Məhkəmə qərarları › İş №e-2(075)-553/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-553/2023

29.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-553/2023 29.03.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi və maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X1 iştirakları ilə Ərizəçi “ölüm faktının məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX. 1945-ci il tarixdə anadan olmuş X3 xx.xx.2019-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi X5 tələbini müdafiə edərək izahatında göstərdi ki, X6 onun anasıdır. O 1945-ci il tarixdə anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə qeydiyyatda olduğu ünvan 1 ünvanda vəfat etmişdir. Lakin qanunu bilmədiklərindən onun vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnaməni bu günədək almamışıq. Hazırda məhhum anası X3 ölüm haqqında şəhadətnaməsi zəruri olduğuna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki Rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi X4 bildirdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X3 vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 bildirdi ki, Ərizəçi onun həm dostu həm də qonşusudur. 2019-cu ilin sentyabr ayında təxminən gecə saat 11-12 radələrində X3 vəfat etməsi barədə məlumatı olmuşdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X9 bildirdi ki, Ərizəçi onun yaxın qonşusudur. X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X8 göstərdi ki, Ərizəçi onun qonşusudur. X6 pandemiyadan əvvəl vəfat etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X3 xx.xx.2019-cu il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işdə olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Şəki rayon mərkəzi xəstəxanası” X17 tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 1860/2 nömrəli məktubdan görünür ki, 2019-cu il tarixdə aparılmış axtarış nəticəsində X3 ölümü barədə qeyd aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki Regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsinin 08 yanvar 2023-cü il tarixli, 05/Q/2234/69 nömrəli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X3 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti “İpəkçi” Məhəllə Nümayəndəliyi tərəfindən Ərizəçi verilmiş 12 dekabr 2021-ci il tarixli, 27 nömrəli arayışdan görünür ki, o, həqiqətən ünvan 2 ünvanda yaşayır. İşdə olan Şəki şəhər İcra Hakimiyyəti “İpəkçi” Məhəllə Nümayəndəliyi tərəfindən verilmiş aktdan görünür ki, X2 şəhəri, Bağbanlar küçəsi, ev 123 ünvanında qeydiyyatda olmuş və yaşamış, xx.xx.2019-ci ildə Şəki şəhərindən xəstəlikdən vəfat etmişdir. Aktın doğruluğu Əhmədov Mayis, Ramazanov Rəhman, Əhmədov Sahib, Məmmədov Qurban və Əhmədov Elman tərəfindən imzalanar təsdiq edilmişdir. İşdə olan Şəki Reigonal “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2023-cü il tarixli, 05/Q-2234/69 nömrəli arayışdan görünür ki, X6 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində, vətəndaşlq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında akt qeyd kitabları 2016-2022-ci illər üzrə, bərpa akt qeydi kitabları isə 2020-2022-ci illər üzrə yoxlanılmışdır. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi Ərizəçi X3 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi anası, 1945-ci il tarixdə anadan olmuş X3 10 sentyabr 2019-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307.1, 307.2.8, və 308-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi anası, 1945-ci il tarixdə anadan olmuş X3 10 sentyabr 2019-cu il tarixdə vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar