Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-331/2023 23.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X2 verilməli olan 1009 manatın, 25 manat dövlət rüsumunun və ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Göybulaq kəndində yaşayır və məktəb direktoru işləyir. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək ona həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, bu barədə naxıra mal göndərənləri məlumatlandırmış və başqa naxırçı olan Cavabdeh 30 manat pul verərək onu əvəz etməsini tapşırmışdır. Sonradan həmin gün naxırda bir inəyin maşın vurduğunu, bir inəyin isə canavar parçaladığını eşitmişdir. Belə ki, heyvanlardan birini maşın vurmuş, heyvan ağır yaralandığı üçün yiyəsi kəsib satmışdır. Digəri isə dağda qalmışdır və onu canavar yemişdir. Kənd camaatının qaydasına görə naxırdan gəlməyən heyvanın yiyəsi həmin gün gecə saat 12:00- dək növbətçiyə məlumat verməlidir. Lakin ikinci, yəni dağda qalan və canavar yeyən inəyin yiyəsi 5 gün sonra ona məlumat vermişdir. Həmin gün naxırda olmadığından hesab edir ki, onun heç bir təqsiri yoxdur. Bildirmişdir ki, inək maşın vurduqdan bir həftəyə yaxın müddət ərzində sağ olmuş, sonradan ölmüşdür. O özü şəxsən naxıra getmədiyi halda hansı əsasla dəymiş zərər qarşısında öhdəliyi yarana bilər. Bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Onun başqa bir naxırçı olan Cavabdeh 30 manat verərək onu naxıra göndərməyi hazırki iş üzrə iddiaçı qarşısında öhdəlik götütməyi üçün əsas ola bilməz. Belə olan halda ona dəymiş zərəri də Cavabdeh ödəməlidir. Çünki, həmin gün naxıra göndərilən heyvanları o qəbul etməmiş, ona naxıra göndərilən heyvanlar təhvil verilməmiş və həmin heyvanların sağ qayıdıb-qayıtmaması ilə bağlı üzərinə hər hansı bir şəkildə öhdəlik götütməmişdir. Belə olduğu halda onun heç bir məsuliyyəti yaranmamışdır. O, məktəb direktorudur və yalnız kömək məqsədi ilə naxıra getmək üçün naxırçı tapmış və naxırçı Cavabdeh 30 manat pul vermiş, özü naxıra getmədiyi halda hansı əsasla məsuliyyət daşıdığı da əsaslı hesab edilə bilməz. Lakin, həmin hadisə ilə Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2 (075)-685/2021 saylı qətnaməsinə əsasən ondan dəymiş maddi zərərin əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq X4 verilməsi və Şəki Rayon Məhkəməsnin 20 aprel 2021 -ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən ondan dəymiş maddi zərərin əvəzi olaraq 1300 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq X6 verilməsi qərara alınmışdır. Əslində, həmin hadisə Cavabdeh təqsirindən baş verdiyinə görə həmin məbləğlər Cavabdeh tərəfindən ona ödənilməlidir. Onun iddia tələbi üzrə Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408 saylı qətnaməsinə əsasən Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X4 verilməli olan 1030 manat və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X6 verilməli olan 1330 manat olmaqla, cəmi 2360 manatın Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Lakin o, iddia tələbi ilə məhkəməyə müraciət edərkən texniki səhv olaraq Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsi ilə ondan alınaraq X2 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumunu tələb etməmişdir. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, naxıra gedən zaman inəyi maşın vuraraq öldürmüşdür. İnəyin pulu məhkəmə qətnaməsinə əsasən caavdbehdən alınması qərara alınmışdır. Lakin inəyi vuran maşının pulu isə onun üzərində qalmışdır. Həmin pul da cavabdehdən alınaraq maşının sahibinə ödənilməlidir. Çünki hadisə baş verən gün o, cavabdehə pul verərək heyvanları güdməyi ona tapşırmışdır. Hadisə cavabdehin səhlənkarlığından baş vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, inəyin sahibi olan Elbrus maşına dəymiş ziyanı tələb etmir. Heyvanlar hadisə baş verən gün səhər naxıra getmiş, 16:00 radələrində, salamat qayıtmışlar. Hadisə isə saat 19:00 radələrində baş vermişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(075)-685/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X3 iddia ərizəsi təmin edimiş, İddiaçıya dəymiş maddi zərərin əvəz olaraq 1000 manat və 30 manat dövlət rüsumu, həmçinin Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-463/2021 saylı qətnaməsinə əsasən X2 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 2064 manat alınaraq X4 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(075)-2408 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi təmin edimiş, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X4 verilməli olan 1030 manat və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X6 verilməli olan 1330 manat olmaqla, cəmi 2360 manatın Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək İddiaçı həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, bu barədə naxıra mal göndərənləri məlumatlandırmış və başqa naxırçı olan Cavabdeh 30 manat pul verərək onu əvəz etməsini xahiş etmişdir. Sonradan həmin gün naxırda bir heyvanı maşın vurduğunu, bir heyvanın isə öldüyünü eşitmişdir. Belə ki, heyvanlardan birini maşın vurmuş, digəri isə dağda qalmışdır və onu canavar yemişdir. Həmin gün naxıra onun tapşırığına əsasən Cavabdeh getdiyindən və özü naxıra getmədiyindən hesab edir ki, qeyd edilən heyvanların sahiblərinə və qəza nəticəsində X1 avtomobilinə zərər dəyməsində onun heç bir təqsiri yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı naxırdakı inəkləri cavabdehə həvalə edərək onu naxıra göndərmişdir. Cavabdeh tapşırığın icrasını təmin etməmiş və nəticədə inəklərdən birini maşın vurmuş, digəri isə örüşdə qalaraq onu canavar parçalamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmçinin Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsi ilə iddiaçı X3 cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı ona dəymiş maddi zərərin əvəz olaraq 1000 manat və 30 manat dövlət rüsumunun eyni zamanda, Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)-463/2021 saylı qətnaməsinə əsasən X2 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumunun alınaraq X4 verilməsi qət edilmişdir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh İddiaçı qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı 1300 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1330 manat alınaraq X6 verilməsi qət edilmişdir. Göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuş, lakin cavabdeh şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və səhlənkarlığı üzündən X4, X6 və X2 maddi ziyan dəymişdir. X3, X5 və dolayı yolla X2 iddiaları üzrə çıxarılan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə dəymiş maddi ziyan İddiaçı alınaraq onlara verilməsi qət edilmişdir. Lakin həmin maddi ziyanlar həmin gün İddiaçı şifahi tapşırığını yerinə yetirməli olan Cavabdeh səhlənkarlığı nəticəsində baş vermişdir. Odur ki, İddiaçı vurulmuş maddi zərərin əvəzini Cavabdeh tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X7 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X7 verilməli olan 1009 manat, 25 manat dövlət rüsumu və hazırkı iddia tələbi ilə bağlı ödənilmiş 31 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-331/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-331/2023
23.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver