Məhkəmə qərarları › İş №e-2(075)-585/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-585/2024

03.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-585/2024 03.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Haciyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X2 12 avqust 1994-cü il tarixdə Şəki rayonu Oxud kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək, qızı X2 12 avqust 1998-ci il tarixdə Şəki rayonu Oxud kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, X3 ilə 30 iyun 1994-cü il tarixdə Şəki şəhər İHB-nın Oxud kənd İƏD-si üzrə nümayəndəliyində nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 01 oktyabr 1997-ci il tarixdə X8 adlı uşaqları anadan olmuşdur. Qızı xəstələnərək 12 avqust 1998-ci il tarixdə Şəki rayonu, Oxud kəndində vəfat etmiş və həmin kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Həmin vaxt başları qarışıq olduğundan mərhum qızlarının ölümünün qeydiyyata alınması üçün Şəki VVAQ Şöbəsinə müraciət etməmişlər. Azərbaycan Respublikasında torpaq islahatı gedən zaman hamıya olduğu kimi digər ailə üzvlərinədə 543.62 kv.m həyətyanı torpaq sahəsi verilmiş və bu barədə A 341593 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. O qızı X2 birinci dərəcəli vərəsəsi kimi oğlundan miras qalmış həmin torpaq sahəsini öz adına rəsmiləşdirmək istəyir. Lakin qızının ölüm faktı qeydə alınmadığından qızının vərəsəliyini qəbul edə bilmir. O qızı X2 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun yaxın qohumudur. Ərizəçinin iki övladı olmuşdur. 1997-ci il tarixdə anadan olmuş Rəmziyə adlı övladı xəstəlik səbəbindən 1998-ci il tarixdə vəfat etmişdir. Yas mərasimi onun evində olmuşdur. Şəki rayonu, Oxud kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının arvadıdır. Ərizəçinin övladı Rəmziyə xatırlağına görə 19 avqust 1998-ci il tarixdə xəstəlikdən vəfat etmişdir. Əvvəlki məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki,ərizəçi onun qonşusudur.Ərizəçinin 1997-ci il tarixdə Rəmziyə adlı övladı olmuşdur. 1998-ci il tarixdə vəfat etmişdir. Yas mərasimində iştirak etmişdir. Şəki rayonu, Oxud kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. İşin halları Şəki şəhəri İcra Hakimiyyəti Başçısının Oxud kənd icra nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6i 25 noyabr 2012-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində xx.xx.1997-ci il təvəllüdlü övladları X2 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün olmamışdır. Odur ki, X2 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası İcra Hakimiyyəti Başçısının Oxud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X8 xx.xx.1997-ci ildə Şəkir ayonu, Oxud kəndində anadan olmuşdur. Lakin anası Ərizəçi və yaxın qohumlarının heməsinə görə X8 xx.xx.1998-ci il tarixdə Şəki rayonu, Oxud kəndində öz evində vəfat etmişdir, Oxud kənd qebirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası İcra Hakimiyyəti Başçısının Oxud kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, torpaq islahatı siyahısında 482-ci sırada qeyd edilən X7 ilə X8 eyni şəxsdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X17 “Şəki Rayon Mərkəzi Xəstəxanası” X16 27 fevral 2024-cü il tarixli məktubundan görünür ki, qüvvədə olan mövcud qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X16 fəaliyyəti nəticəsində yaranmış 1998-ci ilə aid xəstəlik tarixlərinin saxlama müddəti 25 il olduğundan və elmi tarixi əhəmiyyətini itirdiyindən arxiv qaydası ilə ləgv edilmişdir. Odur ki, övladının ölümü ilə baölı hər hansı rəsmi sənədin verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Göründüyü kimi Ərizəçi X2 ölümünə dair sənədi başqa qaydada əldə edə bilməmişdir. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, X2 1998-ci ildə Şəki rayonu, Oxud kəndində vəfat etməsi faktı işdə olan sübutlarla öz təsdiqini tapsa da, onun “12 avqust”da vəfat etməsi faktı təsdiqini tapmamışdır. Buna görə də, məhkəmə ərizənin qismən təmin edilməli olduğunu hesab edir Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, X2 1998-ci il tarixdə Şəki rayonu Oxud kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə sasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 312-315-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: Ərizə qismən təmin edilsin. X2 1998-ci il tarixdə Şəki rayonu, Oxud kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar