Məhkəmə qərarları › İş №e-2(075)-481/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-481/2023

27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-481/2023 27.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixdə anadan olmuş qızı X5 10 avqust 1995-ci il tarixdə ev şəraitində bağırsaq keçməməzliyindən ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı Ərizəçi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə ünvanlayaraq, 02.011994-cü il tarixdə doğulmuş qızı X5 xx.xx.1995-ci il tarixdə ev şəraitində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizəni müdafiə edərək göstərmişdir ki, onun 02 yanvar 1994-cü il tarixdə anadan olmuş qızı X12 10 avqust 1995-ci il tarixdə ev şəraitində bağırsaq keçməməzliyi xəstəliyindən vəfat etmişdir. Onun mərhum qızı anadan olandan bağırsağında infeksion xəstəlik olmuşdur. Bu səbəbdən də bağırsağında köbələklər əmələ gəlmiş və vəfat etmişdir. Lakin qızı fəvat edən zaman toparlana bilmədikləri üçün, həmçinin sıxıntıları olduğu üçün qızına ölüm haqqında şəhadətnamə almamışlar. Bildirmişdir ki, qızının ölümü ilə bağlı tibb müəssisəsinin müvafiq sənədi, yəni həkim arayışı həmin şəhadətnaməsi olmadığı üçün ölümünü qeydə aldıra bilməmişlər. Sonradan da qızının ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişlər. Göstərmişdir ki, ki, Şəki rayon aqrar islahat komissiyasının 25 mart 2000-ci il tarixli 03 saylı qərarı ilə gizgidə göstərilən sərhəd daxilində ona və altı nəfər ailə üzvümə 4.05 ha torpaq sahəsi ayrılmış və bununla bağlı onlara JN-543 kod: 40401002 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin dövlət aktında mərhum qızı X5 da adı qeyd edilmişdir. Hazırda torpaq sahəsi ilə bağlı sənədləşmə işi aparmaq istəyirlər. Bunun üçün onlardan mərhum qızı X5 ölümünə dair sənəd tələb edilir. Lakin həmin sənədi əldə edə bilməmişlər. Bu səbəbdən də, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəki rayon qeydiyyat şöbəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Bildirmişdir ki, Ərizəçi mərhum qızı X1 xəstəlikdən əziyyət çəkmişdir. X12 10 avqust 1995-ci il tarixdə xəstəlik səbəbli vəfat etmişdir. Mərhumun yas mərasimlərində iştirak etmişdir. X2 məzar daşı onun qəbiristanlıqdan onun atasının qəbir daşı ilə yan yanadır. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X11 göstərmişdir ki, Ərizəçi onun yaxın qonşusudur. Bildirmişdir ki, Ərizəçi mərhum qızı X12 10 avqust 1995-ci il tarixdə xəstəlik səbəbli yaşadıqları evlərində vəfat etmişdir. Mərhumun yas mərasimlərində iştirak etmiş, baş sağlığı vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 05 sentyabr 1991-ci il tarixli, V-ЖГ 327614 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X17 arasında 05 sentyabr 1991-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 338 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsrafilova soyadı verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 fevral 1994-cü il tarixli, XVİİ- ЖГ seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 02 yanvar 1994-cü il təvəllüdlü X5 atası Ərizəçi, anası X7r. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 24 avqust 2000-ci il tarixli, JN 543 KOD 40401002 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şəki Rayon Aqrar İslahat Komissiyasının 25 mart 2000-ci il tarixli, 03 saylı qərarına əsasən X4, Ərizəçi, X3, X13, X8, X14 və X9 cizgidə göstərilən sərhədlər daxilində 4.05 hektar torpaq sahəsi verilmişdir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 10 dekabr 2022-ci il tarixli, 05/Q-1316/70 nömrəli arayışdan görünür ki, xx.xx.1995-ci il tarixdə Şəki şəhərində vafat etmiş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında at qeydi aşkar olunmamışdır. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “Şəki RMX” X24 13 dekabr 2022-ci il tarixli, 1803/2 nömrəli məktubundan görünür ki, “Şəki RMX” X26 fəaliyyəti nəticəsində yaranmış 1995-ci illərə aid sənədlər elmi tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qaydası ilə ləğv edildiyindən 1995-ci ilə aid hər-hansı sənədin verilməsi mümkün deyildir. Elektron qaydada məhkləməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin “Qışlaq” məhəllə nümayəndəliyi tərəfindən verilmiş, 16 fevral 2023-cü il tarixli, 053 nömrəli arayışdan görünür ki, X12 02 yanvar 1994-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanında 58 saylı evdə yaşamış və 10 avqust 1995-ci il tarixdə vəfat etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki iş materiallarından aydın oldu ki, X12 Ərizəçi qızı olmuşdur. O, 02 yanvar 1994-cü ildə anadan olmuşdur. Ərizəçinin qızı X12 10 avqust 1995-ci il tarixdə vəfat etmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməsini digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, 02 yanvar 1994-cü il tarixdə Şəki şəhərində anadan olmuş X5 10 avqust 1995-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə qismən təmin edilsin. 02 yanvar 1994-cü il tarixdə Şəki şəhərində anadan olmuş X5 10 avqust 1995-ci il tarixdə vəfat etməsi hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar