Məhkəmə qərarları › İş №e-2(075)-514/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-514/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-514/2025 23.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 1970-ci ildə Şəki şəhərində ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, babası ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi X1nun mülkiyyətində olmuşdur. X1 1970-ci ildə, atası X9 isə 20 noyabr 2002-ci ildə vəfat etmişlər. Mərhum X1ndan miras qalmış ünvan 2 ünvanında yerləşən əmlakla bağlı qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün Şəki Regional Maraqlı şəxsndə Notariat Ofisinə müraciət etmişdi. Mərhum babasından qalmış miras əmlakla bağlı vərəsəlik işinin açılması və vərəsəlik hüququna dair şəhadətnamənin verilməsi üçün notariat ofisində ondan X1nun ölümünə dair şəhadətnamə tələb olunmuşdur. 1970-ci il tarixində vəfat etmiş X1nun ölümü ilə bağlı tibb müəssisəsindən ölüm haqqında tibbi şəhadətnamə verilməmiş, qeydiyyat şöbəsində isə ölümü qeydiyyata alınmamışdır. Göründüyü kimi tələb olunan babasının ölümünə dair şəhadətnamə onda yoxdur və başqa qaydada da əldə edə bilmir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, X5 rəhmətə gedəndə onun təqribən 23 yaşı var idi. Mərhum 70 yaşlarında rəhmətə getmişdir. Onu şəxsən tanımışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək bildirdi ki, mərhumla həm qohumluq həm də qonşuluq münasibətləri olmuşdur. Onların ailəsinə gəlin köçmüşdür. X4 qısa müddət tanımışdır. Belə ki, mərhum onun qaynatasının atası olmuşdur. O vəfat edəndə təqribən 1970-ci ilin yay ayı idi.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, X5 onun anasının əmisidir. Mərhum rəhmətə gedəndə özü məktəbin son siniflərində oxuyurdu. Mərhumla qohumluq əlaqələrinin olması səbəbi ilə aralarında gediş-gəliş də var idi. İşin halları Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X19i Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 1970-ci il tarixində Şəki şəhərində vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X18 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır, həmin illərə aid tibb sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə hazırda mövcud olan “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Ona görə də X5 adına “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Şəki Regional Maraqlı şəxsndə Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X9 xx.xx.2002-ci il tarixdə Şəki rayonunda ölmüşdü, ölüm haqqında 27 noyabr 2002-ci ildə 476 nömrəli akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsi və həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sistemində haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında akt qeydi kitabları 1966-1972-ci illər üzrə yoxlanılmışdır. Şəki rayonu üzrə ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1970-xx.xx.2024-cü illər üzrə yoxlanılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 11 fevral 1933-cü ildə Şəki şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1951-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 526 nömrəli doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Azərbaycan Respublikasının Şəki Regional Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Şəki şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1968-ci il tarixdə Şəki rayon qeydiyyat şöbəsində 1034 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X1nun ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 1970-ci il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. X5 1970-ci il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar