Məhkəmə qərarları › İş №e-2(075)-2991/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-2991/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-2991/2025 10.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi “ölüm faktının təsdiq edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, əri Maraqlı şəxs xx.xx.2025-ci ildə Ukrayna Respublikası Donetsk vilayətində vəfat etməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılır ki, o, Maraqlı şəxs ilə xx.xx.2013-cü ildə nikah bağlamaqla ailə qurmuşdur. Bu nikahdan üç uşağı var. Mərhum əri Maraqlı şəxs işləmək məqsədi ilə Rusiya Federasiyasına getmiş, bir müddət orada işləmiş Rus-Ukrayna müharibəsinə yollanmış və orada həlak olmuşdur. Rusiya tərəfindən ölüm haqqında şəhadətnamə verilmişdir. Ölüm haqqında şəhadətnamənin Şəki regional "ASAN xidmət" mərkəzində Qeydiyyat şöbəsinə təqdim etdikdə ölüm haqqında şəhadətnamənin öldüyü yer hissəsində Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Novoolenovka kəndi qeyd edildiyindən "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış informasiya sisteminə daxil edilməsi mümkün olmamışdır. Ona ərinin, Ukrayna Respublikası Donetsk vilayətində ölməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi izah edilmişdir. Ölüm haqqında şəhadətnamə ona ailə başçısını itirməyə görə müavinət almaq üçün və digər sənədləşmə işlərini həyata keçirmək üçün lazımdır. Beləliklə, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi və nümayəndəsi ərizəni müdafiə edərək məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə və şahid ifadələrinə istinad edir: Nikah və doğum haqqında şəhadətnamələrdən aydın olur ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2013-cü il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2016-cı ildə Melisa, xx.xx.2019-cu ildə İsmayıl, xx.xx.2013-cü ildə Aynur adlı övladları anadan olmuşdur.s Rusiya Federasiyası, Yamalo-Nenets Muxtar dairəsi, Mülki qeydiyyat xidmətinin Salexard vətəndaşlıq qeydləri şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli C-01568 nömrəli ölüm haqqında arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk Rayon, Novoolenovka kəndində kəskin kütləvi qan itkisi və T13.4 səviyyəsində alt ekstremitenin təyin olunmamış qan damarının zədələnməsi, hərbi əməliyyatlar zamanı partlayış. Y36.2 səbəbindən ölmüşdür. “Yaramallı” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 77 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, S.Mümtaz küçəsi, 15 saylı evdə yaşamış, X7 avqust 2025-ci il tarixdə vəfat etmiş və həmin adam xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs ilə eyni şəxsdir. Şəki Regional “ASAN Xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixli, İ-PK seriyalı, 601988 nömrəli ölüm haqqında şəhadətnamənin ölüm yeri qrafasında Rusiya Federasiyası, Donetsk Xalq Respublikası, Krasnoarmeysk rayonu, Novoolenovka kəndi qeyd olunduğundan Maraqlı şəxs ölüm haqqında şəhadətnaməsinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sisteminə daxil edilməsi mümkün deyildir. Odur ki, ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Şəki rayonu, Cəfərabad bələdiyyəsi tərəfindən verilmiş 54 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə vəfat etmiş İsmayılov X4 bələdiyyəsinin balansında olan Göybulaq kənd qəbiristanlığında dəfn edilmiş, dəfn işini anası İsmayılova Hicran Aydın qızı təşkil etmişdir. Şəki şəhər İHB-nin Cəfərabad kəndindəki nümayəndəliyi tərəfindən verilmiş 88 nömrəli, xx.xx.2025-ci ikl tarixli arayışdan görünür ki, mərhum X6 həqiqətən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Şəki rayonu, Göybulaq kənd qəbiristanlığında dəfn olunmuşdur. İş materillarında olan fotoda Maraqlı şəxs qəbir daşı əks olunub, üzərində xx.xx.1986-xx.xx.2025 yazısı qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, mərhum Maraqlı şəxs dostu olub. Bir ilə yaxındır ki, onu görməmişdi. Rusiyada rəhmətə gedib. Xatırladığı qədəri ilə avqust ayının 31-də Göybulaq qəbiristanlığında dəfn olunub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, ərizəçi ilə eyni kənddə yaşayırlar. Avqust ayında xəbər gəldi ki, Amid müharibədə vəfat edib. Avqust ayının 30-da dəfn olunub. Dəfnində iştirak etmişdir. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını, işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Maraqlı şəxs xx.xx.2025-ci ildə Ukrayna Respublikası Donetsk vilayətində ölməsi faktı tam sübuta yetirilir. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Göründüyü kimi, ərizəçi həyat yoldaşının ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, xx xxxxxx 1986-cı ildə anadan olmuş Maraqlı şəxs 29 aprel 2025-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətində ölməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. xx xxxxxx 1986-cı ildə anadan olmuş Maraqlı şəxs 29 aprel 2025-ci il tarixdə Ukrayna Respublikası, Donetsk vilayətində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar