Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2759/2025 26.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, Ərizəçi X1 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; Ərizəçi X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci il tarixində Şəki şəhərində anadan olmuş X2 xx.xx.1983-cü il rarixində Şəki rayonu, Daşüz Kəndində ölməsi faktının müəyyən edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yeznəsi X4 dövlət qulluğuna sənəd təqdim edən zaman sistemdə xx.xx.1982-ci il tarixində anadan olmuş və xx.xx.1983-cü il tarixində vəfat etmiş mərhum oğlunun ölüm haqqında sənədi tələb olunmuşdur. Daha sonra, evdə xx.xx.1983-cü il tarixində vəfat etmiş oğlu X2 ölüm haqqında şəhadətnaməsi aşkar olunmaması səbəbi ilə Şəki regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, Vətəndaşlıq vəziyyəti aktlarının arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Dəfələrlə Şəki regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin, müraciətindən imtina edilmişdir. Məhkəmə tərəfindən sorğu veriləndən sonra oğlunun doğum haqqında şəhadətnaməsinin təsdiq olunmuş surətinin məhkəməyə təqdim olunacağı bildirilmişdir. Qeydiyyat şöbəsində mərhum oğlunun ölümünün qeydəə alınmasının qeyri mümkün olması bildirilmiş, xx.xx.1983-cü il tarixdə vəfat etmiş oğlu X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Əvvəlki məhkəmə iclasında iştirak edən ərizəçi iddiasının təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı şəxs Şəki regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, Ərizəçi sağ 5 övladı var. Onlardan əlavə iki oğlan övladı körpə vaxtında vəfat edib. Birinci rəhmətə gedən övladının adı Mahir olmuş, o, 5-6 aylıq olarkən evdə vəfat etmişdir, həmin uşaq kənddəki qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, ərizəçinin iki oğlan övladı körpə çağında vəfat etmişlər, onlar təxminən 6-7 ay yaşamışlar, həmin uşaqlar Daşüz kənd qəbirstanlığında dəfn edilmişdir. İşin halları; Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 58№li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 22 avqust 1982-ci ildə anadan olmuş, atası xx.xx.1956-cı il təvəllüdlü X9, anası, xx.xx.1961-ci il təvəllüdlü Ərizəçidır Azərbaycan Respublikasının Şəki Şəhər İcra Hakimiyyəti Başçısının Daşüz Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tətəfindən verilmiş arayışda göstərilir ki, xx.xx.1982-ci il təvəllüdlü X6 xx.xx.1982-ci il tarixində anadan olmuş, xx.xx.1983-cü il tarixində vəfat etmişdir. Şahid qismində X5 və X7 bunu öz ifadələri ilə təsdiq etmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən tərtib olunmuş arayışda bildirilir ki, xx.xx.1982-ci il təvəllüdlü X2 ölüm qeydi ölüm haqqında akt qeydi kitabında1982-1986-cı illər, ölüm haqqında bərpa akt qeydi kitablarında isə 1983-2012-ci illər üzrə yoxlanılmış, lakin ölüm faktına rast gəlinməmişdir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran ölüm faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Buna görə də qeyd olunanlara əsasən xx.xx.1982-ci il tarixdə anadan olmuş X2 xx.xx.1983-cü il tarixdə Şəki rayonunun Daşüz kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1982-ci il tarixdə Şəki rayonunun Daşüz kəndində anadan olmuş X2 xx.xx.1983-cü il tarixində Şəki rayonunun Daşüz kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2759/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2759/2025
26.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver