Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-50/2025 14.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 və cavabdehin nümayəndəsi (vəkili) X4 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, İddia tələbinin dəlilləri; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evimə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikili(tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gediş gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəki şəhər İcraiyyə Komitəsinin 27 aprel 1989-cu il tarixli 05 saylı iclasının qərarı ilə ünvan 2 ünvanda qardaşı Yavər Məmmədovun istifadəsində olan 998,6 kv m torpaq sahəsindən 400 kv.m ona ayrılmışdır. Həmin torpaq sahəsində o öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etmişdir. Həmin torpaq sahəsi və ona bitişik sahələr mərhum atasından qalan miras əmlaklardır. Həmin torpaq sahəsindən küçəyə olan gediş-gəliş yolu ümumi istifadədir və həmişə həmin yoldan istifadə etmişlər. Lakin kiçik qardaşı Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəmədən geri qayıdaraq məhkəmənin nəticəsinin onun xeyrinə olduğunu bildirərək gediş-gəliş yolunu bağlayaraq həmin yoldan istifadəyə maneə yaratmışdır. O, yaşlı adamdır, hətta azyaşlı nəvələri dərsə gedə bilmək üçün nərdivan vasitəsilə qonşuların həyətinə keçərək oradan küçəyə çıxa bilirlər . Bu isə onun Konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarını pozur. Ona görə də müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət etməklə gediş-gəlişimizə yönələn maneələrin aradan qaldırılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(075)-14/2024 saylı qərardadı ilə ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş üçün yaradılan maneələr 13 mart 2024-cü il tarixədək Cavabdeh qadağan edilmişdir. Lakin cavabdeh etirazlar edərək narazılıq bildirmiş və öz qanunsuz əməllərini davam etdirəcəyini bildirmişdir. Ona görə də hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, cavabdehin qanusuz olaraq inşa etdiyi qeyri yaşayış sahəsi onların özünə məxsus evə gedib-gəlməyinə maneə yaradır. Hesab edir ki, həmin qanunsuz tikili cavabdehin vəsaiti hesabına sökülməli və gediş-gəliş yolu açılmalıdır. Qeyd olunanlardan aşkar görünür ki, cavabdeh qanunvericliyin tələblərini kobud surətdə pozur, tətbiq edilən xəbərdarlıqlardan nəticə çıxarmır, əksinə öz qanunsuzəməllərini davam etdirməklə digər şəxslərin qanunla qorunan mənafelərinə mühüm zərər vurur. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək pozulan hüquqlarının bərpa edilməsi və eyni zamanda cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması barədə müvafiq qərar qəbul edilməsinin zəruri olduğunu düşünür. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz ərizəsi göndərmiş və ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı ona qarşı məhkəmədə qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və yolun verilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikili (tövlə) cabadehin öz vəsaiti hesabına sökülməsi; evə gediş-gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O həmin iddia tələbi ilə razı deyil. Belə ki, İddiaçı arxa tərəfdən yolu ola-ola X21la onu və ailəsini dəfələrlə hədələyərək polisə şikayət edib ki, tövləni sök, ona oradan yol ver. Halbuki, o və ailəsi hal-hazırda heç yerdə işləmir. Həmin yardımçı təsərrüfatda (tövlə) nəsli kəsilməkdə olan 4 baş böyük, 4 bala olmaqla camış malına baxır. İldə dövlətə 1200 kq ət verir. Həmin tövləni atası 1977-ci ildə tikib və həmin ildən də orada heyvana baxırlar. O bununla dolanır, qeyd etdiyi kimi heç yerdə işləmirlər, dövlətdən də müavinət, əmək haqqı və ya pensiya almırlar. İddiaçı heç bir arxiv sənədi olmadan yalan, saxta sənəd çıxarıb ki, guya onun buradan yolu var. Halbuki, Şəki şəhər İcra Hakimiyyəti həmin sənədi ləğv edib. X2 qapının qabağında maşın saxlayır, gediş- gəlişinə mane olur, onları təhqir edir, zor gücünə alacağını deyir. Onlar 102 xidmətinə müraciət etmiş, lakin Anar onları da saymamışdır. İddiaçı məhkəmənin hakimi Pərviz Hacıyevə yanlış məlumat verib, evin arxa tərəfini qeyd edib, evin qabaq hissəsində yerləşən qapını açdırıb. Onlar buna narazılıq etmiş, məhkəmə qərarı ilə bir ay müddətində qapı açılmalı idi. Onlar yenidən qapını bağlasa da, Anar və Süleyman qapılarına təpik vurur, kilidini sındırır, qapını dağıdır. Həmçinin Nazirlər Sovetinin 27 aprel 1989-cu il tarixli Sərəncamı ilə olan, evin arxa tərəfindəki yolu hazırda Süleyman hasar çəkərək bağlamışdır. Qeyd edir ki, Şəki şəhər XDS İK-nin 27 aprel 1989-cu il tarixli 5 saylı iclas protokolu , Arxiv arayışında qeyd olunur ki, evin giriş yolu evin arxasından evdən sərhəd divarına qədər olan məsafədə saxlanmalıdır. Eyni zamanda bu arayış İddiaçı və onun qardaşı X9 şamil olunur. Beləliklə, həyətə giriş Cavabdeh məxsus böyük darvazadan deyil, evin arxasında olan 2-ci böyük darvazadan olan Süleyman və Yavər Məmmədovlara məxsus 2-ci yolun gediş-gəlişindən gedir. Ona görə də, Cavabdeh özünəməxsus həyətyanı torpaq sahəsi var, o da AR MM-nin 153-cü maddəsinə əsasən, həmin mülkiyyətin subyekti olmaqla daşınmaz əmlakda olan münasibətdə bu hüquqdan yararlanır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. AR MM-nin 157.1-ci maddəsinə əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin torpaq sahəsinə Dövlət Reyestri Xidmətindən Çıxarış verilmiş və Cavabdeh həmin torpaq sahəsinə münasibətdə həm sahiblik, həm istifadə, həm də sərəncam hüququ yaranmışdır. Digər tərəfdən İddiaçı 50 ildən çoxdur ki, arxa yolunun darvazasından istifadə edir. Ona görə də, iddia tələbi təmin edilə bilməz. Yuxarıda göstərilənlə əsasən, İddiaçı ona qarşı məhkəmədə Qanunsuz tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi və yolun verilməsi tələbinə dair iddia tələbinin təmin edilməməsini və rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmuna uyğun izahat verərək bildird ki, torpaq digər qardaşının adınadır.O, yolunu ona verib. Ənvər də yolu bağlayıb. Ənvərin tövlə tikdiyi yer zəbt torpağıdır və Ənvərə məxsus olmamışdır. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmiçdir ki, iddia tələbini müdafiə edir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasının xahiş edir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 izahat verərək bildirdi ki, o, iddianı qəbul etmir. 27 aprel 1989-cu ildə evin arxa tərəfindən, yəni dalandan Süleyman sənəd almışdır. Bu sənədi o, icraya apardıqda, ona yol verildiyi bildirilmişdir. 2017-də həmin yeri Süleyman hasarla bağlamışdır. Atası tək evi qardaşının adına çevirmişdir. Həmin torpağın sənədi olmuşdur. Atasından qalan həmin torpağı dövlətə vermişdir. Evin arxa tərəfi dalandır və onunla Yavərə məxsusdur. O, torpağı şimal tərəfdən satmışdır. Torpaq sahəsi atasının adına olmuşdur. Tövlə qanuni olaraq 1977-ci ildə tikilmişdir. Tövlənin altındakı torpaq çıxarışla ona məxsusdur. 2013-cü ildə imtina ərizəsi verilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) X10 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də, lakin müddəti ötürmüşdür. Təxminən 90-cı illərdə tərəflər arasında bölgü aparılmışdır. Həmçinin buna dair çıxarışlar var. İşin halları; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 28 dekabr 2021-ci il tarixdə verilmiş, **********62-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, X16 prospekti, ev 703 ünvanında yerləşən 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 178.1 kvadrat metr olan fərdi yaşayış evi Cavabdehnın adına daşınmaz əmlakın dövlət reyestrində 73 nömrəli reyestr kitabının 49 nömrəli vərəqində qeydiyyata alınmışdır. 12 aprel 2023-cü il tarixli, 3-48-DA-12/F/2/M-334/2023 nömrəli arxiv çıxarışından görünür ki, Şəki şəhəei, 26-cı rayon, Ə.Qarayev küçəsi, 9 nömrəli evdə yaşayan, 4 nəfər ailə üzvlü, Aqrofirmada ekspeditor işləyən İddiaçı istifadəsinə həmin ünvanda qardaşı X7 istifadəsində olan 998,6 kv.metr torpaq sahəsindən 400 kv.metr torpaq sahəsi ayrılmışdır.Ayrılmış torpaq sahəsindı iki otaqlı ev tikməyə icazə verilmişdir. Evə giriş yolu birinci evin arxasından, evdən sərhəd divarına qədər məsafədə saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 17 sentyabr 2023-cü il tarixdə verilmiş, **********43 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak tam mülkiyyət hüququ əsasında X7 adınadır. X12 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş atası X6 qalmış miras əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də etmək fikrində deyil. İddiaçı tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, Şəki şəhəri, Ə.Qarayevin küçəsində yerləşən atası X6 ona düşən torpaq və mülkdən imtina edir və qardaşı Cavabdeh adına sənədləşməsinə etirazı yoxdur. Həmin mülkün onun adına sənədləşməsinə gələcəkdə də heç bir iddiası olmayacaqdır. X14 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş atası X6 qalmış miras əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də etmək fikrində deyil. X3 tərəfindən notarial qaydada yazılmış ərizədə qeyd edilmişdir ki, xx.xx.1987-ci il tarixdə vəfat etmiş atası X6 qalmış miras əmlakdan ona çatası vərəsəlik payını qəbul etməmiş, qəbul etmir və gələcəkdə də etmək fikrində deyil. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 fevral 2025-ci il tarixli, 3-16-16/2-10/405 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-inventarlaşdırıcısı Ə.Nəbiyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, sözügedən tövlə həyət tikilisidir, cavabdehin mülkiyyətidir. Həmin tikilinin yəni həyət tikililərinin tikintisi üçün heç bir layihə və ya esgiz tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı sərəncamına əsasən mülkiyyətçilərin sənədlərində göstərilmiş əlavə torpaq sahələrində onların mülkiyyəti hesab olunur. Həmin ərazidən gediş-gəliş yolu ayrılmamışdır. Həmin yol yeri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tövlə tikilisinin İddiaçı mülkiyyətində olan, Şəki şəhəri, Ə.Qarayev küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinə gedən gediş-gəliş yoluna maneçilik törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.4 cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. 180.1-ci maddəsinə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2- ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3-ci maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 5-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsinədə müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi; Məhkəmə iclasında tərəflərin izahatları ilə müəyyən olundu ki, iddiaçı ona məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evimə gediş-gəliş yolunun üzərində tikilən qanunsuz tikili(tövlə) cavabdehin öz vəsaiti hesabına sökülməsi; evə gediş gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılmasını tələb edir. Məhkəmə qeyd edir ki, İddiaçının Cavabdeh qarşı tikilinin sökülməsi tələbinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tərəfindən ekspert qarşısında aydınlaşdırılması üçün Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan, Şəki şəhəri, Ə.Qarayev küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində hər hansı bir tikinti (tövlə) inşa edilibedilmədiyi, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Ə.Qarayev küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində hər hansı bir tikinti (tövlə) inşa edilmişdirsə, inşa edilmiş tikili tikinti norma və qaydalarına uyğun olubolmaması, Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan Şəki şəhəri, Ə.Qarayev küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinə gediş-gəliş yolunun üzərində hər hansı bir tikinti (tövlə) inşa edilmişdirsə, həmin tikili iddiaçının gediş-gəlişinə hər hansı bir maneə yaradıb-yaratmaması sualları qoyulmuşdur. Ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin Daşınmaz əmlakın kadastrı, texniki inventarlaşdırma, qiymətləndirmə və ünvan reyestri şöbəsinin mühəndis-inventarlaşdırıcısı Ə.Nəbiyevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən, sözügedən tövlə həyət tikilisidir, cavabdehin mülkiyyətidir. Həmin tikilinin yəni həyət tikililərinin tikintisi üçün heç bir layihə və ya esgiz tələb olunmur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı sərəncamına əsasən mülkiyyətçilərin sənədlərində göstərilmiş əlavə torpaq sahələrində onların mülkiyyəti hesab olunur. Həmin ərazidən gediş-gəliş yolu ayrılmamışdır. Həmin yol yeri mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilmişdir. Cavabdeh tərəfindən inşa edilmiş tövlə tikilisinin İddiaçı mülkiyyətində olan, Şəki şəhəri, Ə.Qarayev küçəsi 9 ünvanında yerləşən fərdi yaşayış evinə gedən gediş-gəliş yoluna maneçilik törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki ekspertinin səlahiyyətlərinə aid olmadığı göstərilmişdir. Məhkəmə, ekspert rəyini digər sübutlarla birlikdə qiymətləndirərək əsaslı hesab edir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, qanunvericilik hüquqdan açıqca sui-istifadə edilməsini qorumur. Dürüstlük qaydası, hər şəxsdən dürüst bir subyekt olaraq gözlənilən davranışı ifadə edir. Bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, təməl hüquq prinsipidir. Bu prinsipə uyğun olaraq, qanunverici mülkiyyətçinin öz hüquqlarından geniş istifadə səlahiyyətini hüquqdan sui-istifadə qadağası ilə məhdudlaşdırmışdır. Bu məhdudiyyət qanunda nəzərdə tutulmaqla yanaşı, yuxarıda qeyd edilən qanuni məqsədlərə xidmət edir. Çünki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə sayılır, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin Mülki Məcəllənin 180-ci maddəsindən də aydın görünür ki, cavabdehin həmin tikiliyə gözlənilən mülkiyyət hüququnun olması, eyni zamanda cavabdeh tərəfindən tikilmiş tikili iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən evinə hər hansı formada zərər yetirməsinə və həmin qeyri yaşayış sahəsindən istifadə etməsinə hər hansı formada maneçilik törətməsi iş materialları ilə sübuta yetirilmir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında öz təsdiqini tapmadığından, İddiaçının Cavabdeh qarşı «qanunsuz tikilinin sökülməsi» tələbinə dair iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri kimi 50 manat pul iddiaçıdan tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçının Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi”, “evinə gediş gəliş yolunun açılması və yoldan istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ41NABZ********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-50/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-50/2025
14.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver