Məhkəmə qərarları › İş №e-2(075)-452/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-452/2024

14.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-452/2024 14.03.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinn dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qaz 3285 markalı, ** BK *** qeydiyyat nömrə nişanlı avtomobilin satışından ona borclu qaldığı 3260 (üç min iki yüz altmış) manat pulun və ödədiyi 52.6 (əlli iki manat altmış qəpik) manat məhkəmə dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixində etibarnamə əsasında aldığı ona məxsus “Qaz 3285” markalı, **-BK-*** qeydiyyat nömrə nişanlı avtomobili satmaq qərarına gəlmişdir. Cavabdeh alıcı olaraq həmin avtomobili almaq istədiyini bildirmişdir. O, bir neçə ay əvvəl həmin avtomobili cavabdehdən almış, işlədə bilmədiyi üçün satmaq qərarına gəlmişdir. Cavabdehlə razılaşmalarına əsasən xx.xx.2021ci il tarixində “Qaz 3285” markalı, ** BK *** qeydiyyat nömrə nişanlı avtomobili 5000 manata Cavabdeh satmışdır. Razılaşmalarına əsasən cavabdeh hər ay 300 manat, 2021ci ilin sentyabr ayının axırı 1000 manat və 2022-ci ilin may ayının sonuna kimi avtomobilin dəyəri olan 5000 manat pulu tam olaraq ödəyib qurtarmağı öz öhdəliyinə götürmüşdür. Bu barədə cavabdeh xx.xx.2021-ci il tarixində əlyazma yazaraq öz imzası ilə təsdiqləmişdir. Lakin cavabdeh avtomobilin pulundan ona borclu olduğu 5000 manatdan bugünə kimi cəmi 1740 (min yeddi yüz qırx) manat pul ödəmişdir. Qalan 3260 manat borcunu isə ödəməmişdir. O dəfələrlə cavabdehə qalan borcunu ödəməsini tələb etsə də cavabdeh ona borclu olduğu pulu ödəməmişdir. Hazırda cavabdeh borcunu etiraf etsə də, pulu olmadığını bildirərək borcunu ödəmir. Son vaxtlar cavabdeh telefon zənglərivə də cavab vermir. Bu səbəbdən də cavabdehə xx.xx.2023-cü il tarixində pretenziya məktubu yazmışdır. Lakin cavabdeh yenə də borclarını ödəmir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, 18 avqust 2021-ci il tarixdə cavabdehlə razılaşaraq özünə məxsus avtomobili və əlavə olaraq 1000 manat məbləğində pulu ona verilməsi müqabilində cavabdeh özünə məxsus “Qaz 3285” markalı avtomobili ona satmışdır. Bir müddət sonra cavabdeh avtomobili yenidən ona satmağını xahiş etmişdir. Bununla bağlı cavabdeh iltizam imzalamış və razılaşmalarına əsasən cavabdeh bir il ərzində avtomobilin dəyəri olan 5000 manat pulu tam olaraq ödəyib qurtarmağı öz öhdəliyinə götürmüşdür. O, cavabdehlərə dəfələrlə avtomobilin pulunu ödəməsini bildirsə də, cavabdeh öhdəliyini icra etməmişdir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclas zalında izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Onun avtomobili başqa bir şəxsin adına qeydiyyata alınmışdır. İlk olaraq ona məxsus avtomobili iddiaçıya satmış. 6 ay sonra həmin avtomobili iddiaçıdan yenidən özünə satmasını xahiş etmişdir. İddiaçı avtomobili ona 5000 manata satmışdır. Bu günədək 1740 manat məbləğində ödəniş etmişdir. Daha sonra avtomobili yüklü olaraq aşırtmış və həmin avtomobili 800 manata satmışdır. İddiaçıya avtomobilin satılmasının ona heç bir aidiyyatının olmadığını bildirmiş və ona olan borcunu ödəyəcəyinə söz vermişdir. Həmçinin aralarında olan razılaşma ilə bağlı iltizam imzalamışdır. Odur ki, məhkəmədən borcundan hər ay hissə-hissə ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İşin halları; İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiqedilmiş; İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktubundan görünür ki, o, ona satılmış avtomobilin ödənişindən borclu qaldığı 3260 manat borcun dərhal ödənilməsini tələb etmiş əks təqdirdə yaranan mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyi ilə bağlı xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən yazılmış 08 avqust 2021-ci il tarixli iltizamdan görünür ki, o, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsində yaşayan İddiaçı “Qaz 3285” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili öz aralarında razılaşaraq hər ay 300 manat sentyabr ayının axırı 1000 manat və 2022-ci ilin may ayının sonuna kimi avtomobilin dəyəri olan 5000 manat pulu tam olaraq ödəyib qurtarmağı öz öhdəliyinə götürmüşdür. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1098.2-ci əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə tərəflərin izahatını, mülki iş materiallarını araşdırıb, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında olan yazılı razılıq əsasında iddiaçı tərəfindən cavabdehə 5000 manata “Qaz 3285” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobil satılmışdır. Cavabdeh tərəfindən cəmi 1740 manat ödəniş edildikdən sonra qalan borc məbləği ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh iddiaçıya məxsus olan avtomobilin dəyərini ödəməmişdir. Bununla da iddiaçının hüquqları pozulmuşdur. Göründüyü kimi, dövlət qeydiyatına alınmasa belə tərəflərin arasında faktiki olaraq nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Lakin cavabdehlər iddiaçı ilə aralarında şifahi razılaşma əsasında bağlanmış həmin nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı avtomobilin dəyərini vaxtında iddiaçıya ödəməmişdir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3260 (üç min iki yüz altmış) manat pul və 52.6 (əlli iki manat altmış qəpik) dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia təmin edilsin. Cavabdeh 3260 (üç min iki yüz altmış) manat pul və 52.6 (əlli iki manat altmış qəpik) dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar