Məhkəmə qərarları › İş №e-2(075)-2864/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2864/2025

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2864/2025 16.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi, Ərizəçi Vasif oğlunun iştirakı ilə, Ərizəçi Vasif oğlunun şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri; Ərizəçi Vasif oğlu ölüm faktının təsdiq olunması tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, X1 1 sentyabr 1973-cü il tarixində Şəki şəhərində vəfat etməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Şəki şəhərində anadan olmuşdur. X7, anası, X13. Yaşadığı ev X7 və nənəsi X6 mülkiyyətindədir. Həmin evi öz adına keçirmək üçün adiyyatı qurumlara müraciət etmişdir. Ondan buna görə, atasının və nənəsinin ölüm haqqında şəhadətnamələrini tələb etmişdirlər.X4 18 may 1979-cu ildə vəfat etmişdir. Onun ölüm haqqında şəhadətnaməsi mövcuddur. X3 1 sentyabr 1973-cü ildə Şəki Şəhərində vəfat etmişdir. Qışlaq qəbirstanlığında dəfn edilmişdir. Lakin onun ölüm haqqında şəhadətnaməsi iddiaçıda yoxdur. Həmin sənədi əldə etmək üçün Şəki Regional “Asan Xidmət mərkəzində Qeyd Şöbəsinə “ müraciət etmişdir. Lakin nənəsinin ölüm haqqında akt qeydi mövcud olmamışdır. Buna görə sənədi eldə edə bilməmişdir. Ölüm faktının müəyyən edilməsi üçün ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İddia tələbinə qarşı etirazın dəlilləri; İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları; Məhkəmə iclası zamanı Ərizəçi Vasif oğlu ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak etmiş X18 Ərizəçi Vasif oğlunun X5 nəvəsi olduğunu, X5 4 övladının olduğunu bildirmişdir. Şahid qismində iştirak etmiş, X2 Zahidə Zəkəriyyə qızının 1973-cü ildə 70 yaşında vəfat etdiyini, 4 oğul övladının olduğunu bildirmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 sentyabr 2025-ci il tarixli 10 nömrəli arayışından görünür ki, X17 1922-ci ildə anadan olmuşdur. X11, anası, X8r. Nuxa rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 725629 nömrəli pasportdan görünür ki, X10 1882-ci il tarixində Nuxa şəhərində anadan olmuşdur. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 11 mart 2025-ci il tarixli arayışa əsasən X17 18 may 1979-cu ildə Şəki şəhərində ölmüşdür. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 20 noyabr 2024-cü il tarixli 479 nömrəli arayışından görünür ki, Ərizəçi 8 aprel 1964-cü ildə anadan olmuşdur. X7, anası X9. Şəki Şəhər Qışlaq məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 181 nömrəli arayışda bildirilir ki, Ərizəçi M.İbrahimov küçəsi, 5/6 saylı evdə arvadı-X22, oğlu X25, gəlini X19, nəvəsiƏhmədzadə Xaqani Zaur oğlu, nəvəsi X23 ilə birlikdə yaşayır. X38 Xidmət Şöbəsindən verilmiş 10 noyabr 2025-ci il tarixli Arayışda bildirilir ki, ölüm haqqında akt qeydlər kitabları 1970-1976-cı illər, ölüm haqqında bərpa akt qeydi kitabları xx.xx.1974-xx.xx.2025-ci illər üzrə yoxlanılmış, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X5 ölüm haqqında akt qeydi aşkar olunmamışdır. X38 Xidmət Şöbəsindən verilmiş 10 noyabr 2025-ci il tarixli Arayışda bildirilir ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsinin arxivində X5 ölümü haqqındaakt qeydi aşkar edilməmiş, bu səbəbdən onun ölümünün qeydə alınması mümkün olmamışdır. Şəki (Nuxa) şəhər Kommunal Təsərrüfatı İdarəsi tərəfindən təsdiq edilmiş verilmiş 1 mart 1962-ci il tarixli, 4817/2459 nömrəli Torpaq sənədindən görünür ki, Şəki şəhəri, Vartaşen(indiki ünvan 1 ünvanında yerləşən sahəsi 2443 m2 olan daşınmaz əmlakın sahibi X8r. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin mövqeyi; Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi Vasif oğlunun hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi nənəsi- X5 1973-cü ilin sentyabr ayının 1-i tarixində vəfat etməsi, lakin ölüm haqqında müvafiq rəsmi sənədin (ölüm şəhadətnaməsinin) əldə edə bilməməsidir. Ölüm şəhadətnaməsinin olmaması nəticəsində hazırda o, nənəsindən miras qalmış evi adına sənədləşdirmək istəsə də, X1 ölüm haqqında şəhadətnaməsi olmadığından zəruri olan bu sənədləşməni apara bilməmişdir. Buna görə ərizəçi nənəsindən miras qalmış evi adına sənədləşdirmək məqsədilə X5 ölüm faktının təqsdiq edilməsini xahiş edir. Məhkəmə sonda işin müəyyən olunmuş hallarını və onlara tətbiq edilməli olan qanunvericilik müddəalarını rəhbər tutaraq hesab edir ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran ölüm faktının müəyyən olunmasına aiddir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur və bu səbəblərdən də məhkəmə ərizənin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən etmişdir. Buna görə də qeyd olunanlara əsasən 1882-ci il tarixdə Şəki şəhərində anadan olmuş X5 1973-cü ilin 1 sentyabr tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. 1882-ci il tarixdə Şəki şəhərində anadan olmuş X5 1 sentyabr 1973-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi X14 özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar