Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-2831/2025 30.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası”na “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Şəki Rayon Mərkəzi Xəstəxanası” olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, onunla “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında Şəki 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞŞ/MT-018/2025- 00957 saylı barışıq sazişinin aşağıda göstərilən qaydada, yəni “Ərizəçi, onunla “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ arasında bağlanmış əmək müqaviləsinə 01 mart 2019cu il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsini təsdiqləyir”; ““ƏMAS”-Əmək münasibətləri və Məşğulluq alt sistemində, “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ Ərizəçi ilə bağlanmış əmək müqaviləsinə 01 mart 2019-cu il tarixli AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi Ərizəçi gələcək iş kariyerasına mənfi təsir göstərdiyi üçün “ƏMAS”-da “70-ci maddəsinin “ç” bəndi”-nin dəyişdirilərək, “68-ci maddəsinin 2.a bəndi” edilməsini “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də müsbət qarşılayır. Həlli üçün müvafiq hərəkətlərin edilməsinə razıdır”; “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ olaraq hal-hazırda “ƏMAS”-Əmək münasibətləri və Məşğulluq alt sistemində hər hansı bir dəyişikliklərin edilməsi və yanlışlıqların düzəldilməsi səlahiyyətinə malik olmadığından həmin hərəkətlərin edilməsi üçün müvafiq orqan və təşkilata “qurum” bu saziş tərəflər tərəfindən imzalandığı tarixdən dərhal Ərizəçi tərəfindən müraciət edilməsini tərəfdarıdır və bu şərtlə hər iki tərəf Ərizəçi və “Şəki Rayon Mərkəzi Xəstəxanası” PHŞ qarşlıqlı olaraq razıdırlar” təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişdir. Ərizəçi məhkəməyə elektron ərizə ünvanlayaraq tərəfindən verilmiş barışıq sazişinin təsdiq olunmasına dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri, eləcə də ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Belə olan halda məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 263-264, 267-268-ci madələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Ərizəçi cavabdeh “Şəki Rayon Mərkəzi Xəstəxanası”na olmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. xx.xx.2025-ci il tarixli ********** saylı qəbz üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2831/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-2831/2025
30.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver