Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2912/2024 13.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: Ərizəçi Maraqlı şəxs qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 06 noyabr 2024-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və iddiası ilə bağlı ödədiyi 100 manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 06 noyabr 2024-ci il tarixli barışıq sazişinin 2.1. və 2.2. bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında birgə nikahından anadan olmuş uşaqlarının saxlanılması üçün aliment barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 06 noyabr 2024-ci il tarixli barışıq sazişi bağlanmışdır. 06 noyabr 2024-ci il tarixli barışıq sazişində aşağıdakı kimi razılığa gəlmişlər. 2.1. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları – 31 avqust 2010-cu il təvəllüdlü X1 və 31 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin hər növbəti ayın ilk beşgünlüyündə Ərizəçi ödənməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf Maraqlı şəxs və Ərizəçi qarşılıqlı olaraq razıdırlar. 2.2. Maraqlı şəxs 31 avqust 2010-cu il təvəllüdlü X1 və 31 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmış alimentin 05 noyabr 2024-cü il tarixədək ödənilməli olan 600 (altı yüz) manat hissəsini 15 noyabr 2024-cü il tarixədək Ərizəçi ödəməsini öz öhdəsinə götürür. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Belə ki, Maraqlı şəxs 05 noyabr 2024-cü il tarixədək ödənilməli olan 600 (altı yüz) manat hissəsini 15 noyabr 2024-cü il tarixədək ona ödəməli idi. Lakin, 15 noyabr 2024-cü il tarixdə Maraqlı şəxs ilə əlaqə saxladıqda o, yığılmış aliment borcunu və digər aylar üzrə alimentin ödəməyəcəyini bildirmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin Ərizəçi 13 dekabr 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq iş üzrə bütün məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi və ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-02075 nömrəli barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları – 31 avqust 2010-cu il təvəllüdlü X1 və 31 avqust 2010cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin hər növbəti ayın ilk beşgünlüyündə Ərizəçi ödənməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf Maraqlı şəxs və Ərizəçi qarşılıqlı olaraq razıdırlar. - xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-02075 nömrəli barışıq sazişinin 2.2-ci bəndindən görünür ki, Maraqlı şəxs 31 avqust 2010-cu il təvəllüdlü X1 və 31 avqust 2010cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmış alimentin 05 noyabr 2024-cü il tarixədək ödənilməli olan 600 (altı yüz) manat hissəsini 15 noyabr 2024-cü il tarixədək Ərizəçi ödəməsini öz öhdəsinə götürür. - 23 oktyabr 2010-cu il tarixli AZ-İİ 550562 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. - 23 oktyabr 2010-cu il tarixli AZ-İİ 550563 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. -xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən göründüyü kimi iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissələri Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.1. və 2.2-ci bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən Maraqlı şəxs 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X3 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞŞ/MT- 018/2024-02075 nömrəli barışıq sazişinin 2.1 və 2.2-ci bəndi təsdiq edilsin. 2.1. Maraqlı şəxs ilə Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşaqları – 31 avqust 2010-cu il təvəllüdlü X1 və 31 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 300 (üç yüz) manat sabit pul məbləğində olmaqla, cəmi 600 (altı yüz) manat məbləğində alimentin hər növbəti ayın ilk beşgünlüyündə Ərizəçi ödənməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf Maraqlı şəxs və Ərizəçi qarşılıqlı olaraq razıdırlar. 2.2. Maraqlı şəxs 31 avqust 2010-cu il təvəllüdlü X1və 31 avqust 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadak saxlanılmaları üçün əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmış alimentin 05 noyabr 2024-cü il tarixədək ödənilməli olan 600 (altı yüz) manat hissəsini 15 noyabr 2024-cü il tarixədək Ərizəçi ödəməsini öz öhdəsinə götürür. Maraqlı şəxsdən 100 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2912/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2912/2024
13.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver