görünür ki, 17 mart 2017-ci il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 aprel 2017-ci il tarixli AZ-İ 329496 seriya nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, 17 mart 2017-ci il təvəllüdlü X1 atasının Maraqlı şəxs hesab edilməsi, atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 66 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 20 dekabr 2021-ci il tarixli, 2022-MŞİH-11438 nömrəli barışıq sazişinin 2.1.1-ci bəndindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə yaşayışdan anadan olmuş uşaqları 17 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay üçün 110 (bir yüz on) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci yeddi günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürmüşdür və buna hər iki tərəf razı olmuşlar. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 01 dekabr 2021-ci il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Ərizəçi Maraqlı şəxs aliment tələbinə dair mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi barədə təklif göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X4 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 20 dekabr 2021-ci il tarixli, 2022-MŞİH-11438 nömrəli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 17 mart 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmaqla hər ay üçün 110 (bir yüz on) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq hər növbəti ayın birinci yeddi günlüyündə Ərizəçi ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar