Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2729/2025 03.03.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X3 1966-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi nümayəndəsi Qanuni nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.1966-cı il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, Ərizəçi qardaşı X6 xx.xx.1966-cı il tarixdə anadan olub və anasının dediyinə görə doğulandan 2 (iki) ay sonra vəfat edib, Şəki şəhərində 3№-li məktəbin üst tərəfində yerləşən qəbirstanlıqda dəfn edilib. X2 1969-cu il tarixdə, anası X4 2013-cü il tarixdə vəfat etdiklərindən qardaşının dəfn edildiyi yeri tapa bilməmişdir. İndiyə qədər qardaşına ölüm haqqında şəhadətnamə alınmamışdır. Şəki rayon Qeydiyyat idarəsinin xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarından görünür ki, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X3 ölüm aktı qeydi aşkar edilməyib və ona görə də qardaşının ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməyini məsləhət biliblər. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi ərizədə yazılanları təsdiq edərək, xx.xx.1966-cı il təvəllüdlü X3 xx.xx.1966-cı il tarixdə Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Şəki Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə qərar qəbul edərkən aşağıdakı sənədlərə əsaslanır: Şəki Regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında şəhadətnamədən aydın olur ki, X5 atası X9, anası X1r. Nikahın bağlanması haqqında şəhadətnamədən aydın olur ki, Qanuni nümayəndə ilə X7 arasında xx.xx.1989-cu ildə nikah bağlanmış, nikahdan sonra ərə Rəsulzadə, arvada Rəsulzadə soyadı verilmişdir. Şəki bələdiyyəsinin xx.xx.2026-cı il tarixli arayışından məlum olur ki, xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.1966-cı il tarixdə vəfat etmiş, Şəki şəhərinin “Xoçik” qəbirstanlığında dəfn edilmişdir. Doğum akt qeydindən görünür ki, X6 xx.xx.1966-cı ildə anadan olmuş, atası X9, anası X1r. Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış məktubundan görünür ki, X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur Faktla bağlı ərizəçinin nümayəndəsinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 bildirdi ki, Ərizəçi onun xalası qızıdır. O, uşaq olanda anasından eşitdiyinə görə ərizəçinin 1966-cı il təvəllüdlü qardaşı Mübariz cəmi 2 ay yaşamış, doğulandan xəstə uşaq olmuş, 1966-cı ilin noyabr ayında vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadəsini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1966-cı il tarixdə anadan olmuş və xx.xx.1966-cı il tarixdə Şəki şəhərində vəfat etmiş X3 ölməsi tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi, Ərizəçi qardaşı Mübariz Seyfullahovun ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi qardaşı xx.xx.1966-cı il tarixdə anadan olmuş X3 xx.xx.1966-cı il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi qardaşı xx.xx.1966-cı il tarixdə anadan olmuş X3 xx.xx.1966-cı il tarixdə Şəki şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova
Məhkəmə qərarları › İş №e-2(075)-2729/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2729/2025
03.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver