Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2991/2024 18.12.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2023-02978 saylı barışıq sazişinin 2.1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun Maraqlı şəxs ilə birgə nikahından xx.xx.2012ci il tarixdə X2 və xx.xx.2015-ci il tarixdə X3 adlı övladları olmuşdur. Maraqlı şəxsla ailə qurduğu ilk dövrlərdən münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. Aralarında olan nikahın pozulması və aliment tələbi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aralarındakı mübahisəni mediasiya qaydasında həll etmək üçün mediatora müraciət etmiş və xx.xx.2023-cü il tarixdə MŞŞ/MT-018/2023-02978 saylı barışıq sazişi bağlanmışdır. 2.1. Barışıq sazişinin şərtlərinə əsasən 27 sentyabr 2012-ci il təvəllüdlü X1 və 27 fevral 2015-ci il təvəllüdlü llyasov Elnur Eldar oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə ona ödəməsini Maraqlı şəxs öhdəsinə götürür. 2.2. 27 sentyabr 2012-ci il təvəllüdlü X2 və 27 fevral 2015-ci il təvəllüdlü X3 ilə atası Maraqlı şəxs hər həftənin bazar günləri saat 11:00-dan həmin gün saat 17:00dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına o və Maraqlı şəxs razıdır. 2.3 Maraqlı şəxs hər həftənin bazar günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşaqlarını həmin gün saat 17:00-dək uşağı qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda ona qaytarıb təhvil verməyi öz öhdəsinə götürür. Əks təqdirdə Maraqlı şəxs həmin uşağının məcburi qaydada ondan alınıb ona verilməsinə razıdır. Lakin Maraqlı şəxs alimenti ödəmir və barışıq sazişinin tələblərini pozur və könüllü icrasından imtina edir. Belə ki, saziş bağlanan tarixdən indiyədək yalnız 6 dəfə gecikmələrlə qismən hissəvi ödəniş etmişdir. Sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə ödənilib və həmin tarixdən sonra heç bir ödəniş yoxdur, yəni 6 ayın aliment borcu 2100 manat ödənilməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq ərizəçi məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəmənin elektron kabinetinə ərizə yerləşdirərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - xx.xx.2023-cü il tarixli MŞŞ/MT-018/2023-02978 saylı barışıq sazişinin 2.1-ci bəndindən görünür ki, 27 sentyabr 2012-ci il təvəllüdlü X1 və 27 fevral 2015-ci il təvəllüdlü llyasov Elnur Eldar oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-25.4-cü maddəsinə əsasən qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsi xahiş olunan hissələri Maraqlı şəxs tərəfindən “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsində nəzərdə tutulmuş müddət – 10 gün ərzində icra edilməmişdir. Göstərilənlərə və qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin 2.1.3-cü bəndinin təsdiq edilməsi barədə ərizə əsaslıdır və təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X4 ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞŞ/MT- 018/2023-02978 saylı barışıq sazişinin 2.1-ci bəndi təsdiq edilsin. 2.1. 27 sentyabr 2012-ci il təvəllüdlü X1 və 27 fevral 2015-ci il təvəllüdlü llyasov Elnur Eldar oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 dekabr 2023-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-2991/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2991/2024
18.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver