Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2813/2024 26.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Ərizəçi Rəsul qızının vəkili X8 iştirakı ilə, Ərizəçi Rəsul qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Rəsul qızı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında 30 iyul 2024-cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2024-01075 nömrəli barışıq sazişinin 2.1-ci bəndinin (Həmzətov X3 (Həmzətova) Mətanət Rasul qızından borc məqsədi ilə aldığı cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində vəsaiti X5, 31 avqust 2024-cü il tarixdən başlamaqla 5 (beş) ay müddətinə, hər ay 360 (üç yüz altmış) manat olmaqla ödəməyi öz öhdəsinə götürür və bu şərtlərlə hər iki tərəf qarşılıqlı olaraq razıdırlar hissəsinin) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi Rəsul qızı və Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi Rəsul qızı ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə nikahı 04 dekabr 2023-cü ildə Şəki regional ASAN xidmət mərkəzinin qeydiyyat şöbəsində 756 nömrə ilə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan övladları olmamışdır. Əvvəllər səmimi ailə münasibətlərində yaşasalar da, sonralar xasiyyətlərinin tutmaması və bəzi digər səbəblərdən aralarında müəyyən problemlər yaranmışdır. Bu səbəbdən də cavabdehlə faktiki olaraq ayrılmış və cavabdehlə birgə yaşadığı evi tərk edərək valideynlərinin yanına getmişdir. Hazırda faktiki olaraq ayrı yaşayır və nikahları formal xarakter daşıyır. Aralarında bağlanmış nikahın pozulması tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsində hakimi Kamran Musayevin (2(075)-1965/2024) sədrliyi ilə baxılmaqdadır. Aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün mediatora müraciət edilmişdir. X1 30 iyul 2024-cü il tarixli MŞŞ/MT-018/2024-01075 nömrəli barışıq sazişi ilə Maraqlı şəxs 1800 manat məbləğində vəsaitin 31 avqust 2024-cü il tarixdən başlamaqla 5 ay müddətinə, hər ay 360 manat olmaqla Ərizəçi ödənilməsi, Maraqlı şəxs Ərizəçi məxsus nişan-cehiz əşyalarının, mebelin 3 ay müddətinə Ərizəçi təhvil verilməsi, X4 da həmin əşyaları təhvil almağı öhdəsinə götürməsi hissəsində razılıq əldə edilmişdir. Həmçinin mediasiya prosesinə xitam verilməsi haqqında 30 iyul 2024-cü il tarixli MŞŞ/MT-018/2024-01075 nömrəli protokola əsasən mübahisə üzrə tərəflər arasında olan mübahisənin bağlanmış nikahın pozulması və əmlak hissəsinə xitam verilmişdir. Lakin həmin tarixdən təxminən 3 aydan çox keçməsinə baxmayaraq Maraqlı şəxs 1800 manat pulun ödənilməsi öhdəsinə götürdüyü hər ay 360 manat məbləği ödəməmiş, hər dəfə müxtəlif bəhanələr gətirmişdir. Dəfələrlə sonuncudan üzərinə götürdüyü öhdəliyi icra etməsini xahiş etsə də, hər-hansı bir müsbət nəticə əldə etməyi mümkün olmamışdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi Rəsul qızının vəkili X11 məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01075 nömrəli barışıq sazişindən görünür ki, Maraqlı şəxs və X2 borc məqsədi ilə aldığı cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində vəsaiti X5, 31 avqust 2024-cü il tarixdən başlamaqla 5 (beş) ay müddətinə, hər ay 360 (üç yüz altmış) manat olmaqla ödəməyi öz öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X7 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Rəsul qızı ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT- 018/2024-01075 nömrəli barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilsin. 2.1. Maraqlı şəxs və X2 borc məqsədi ilə aldığı cəmi 1800 (bir min səkkiz yüz) manat məbləğində vəsaiti X5, 31 avqust 2024-cü il tarixdən başlamaqla 5 (beş) ay müddətinə, hər ay 360 (üç yüz altmış) manat olmaqla ödənilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-2813/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2813/2024
26.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver