Məhkəmə qərarları › İş №e-2(075)-515/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-515/2024

25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-515/2024 25.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 8850 manat pulun və iddia ərizəsi üçün ödənilmiş 108,50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçının Şamaxı rayonu Sabir qəsəbəsində yol kənarında marketi vardır. Bakı-Şamaxı-Yevlax yolu yenidən barpa edildikdən sonra həmin marketin yolu bağlandıgından va magistral yol ilə hərəkət edən sürücülər magistral yol ilə hərəkət edən zaman marketə gələ bilmədiyindən, o, yol kənarında olan hasarlardan bir neçəsini götüzdürmək və marketa yol açmaq qərarına gəlmişdir. Bu səbəbdən 2020- 2021-ci illər ərzində cavabdehə ümumilikdə 11000 manat pul vermiş, cavabdeh isə işi görməmişdir. Həmin puldan 2000 manatını geri qaytarmışdır. Məhkəmədə 8850 manat borcu olmasını etiraf etmişdir. Həmin məbləğin geri qaytarılmasını xahiş edir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə razı deyil. İddiaçıya vurulmuş 10850 manat ziyanın 2000 manat hissəsini ödəmişdir. 8850 manat pulun 2000 manat hissəsini də ödəmək isməmiş, lakin İddiaçı pulu tam şəkildə ondan iştəmişdir. Ona pulu hissə-hissə qaytaracağını bildirmişdir. İddiaçıdan aldığı pulu onun şəxsi obyektinin qarşısından keçən magistral yoldan onun obyektinə giriş və çıxışı üçün 10850 manat pulu şəxsi obyektin abadlaşdırılması üçün xərcləndi. Götərilən işin gecikməsinə səbəb Vətən müharibəsinin başa çatması ilə əlaqədar texnikaların ora cəlb edilməsi olmuşdur. Cavabdeh ailəsinin çətin vəziyyətdə olduğunu, özünün şəkər xəstəlindən əziyyət çəkdiyini bildirərək ona köməklik göstərilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan: - Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(074)-85/2022 saylı hökmündən görünür ki, hazırkı iş üzrə cavabdeh X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək qəti olaraq 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - xx.xx.2023-cü il tarixli **********19 saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 109 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Prosessual Məcəllənin: 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ona məxsus mağazanın qarşısında yol kənarında olan hasarlardan bir neçəsini götüzdürmək və marketa yol açmaq üçün cavabdeh X2 ümumilikdə 11000 manat pul vermiş, lakin cavabdeh tərəfindən həmin iş görülməmiş, ödənilmiş məbləğin bir hissəsi iddiaçıya geri qaytarılmış, 8850 manat məbləğ qalmışdır. Hazırda iddiaçı həmin məbləğin geri qaytarılmasını tələb edir. Cavabdeh isə iddia tələbini qəbul edir, lakin etirazında həmçinin bildirir ki, həmin pul iddiaçının obyektinin abadlaşdırılması üçün xərclənmişdir. Cavabdehin iddiaçıya 8850 manat ödəməli olduğu, cavabdehin etirafı və iş materiallarında olan Şamaxı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(074)-85/2022 saylı hökmü ilə müəyyən edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Şamaxı Rayon Məhkəməsinin 15.12.202-ci il tarixli 1(074)-85/2022 saylı hökmü hazırkı iş üzrə predusial əməmiyyət kəbs edir. Cavabdehin iddiaçıya 8850 manat pul ödəməli olması isə qeyd edilən hökmlə öz təsdiqini tapmışdır. Beləliklə, işin hallarını və qanunvericiliyin qeyd edilən normalarını əsas tutaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən 108,50 manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh X1 8850 (səkkiz min səkkiz yüz əlli) manat pul və 108,50 (yüz səkkiz manat əlli qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar