Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2988/2025 18.12.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızının sədrliyi, Məmmədli Ülvi Valeh oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Şəki 1 saylı mediasiya təşkilatında bağlanmış 09 fevral 2022-ci il tarixli barışıq sazişinin (X7 və Maraqlı şəxs birgə nikahından amadan olmuş uşaqları - 17 oktyabr 2017-ci il təvəllüdlü X9 və 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün 18 yaşına kimi hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla alimentin ana - X4 hər ayın ilk ongünlüyündə rəsmi olaraq (bank hesabı və poçt məntəqələrinə) ödənilməsinə, onun hesablanmasının isə xx.xx.2022-ci il tarixdən başlamasına hər iki valideyin razıdırlar) hissəsinin təsdiq edilməsi və dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manatın Maraqlı şəxs tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 20 aprel 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından iki övladları - 17 oktyabr 2017-ci il tarixdə X9 və 03 iyul 2020-ci il tarixdə isə X10 anadan olmuşlar. Ailə hayatı qurduqları müddətdə birlikdə yaşasalar da, artıq Maraqlı şəxs ona və azyaşlı uşaqlarına qarşı biganə yanaşması və ailəsinə düzgün münasibət bəsləməməsi səbəbindən ayrılmışlar. 09 fevral 2022-ci il tarixli X12 müəyyən edilmişdir ki, onunla Maraqlı şəxs arasında mediasiyada əldə olunmuş qarşılıqlı razılaşma əsasında, 20 aprel 2014-cü il tarixdə Şəki rayon Qeydiyyat Şöbəsində aralarında bağlanmış nikahın məhkəmə qaydasında pozulmasına, birgə nikahından anadan olmuş uşaqları - 17 oktyabr 2017-ci il təvəllüdlü X9 və 03 iyul 2020-ci il təvəllüdlü X3 onun yanında və himayəsində qalmasına, birgə nikahından anadan olmuş uşaqları - 17 oktyabr 2017-ci il təvəllüdlü X9 və 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün 18 yaşına kimi hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla alimentin ona hər ayın ilk ongünlüyündə rəsmi olaraq (bank hesabı və poçt məntəqələrinə) ödənilməsinə, onun hesablanmasının isə xx.xx.2022-ci il tarixdən başlamasına hər iki tərəf razı olmuşlar. Bundan sonra, 09 fevral 2022-ci il tarixli 2022-14574 nömrəli protokol ilə mediasiya prosesinə xitam verilmişdir. Sonradan nikah Şəki rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-677/2022 nömrəli qətnaməsi ilə pozulması qət edilmişdir. Aralarında olan Barışıq sazişi bağlanadan sonra Maraqlı şəxs 09 fevral 2022-ci il tarixli Barışıq Sazişində qeyd edilən aliment məbləğini ödəmiş, lakin artıq altı aya yaxındır ki, uşaqların saxlanılması üçün müəyyən edilmiş aliment məbləğini ödənilməsindən yayınır. Bununlada o barışıq sazişinin tələblərini pozur və barışıq sazişinin könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)- 677/2022 saylı qətnaməsində 09 fevral 2022-ci il tarixdə tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlanması, həmin sazişə əsasən tərəflər aralarında bağlanmış nikahın pozulmasını, birgə nikahlarından olan uşaqları 17 oktyabr 2017-ci il təvəllüdlü X5 və 03 iyul 2020-ci il təvəllüdlü X3 anaları X2 yanında qalmalarına və həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs X4 hər ay hər uşaq üçün 150 manat alimenti ödəməsinə razılaşmaları qeyd edilmişdir. Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyya şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 17 oktyabr 2017-ci il təvəllüdlü X5 atası Maraqlı şəxs, anası X6r. Şəki Regional “ASAN xidmət” mərkəzində qeydiyya şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 03 iyul 2020-ci il təvəllüdlü X3 atası Maraqlı şəxs, anası X6r. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞŞ/MT018/2025-01209 nömrəli arayışdan görünür ki, Ərizəçi ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Maraqlı şəxs ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X8 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında 09 fevral 2022-ci il tarixli barışıq sazişinin (X7 və Maraqlı şəxs birgə nikahından anadan olmuş uşaqları - 17 oktyabr 2017-ci il təvəllüdlü X9 və 03 iyul 2020-ci il təvəllüdlü X1 üçün 18 yaşına kimi hər uşaq üçün hər ay 150 (bir yüz əlli) manat olmaqla alimentin ana - X4 hər ayın ilk ongünlüyündə rəsmi olaraq (bank hesabı və poçt məntəqələrinə) ödənilməsinə, onun hesablanmasının isə xx.xx.2022-ci il tarixdən başlamasına hər iki valideyin razıdırlar) hissəsi təsdiq edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs alınaraq Ərizəçi oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-2988/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2988/2025
18.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver