Məhkəmə qərarları › İş №e-2(075)-2668/2023

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2668/2023

12.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2668/2023 12.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "əmlak" tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təzə sintezatorun alınması üçün və əvvəlki sintezatorun daxilinə 300 (üç yüz) manat dəyərində yazılan müsiqi proqramı, əlavə olan cexol (50 manat dəyərində), ayaqlar (50 manat dəyərində), itirilmış fleş kartı və məhkəmə işin gedişi ilə əlaqədar vəkilin işinə və rüsumlara çəkilən xərclərin ona dəyən ziyanın ödənilməsi üçün nəzərə alaraq tam olaraq məhkəmənin 3000 (üç min) manat təyin etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən portaldan çıxarışdan göründüyü kimi, Cavabdeh Ağsu rayonu, Ərəbuşağı Ərazi Dairəsi, Ərbuşağı kəndində qeydiyyatdadır. İddiaçı hazırki tələbi ilə bağlı iddia ərizəsini cavabdehin qeydiyyatda olduğu və yaşadığı ünvan üzrə Ağsu Rayon Məhkəməsinə təqdim etməli olduğu halda, yanlış olaraq Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 35, 149, 151, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "əmlak" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar