Məhkəmə qərarları › İş №e-2(075)-586/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-586/2024

27.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-586/2024 27.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla “qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, X2nun fevral 1945-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə elektron ərizə ünvanlayaraq X2nun fevral 1945-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və X15 ilə Mehdi Nəbi oğlunun qohum olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi (artırılması) barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 2(075)-586/2024 saylı qərardadı ilə iddia tələbinə “X2nun fevral 1945-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi” hissəsində xitam verilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ev onun mərhum X2na məxsus olmuşdur. X2 1941-1945-ci illərdə baş vermiş X12 iştirak etmək üçün hərbi xidmətə aparılmış və 1945-ci ilin fevral ayında həlak olmuşdur. Mərhum X2ndan ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi miras qalmışdır. Belə ki, 1490 inventar nömrəli Qeydəalma vəsiqəsinə və texniki pasporta əsasən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evi mərhum X2 və onun qardaşı X7 məxsusdur. Hazırda o, babasından miras qalmış evi adına sənədləşdirmək istəsə də, mərhum X2nun ölüm haqqında şəhadətnaməsi olmadığından bunu edə bilmir. O, X5 ölümünün qeydə alınması ilə bağlı Şəki rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də bundan imtina edilmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - 27 iyul 2023-cü il tarixli arxiv arayışından görünür ki, Nuxa şəhəri VVAQ Şöbəsinin 1934-cü ilin “Doğulanların qeydiyyat” kitabına əsasən 25 fevral 1934-cü il 128 nömrəli təvəllüd olanlar üçün qeyd vərəqəsində Nəbizadə Bəşarət 20 fevral 1934-cü ildə doğumu qeyd edilmişdir. X13 Nəbi, anası Maral Məhəmməd. - 12 noyabr 1981-ci il tarixli, İİ-ЖГ 308344 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 12 noyabr 1981-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 294 nömrə ilə qeyd edilmişdir. - 12 aprel 2013-cü il tarixli, 339 saylı arayışdan görünür ki, Ərizəçi babası X1 əlaqədar 1941-ci ildə hərbi xidmətə çağırılmış və fevral 1945-ci ildə X12 həlak olmuşdur. - 04 aprel 2013-cü il tarixli, 172 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında yaşayır, X10 onun babası olmuşdur. - ИЕ 584583 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 04 aprel 1934-cü il təvəllüdlü X4 atası X15, anası X8r. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi, X20 Filialının 04 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Nuxa şəhəri VVAQ Şöbəsinin 1906-cı ilin sənədləri X20 Filialına təhvil verilmədiyi üçün X5 doğumu barədə arxiv arayışının təqdim edilməsi mümkün olmamışdır. - Şəki Rayon Qeydiyyat Şöbəsinin 26 dekabr 2023-cü il tarixli məktubundan görünür ki, X15 ilə Mehdi Nəbi oğlunun qohumluq münasibətlərinin təsdiq edilməsi və X11 ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 04 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Ərizəçi ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə notariat hərəkərlərinin aparılmasından imtina edilmişdir. - 12 mart 2024-cü il tarixli, 84 saylı arayışdan görünür ki, X10 və X21 şəhəri, S.Eldarov küçəsi, 20 ünvanında yaşamışlar. Yaşadıqları evləri öz adlarına olmuşdur. X10 1941 – 1945-ci il X12 həlak olmuşdur. Mehdi Nəbi oğlu anadan olandan əlil olmuş, vəfat etmişdir. X10 və Mehdi Nəbi oğlu qardaş olmuşlar. - 29 mart 2024-cü il tarixli məktubdan görünür ki, X4 doğum aktının qeydiyyata alındığı yer və tarix, eyni zamanda Mehdi Nəbi oğlunun ölüm aktının qeydiyyata alındığı yer və tarix barədə məlumat aşkar olunmamışdır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi miras qalmış və hazırda onların yaşadığı evi öz adına qeydiyyata almaq istəməsidir. İş materiallarında olan və biri digərini tamamlayan sübutlar və məhkəmənin daxili inamı ilə müəyyən edilir ki, X15 ilə Mehdi Nəbi oğlu qardaş olmuşlar. X11 Mehdi Nəbi oğlunun qardaşı olması iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona qohumluq əlaqələrinin müəyyən edilməməsi səbəbindən mirasın qəbulunun mümkün olmadığı bildirilmişdir. Ərizəçi qohumluq faktının müəyyən edilməsinin onun üçün lazımlı olduğunu onunla əsaslandırır ki, onlara qalmış mirası rəsmiləşdirə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X11 Mehdi Nəbi oğlunun qardaşı olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X11 Mehdi Nəbi oğlunun qardaşı olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar