Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-536/2025 17.01.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında xx.xx.2024cü il tarixdə bağlanmış MŞŞ/MT-018/2023-01611 saylı barışıq sazişinin 2.2-ci bəndinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh X2 ilə nikahlarını 11 oktyabr 2021-ci il tarixdə Şəki Regional ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində rəsmiləşdirməklə, ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə Altay adlı övladı olmuşdur. Cavabdehlə ailə qurduğu ilk dövrlərdə münasibətləri normal olsa da sonradan xasiyyətləri uyğun gəlmədiyi üçün pozulmuşdur. ailənin dağılmaması üçün xeyli cəhdlər etsə də pozulan münasibətləri bərpa edə bilməmişdir. Artıq cavabdehlə birgə yaşamağı, ailə münasibətlərinin bərpası və barışmağı mümkün olmadığından nikahın da rəsmi cəhətdən pozulması qənaətinə gəlmişdir. Qanunvericiliyin tələblərinə əməl edərək ilk növbədə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində nikahın pozulmasına, uşağın himayəsində qalmasına, aliment tələbi olmamağına, cavabdehin uşaqla görüş vaxtının müəyyən edilməsinə və s digər məsələlərlə bağlı hər ikisi razılıq vermiş və barışıq sazişi imzalanmış, nikahın pozulması hissəsində isə mediasiya prosesinə xitam verilmişdir. Nikahın pozulması tələbi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişlər. İş hakim Kamran Musayevin icraatındadır və işə baxılması xx.xx.2025-ci il tarixə təyin edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozaraq uşağı almış, hətta alimentin tutulması barədə məhkəməyə müraciət etmişdir. Bununla da o, barışıq sazişinin tələblərini pozur və könüllü icrasından imtina edir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron etiraz ərizəsi ünvanlaraq bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 16(075)2/2025 saylı, xx.xx.2025 ci il tarixli qərardadına əsasən azyaşlı uşaq onun himayəsinə verilib saxlanıldığı üçün 180 manat aliment təyin edilmişdir. Aliment qərardadı icra edilməsi üçün icra şöbəsinə göndərilmiş və borclunun pensiyasının 70 faizi tutulması barədə tədbirlər görülmüşdür. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Mediasiya Şurası tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01611 nömrəli barışıq sazişinin 2.2-ci bəndindən görünür ki, Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşağı 14 noyabr 2022-ci il təvəllüdlü X1 atası Ərizəçi himayəsində və yanında saxlanılmasına hər iki valideyn Ərizəçi Qəməbr oğlu və Maraqlı şəxs razı olması göstərilir. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəvə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Göründüyü kimi barışıq sazişinin təsdiq edilməsindən imtina edilən hissəsi təsdiq edilən hissədən ayrılması mümkündür və həmin hissənin barışıq sazişinin digər hissəsi ilə bağlılığı yoxdur. X4 34-cü maddəsinə görə barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən ödilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icrası olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞŞ/MT-018/2024-01611 nömrəli barışıq sazişinin 2.2-ci bəndi təsdiq edilsin. 2.2. Maraqlı şəxs və Ərizəçi birgə nikahdan anadan olmuş və hazırda yetkinlik yaşına çatmayan uşağı 14 noyabr 2022-ci il təvəllüdlü X3 atası Ərizəçi himayəsində və yanında saxlanılsın. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-536/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-536/2025
17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver