Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-396/2023 31.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Maraqlı şəxs qarşı məhkəməyə müraciət edərək, mediator X1 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icra edilməsi üçün təsdiq edilməsi və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun Maraqlı şəxs alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, onunla Maraqlı şəxs arasında arasında alimentin ödənilməsi barədə tələbi üzrə aparılmış mediasiya prosesi zamanı 03 oktyabr 2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən onunla Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 19 noyabr 2013-cü il təvəllüdlü X7 və 23 yanvar 2015-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə ona ödəməsini Maraqlı şəxs öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Lakin, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə riayət etməmişdir. Artıq, barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-cimaddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən Maraqlı şəxs ilə aralarında 03 oktyabr 2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 oktyabr 2013-cü il tarixli, AZ-İ 897595 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X8 arasında 10 oktyabr 2013-cü il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra aravada Qafılova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 dekabr 2013-cü il tarixli AZ-İİİ 219328 seriya nömrəli X3 görünür ki, 19 noyabr 2013-cü il təvəllüdlü X4 atası Maraqlı şəxs, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 15 aprel 2015-ci il tarixli AZ-İİİ 494775 seriya nömrəli X3 görünür ki, 23 yanvar 2015-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Mediasiya Şurası tərəfindən təsdiq edilmiş 03 oktyabr 2022-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 19 noyabr 2013-cü il təvəllüdlü X4 və 23 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öhdəsinə götürmüşdür və buna hər iki tərəf razı olmuşlar. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X5 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 03 oktyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs birgə nikahdan anadan olmuş uşaqları 19 noyabr 2013-cü il təvəllüdlü X4 və 23 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəli 03 oktyabr 2022-ci il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 190 (bir yüz doxsan) manat olmaqla, cəmi 380 (üç yüz səksən) manat sabit pul məbləğində aliment Maraqlı şəxs tutularaq hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödənilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-396/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-396/2023
31.01.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver