Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-409/2025 25.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkən X1 məxsus Şəki şəhəri S.Rəhman küçəsi, ev 3 mənzil 14-də dəymiş zərərə görə ödənilmiş 149.90 (yüz qırx doqquz manat doxsan qəpik) manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia ərizəsi 12 dekabr 2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclası bu günə, yəni 25 fevral 2025-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Lakin 29 dekabr 2024-cü il tarixdə İddiaçı Sığorta Şirkəti ASC məhkəməyə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İddiaçı Sığorta Şirkəti ASC-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı Sığorta Şirkəti ASC-na qaytarılsın. İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-409/2025
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-409/2025
25.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver