Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-38/2023 16.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə Cavabdeh və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq İddia tələbinin dəlilləri; İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən 0.03 ha torpaq sahəsində olan 72.3 kv.m fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin İddiaçı və X13, X16, Cavabdeh arasında bərabər paylara bölünməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki o, X14 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X11 doğulmuşdur. 22 avqust 2020-ci il tarixində X3 rəhmətə getmişdir. X14 rəhmətə getdikdən sonra onun adına olan ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi onun vərəsələri arasında bərabər şəkildə bölünmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin təqdim etdiyi çıxarışına əsasən ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi İddiaçı ¼ hissədə, X16 ¼ hissədə, Cavabdeh ¼ hissədə, X13 ¼ hissədə paylara bölünmüşdür. Hazırki iddia tələbi üzrə cavabdeh X15 mərhum yoldaşı X1 arvadıdır. Cavabdeh X15 paylı mülkiyyətçi X8 anasıdır. X16 yetkinlik yaşına çatmadığı üçün cavabdeh qismində cəlb oluna bilməmişdir. 09 iyun 2021-ci il tarixində ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evinin naturada bölünməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-47/2022 saylı qətnaməsinə əsasən İddiaçı “ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi üzərində hər bir tərəfin ¼ hissədə mülkiyyət hüquqları tanınıb. Lakin buna baxmayaraq münasibətlərinin pozulması nəticəsində onun mülkiyyətində olan fərdi yaşayış evində yaşamağı mümkün deyildir. Odur ki, nümayəndə vasitəsilə cavabdehlər Cavabdeh və X7 paylı mülkiyyətdə payın satılması barədə bildiriş göndərərək Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən fərdi yaşayış evinin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında bərəbər bölünməsini, cavabdehin buna razılıq vermədiyi halda mübahisəli mənzildəki payını 20 000 (iyirmi min) manata almağı Cavabdeh və X7 təklif etmişdir. Əks halda mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda mənzilin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Payın satılması barədə bildiriş cavabdehlər tərəfindən qəbul edilsə də, təklifə hər hansı münasibət bildirilməmişdir. Aşağıda göstərilənlərə əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 151A ünvanında yerləşən 0.03 ha torpaq sahəsində olan 72.3 kv.m fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin İddiaçı və X13, X16, Cavabdeh arasında bərabər paylara bölünməsinə dair qətnamə çıxarılması zəruridir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə izahat verərək bildirdi ki, İddiaçı X14 ilə rəsmi nikaha daxil olmuşdur. X3 vəfat etmişdir. X14 vəfat etdikdən sonra onun adına olan ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi onun vərəsələri arasında bərabər şəkildə bölünmüşdür. Həmin fərdi yaşayış evində İddiaçı payı olsa da, cavabdeh tərəfindən o həmin evdən çıxarılmışdır. Cavabdehlərlə razılıq əldə etmək üçün İddiaçı həmin evin müqabilində 15.000 manat məbləğində pulun ona verilməsini təklif etmiş, lakin cavabeh maddi imkanı olmadığından 10.000 manat məbləğində pul və ya pulun müqabilində ona məxsus torpaq sahəsini iddiaçıya verməyə razı olduğunu bildirmişdir. Həmin torpaq sahəsinə baxış keçirilmiş, lakin heç bir razılıq əldə olunmamışdır. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərzisəsinin məzmununa uyğu izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh sabiq gəlinidir. X3 vəfat etdikdən sonra onun adına olan ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi onun vərəsələri arasında bərabər şəkildə bölünmüşdür. İddiaçı həmin evdə yaşamasına maneə yaranmamışdır. Lakin o, həmin evdən çıxıb getmiş və qayıtmamışdır. İddiaçı cavabdehlə aralarında razılıq əldə etmək üçün evin müqabilində 15.000 manat pulun ona verilməsini təklif etmişdir. Lakin Cavabdeh maddi imkanı olmadığından 10000 manat məbləğində pulu və ya ona məxsus olan digər ərazidə yerləşən torpaq sahəsini iddiaçıya verə bilir. İddiaçı həmin təkliflə razılaşmamışdır. Odur ki, məhkəmədən idianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianə qəbul etmədiyini bildirmiş və məhkəmədən idianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 iyul 2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 22 avqust 2020-ci il tarixdə vəfat etmişdir. Şəki Rayon Məhkəməsinin 2 (075)-2077/2021 saylı, 29 noyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, X9, xx.xx.1983-cü il tarixdə doğulduğu və bugünkü tarixədək xx.xx.2011-ci il tarixdə anadan olmuş X17 ilə birlikdə yaşadığı Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A ünvanında yerləşən evindən (yaşayış və kommunal) istifadə hüququ tanınmışdır. Şəki Rayon Məhkəməsinin 2 (075)-47/2022 saylı, 04 fevral 2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı “ƏMDK yanında DƏDRX tərəfindən verilmiş 28 yanvar 2021-ci il tarixli, ********** nömrəli çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş **********99-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A ünvanında 0,03 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 72.30 kvadrtat metr olan fərdi yaşayış evi İddiaçı, Cavabdeh, X16 və X6 paylı mülkiyyətlərindədir. Əmlak Ekspert Mərkəzinin ƏEM/O 27-672/22 saylı, 04 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, DƏDRX-nin 12 saylı ərazi idarəsi tərəfindən verilmiş 16 may 2021-ci il tarixli, reyestr nömrəsi **********99-10301 olan çıxarışa əsasən Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 511) ünvanında 0,03 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin 04 oktyabr 2022-ci il tarixinə bazar qiyməti 45.000 (qırx beş min) manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 fevral 2023-cü il tarixli, 10/7898 nömrəli məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, ekspert qarşısında qoyulmuş sualların həlli məqsədi ilə xx.xx.2022-ci il tarixdə Şəki rayonu ərazisində yerləşən tədqiqat obyektinə tərəflərin iştirakı ilə xx.xx.2023-cü il tarixdə baxış keçirilməsinin təşkil olunması barədə vəsatət verilmişdir. Qeyd olunan tarixdə iş üzrə tərəflərin baxışda iştirak etməməsi və tədqiqat obyektinin təqdim edilməməsi səbəbindən baxış baş tutmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/1225, 9/1314 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 511) ünvanında yerləşən, ümumi sahəsi 73.2 kv.m olan fərdi yaşayış evinin həmin evinin hazırkı orta bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 39000 (72.3 kv.m x 542) məbləğində müəyyən edilir. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən Cavabdeh və X12 göndərilmiş paylı mülkiyyətdə payın satılması barədə 07 iyun 2022-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evinin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylara uyğun bölünməsini və ya buna razılıq vermədiyi halda ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi üzərində olan payının 20 000 (iyirmi min) manata almağı təklif edilmişdir. Əks halda, ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin paylara uyğun bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən X7 göndərilmiş paylı mülkiyyətdə payın satılması barədə 17 oktyabr 2022-ci il tarixli bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evinin qarşılıqlı razılıq əsasında bazar qiymətinə uyğun olaraq satılmasını və satışdan əldə edilmiş pul vəsaitinin tərəflər arasında paylara uyğun bölünməsini və ya buna razılıq vermədiyi halda ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi üzərində olan payının 20 000 (iyirmi min) manata almağı təklif edilmişdir. Əks halda, ünvan 2 ünvanında yerləşən sahəsi 0.03 ha olan fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaitinin paylara uyğun bölünməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 220.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 223.4-cü maddəsinə əsasən, ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4-cü maddəsinə əsasən, bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.6-cı maddəsinə əsasən, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. 224.2-ci maddəsinə əsasən əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddaçı İddiaçı X14 ilə rəsmi nikaha daxil olmuşlar. 22 avqust 2020-ci il tarixdə X14 vəfat etmişdir. X14 vəfat etdikdən sonra mübahisələndirilən əmlak onun vərəsləri arasında bərabər şəkildə bölünmüşdür. Tərəflər ümumi paylı əmlak üzərində sahiblik və istifadə hüquqlarını həyata keçirə bilmirlər və tərəflər arasında iddia tələbində göstərilən əmlakın məhkəmədən kənar satılması barədə razılıq əldə olunmamışdır. Məhkəmə yuxarıda qeyd edilmiş mülki qanunvericilik normalarına əsaslanaraq belə qənaətə gəlir ki, X14 vəfat etdikdən sonra, ona məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A (yeni qaydalarla Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 511) ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində yerləşən 73.2 kv.m olan fərdi yaşayış evindən onun vərəsələrinin ¼ hissədə payları müəyyən edildiyindən və həmin əmlakın naturada bölgüsü mümkün olmadığından, həmçinin tərəflər arasında əmlakların məhkəmədənkənar satılması ilə bağlı razılıq olmadığından, qeyd olunan fərdi yaşayış evi açıq hərracda satılaraq əldə edilmiş pul məbləği tərəflər arasında bölünməlidir. Odur ki, məhkəmə hesab edir ki, paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və hərracdan əldə edilmiş pulun tərəflər arasında müəyyən edilmiş paylara uyğun bölüşdürülməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla təmin edilməlidir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası MPM-nin “sübutların qiymətləndirilməsi”ndən bəhs edən 88-ci maddəsinin tələblərinə uyğun olaraq işdə olan sübutları araşdıraraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A ünvanında yerləşən 0,03 ha torpaq sahəsində olan 72.3 kv.m fərdi yaşayış evi açıq hərracda satıalaraq satışdan əldə olunan pul vəsaitinin İddiaçı, X13, Daşdəmirova Aqşın ilkin oğlu və X2 arasında bərabər paylara bölünməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti, 151 A ünvanında yerləşən 0,03 ha torpaq sahəsində yerləşən 72.3 kv.m fərdi yaşayış evi açıq hərracda satılaraq satışdan əldə olunan pul vəsaiti İddiaçı, X13, Daşdəmirova Aqşin ilkin oğlu və X2 arasında bərabər paylara bölünsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-38/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-38/2023
16.08.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver