Məhkəmə qərarları › İş №e-2(075)-515/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-515/2025

23.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-515/2025 23.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakları ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı xx.xx.1977-ci il təvəllüdlü X1 1978-ci ildə ölməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onun atası X3 xx.xx.2024-cü ildə rəhmətə getmişdir. Atasından miras olaraq Vaz-21060 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Onun ölümündən sonra vərəsəlik işinin açılması məqsədilə Şəki regional “Asan xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişlər. Bu zaman bildirmişdirlər ki, onun ögey qardaşı (ata bir, ana ayrı) xx.xx.1977-ci il təvəllüdlü X1 ölümü barədə elektron bazada məlumat mövcud deyildir. Bundan sonra onun ölümünün qeydə alınması üçün Şəki rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Lakin burada və Şəki rayon mərkəzi xəstəxanasında onun ölümü barədə məlumat aşkar edilməmişdir. Məhz buna görədə Şəki rayon Qeydiyat şöbəsi xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət edilməyi tövsiyə etmişdirlər. Atasının birinci həyat yoldaşı Əsli İbrahimova ilə olan evliliklərindən xx.xx.1977-ci il təvəllüdlü Cəfər İbrahimov, Azər İbrahimov və Pərviz İbrahimov dünyaya gəlmişdir. Cəfər İbrahimov bir yaşı tamam olmamış rəhmətə getmiş və Şəki rayonu Qoxmuq kənd qəbristanlığında babası və nənəsinin qəbirlərinin yanında dəfn edilmişdir. Bu barədə qəbrin foto şəkili əlavədə təqdim edilmişdir. O vaxt nədənsə onun ölümünü qeydə aldırmamışdır. Doğumu barədə şəhadətnaməni də itirmiş, tapa bilmirlər. Qeydiyyat şöbəsidə onun surətini verməkdən imtina etdi. Atasının birinci həyat yoldaşı rəhmətə getmiş və ondan sonra o xx.xx.1991-ci ildə anası X5 ilə ailə həyatı qurmuşdur. Onunla olan evliliyindən özü, X6 və X2 dünyaya gəlmişdir.. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək bildirdi ki, X4 1977ci il tarixdə anadan olmuşdur. Körpə vaxtı xəstəliyi olmuş və 1978-ci il tarixdə də rəhmətə getmişdir. X4 onun qardaşının övladı olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, digər şahidin məzmununa uyğun izahat vermişdir. İşin halları Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X17i Şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, 1978-ci il tarixində Şəki şəhərində vəfat edərkən “Şəki Rayon Mərkəzi Xəstəxanası” X14 müraciət edilməmiş və hər hansı qeyd aparılmamışdır, həmin illərə aid tibb sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə hazırda mövcud olan “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq ləğv edilmişdir. Ona görə də X4 adına “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən 3-16-5/8-İ-15-2853/2024 nömrəli xx.xx.2024-cü il tarixli göndərilmiş məktubda qeyd olunmuşdur ki, ölümün qeydiyyatının aparılması şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışı əsasında təqdim edilə bilər Azərbaycan Respublikasının Şəki Regional Asan Xidmət Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsi və həmçinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Ölüm haqqında akt qeydi kitabları 1977-1981-ci illər üzrə yoxlanılmışdır. Şəki rayonu üzrə ölüm haqqında bərpa akt qeydi kitabları isə xx.xx.1979-xx.xx.2024-cü illər üzrə yoxlanılmışdır. Şəki Şəhər İHB-nın Qurdlar məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 102 nömrəli arayışdan görünür ki, X4 xx.xx.1977-ci il tarixdə anadan olmuş və 1978-ci ildə vəfat etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi qardaşı X1 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X4 1978-ci il tarixdə ölmüş elan edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə təmin edilsin. X4 1978-ci il tarixdə ölmüş elan edilsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar